Separatçılar Qarabağda təxribat hazırlayır - Detallar bəlli oldu

Separatçılar Qarabağda təxribat hazırlayır - Detallar bəlli olduAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibə separatçıları sözün əsl mənasında qorxuya salıb. Rejim faktiki olaraq Bakının atacağı addımlardan narahatdır və bu istiqamətdə Qərb mediasında yalan, əsassız dezinformasiyalar tirajlayır. Bundan başqa, separatçılar Rusiya və Ermənistandan kömək istəyirlər.

Maraqlıdır, Azərbaycan Prezidentinin çıxışından qorxuya düşən separatçılar daha hansı addımlar ata bilər? Rəsmi İrəvan bu istiqamətdə onlara dəstək verə bilər?

BiG.AZ xəbər verir ki, globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, İlham Əliyevin aprelin 18-də verdiyi müsahibə bir çox baxımdan diqqət çəkdi:

"Xüsusi ilə onun separatçılara açıq xəbərdarlıq etməsi mühüm məqam idi. Bu xəbərdarlığın separatçılar nəzdində ciddi qorxu yaratdığını demək olar. Məsələ ondadır ki, separatçılar bütün aspektlərdən yollarının bağlandığını və küncə sıxışdıqlarının fərqindədir. Buna görə də rejim hazırda Bakının atacağı addımları narahatlıqla izləyir.

Mənim diqqətimi ən çox çəkən məqam separatçıların Azərbaycan ordusunun "mülki erməniləri atəşə tutduğu" yalanlarını tirajlamaları oldu. Aydın məsələdir ki, belə yalan xəbərlər tirajlayaraq onlar "ermənilərə hücum edən Azərbaycanın bayrağı altında yaşamaq təhlükəlidir" fikrini yaratmaq istəyirlər.

Nəzərə alsaq ki hazırda Azərbaycan tərəfi ermənilərə qarşı heç bir zorakılığa yol vermir, əksinə, sabitliyin qorunub saxlanılması üçün əlindən gələni edir. O zaman belə çıxır ki, separatçılar yalanlarını beynəlxalq ictimai rəyə sırımaq üçün təxribat törədə bilərlər".

Politoloq separatçıların Ermənistandan yardım istəməsi haqda danışıb:

"Separatçıların Ermənistandan, dolayı yolla Paşinyandan məhz indi yardım istəməsi diqqət çəkir. Çünki Paşinyan özü də bu yaxınlarda parlamentdə çıxış etdi və çıxışı zamanı "Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq", "sülh sazişini imzalamağa hazırıq" dedi. Lakin Paşinyanın dediklərindən fərqli olaraq parlament sədri Simonyanın və xüsusi tapşırıqlar üzrə səfir Marukyanın Prezident İlham Əliyevin Qarabağla bağlı son fikirlərinə verdikləri reaksiya bu ölkənin heç də sülh müqaviləsi imzalamaq niyyətində olmadığını göstərir. Sülh müqaviləsi imzalamaq istəməyən Ermənistanın separatçılara dəstək verməsi mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 784   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.