Yaddaşsızlıqdan əziyyət çəkirsinizsə, bunu edin - Psixoloqdan maraqlı MƏSLƏHƏT

Yaddaşsızlıqdan əziyyət çəkirsinizsə, bunu edin - Psixoloqdan maraqlı MƏSLƏHƏTƏsrin bəlalarından biri də yaddaşsızlıq problemdir. Təəssüf ki, bu problem dövrümüzün ən aktual mövzularından birinə çevrilib. Yaddaşsızlıq problemi bütün zamanlarda yaşanmasına baxmayaraq, hazırda daha yayğın hal alıb. Bir zamanlar qocalarda müşahidə olunan yaddaş pozğunluğuna indi gənclərdə, hətta uşaqlarda belə, rast gələ bilirik.

Bu problemin yaranmasına səbəb nədir? Bunun qarşısını necə almaq olar? Yaddaşsızlıq ciddi bir xəstəlikdirmi? Niyə insanların çoxu bu problemdən əziyyət çəkir?

Məsələ ilə bağlı suallarımızı BiG.AZ-a açıqlama verən klinik-psixoloq Məleykə İsmayılova cavablandırıb.

Onun sözlərinə görə, bu hal adətən zehini problem yaşayan insanlarda olur:

"Bunun sosial-psixoloji, həm də biloji səbəbləri var. Yaddaşsızlıq hətta qanazlığı olan insanlarda daha çox müşahidə olunur. Biz pandemiya və 44 günlük Vətən müharibəsindən çıxmış insanlarıq. Bunlar da bizə təsir edə bilir. Günlük streslərimiz, davamlı olaraq oxumaq, davamlı olaraq monoton işlərdə çalışmaq, dincəlmədən işləmək, istirahətə üstünlük verməmək yaddaşdakı bəzi problemlərə gətirib çıxarır. İnsanların böyük əksəriyyəti sadəcə unutqanlıq yaşadıqları üçün diqqəti cəmləyə bilmirlər və bunu da yaddaş problemi ilə əlaqələndirirlər".

Psixoloq yaddaş probleminin ciddi bir diaqnoz olduğunu da qeyd edib:

"Adətən yaddaş problemi ilə bağlı müraciət edən şəxslərdə ilkin müayindən sonra bunun diqqət yayınıqlığının diqqətin bir yerə cəmləşə bilməməsinə aid olduğunu aşkarlayırıq. Bunu yaddaş problemi adlandırmaq üçün əlimizdə çox ciddi müayinə çıxarışlarımız olmalıdır. Belə hallarda insanlar nə etməlidirlər?

Bizə müraciət edən insanlara biz neyroqrafik hərəkətlərdən, beynin gənc qalması, beyin hüceyrələrinin məhv olmaması, sağ və sol yarımkürə arasındakı əlaqənin möhkəmləndirilməsi, həm də diqqəti korreksiya etmək üçün müxtəlif psixoloji metodlardan istifadə edirik. Yaddaş problemi olan insanlarda bunlar davamlı edilməlidir.

Bu problemləri aradan qaldırmaq üçün digər bir üsul meditasiyadır. Meditasiya ilə məşğul olmaq insanda olan diqqət problemlərinin aradan qaldırılmasına səbəb ola bilər. Bir də əsasən istirahətlə işi balanslaşdırmaq lazımdır. Məsələn, elə insanlar var ki, həddən çox yüklənirlər. Onlar davamlı olaraq çalışır və öz istirahətlərinə zaman ayırmırlar. İstirahət evdə qalmaq, divanda uzanmaq deyil, istirahət mütləq təbiətlə sıx kontakt qurmaqdır. Çünki biz təbiətdən qopduğumuza, təbiətlə ünsiyyətimizi kəsdiyimizə görə bu problemləri yaşayırıq.

Belə problemlərin artmasının bir səbəbi də informasiya əsrində yaşamağımızdır. Ona görə də bacardığımız qədər təbiətlə kontakt qurmaq, meditasiya etmək və istirahətə zaman ayırmaq lazımdır".

Mehriban Xəlilli


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1349   Tarix: 24 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 208
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

17:14 145
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

16:16 236
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 213
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

12:17 227
.

İntensiv yağış yağacaq

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

14:06 240
.

Avropa İttifaqı ölkələrində 3 milyon işsiz var

Avropa İttifaqına üzv ölkələrdə 2016-cı ildə 3,9 milyon nəfər gənc işsizlərin sayı sentyabr ayında 3 milyona düşüb. Eyni dövrdə Türkiyədəki gənc işsizlərin sayı isə 1.1 milyondan 783 min nəfərədək azalıb. Bununla bağlı Türkiyə mediasına istinadən bildirib. Aİ-yə üzv ölkələr arasında ən çox gənc işsi

10:36 215
.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

15:22 218
.