Bütün biletlər satıldı

Bütün biletlər satıldıBakı yarışının 12 tribunasının bütün biletləri alınıb.

Bu barədə "Qafqazinfo"ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) bildirilib.

Məlumata görə, "Gözlənilməzə hazır ol" şüarı ilə keçirilən və ölkəmizin yeddinci dəfə ev sahibliyi edəcəyi 2023 Formula 1 Azərbaycan Qran Prisinə bütün tribuna biletlər satılıb.

Qeyd edək ki, 28-30 aprel tarixlərində baş tutacaq bu yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən gələn ən böyük azarkeş qrupunu Bakıda qarşılayacağıq.

BŞH-nın baş direktoru Maqsud Fərzullayev bütün biletlərin satılması ilə bağlı fikirlərini bölüşüb: "2023 FORMULA 1 Azərbaycan Qran Prisinə sayılı günlər qalmış bütün tribunalara olan yerləri satdığımızı elan etməkdən məmnunuq. Bu il biz ötən illərlə müqayisədə rekord sayda azarkeşi qarşılayaraq, bu yarışı daha da yaddaqalan şəkildə keçirməyi hədəfləyirik. Formula 1 yarışının paytaxtımıza qayıtmasına son günlər qalmış əsas məqsədimiz hər kəsə unudulmaz bir təcrübə yaşatmaqdır. Bakı Şəhər Halqası olaraq biz bu yarışa tam hazırıq və yarış həftəsonunda bütün azarkeşləri səbirsizliklə gözləyirik!"

Azarkeşlər üç gün davam edəcək yarışdan sonra Bulvardakı böyük səhnədə DJ Don Diablo və DJ Hardwell konsertlərindən zövq alacaqlar.

28 aprel, cümə günü start götürəcək Formula 1 Azərbaycan Qran Prisi bu il ilk dəfə olaraq Sprint yarışına ev sahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan Azərbaycan Qran Prisi bazar günü baş tutacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 779   Tarix: 25 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Jurnalist Ədalət Mədətoğlu vəfat etdi

Əqli Mülkiyyət Agentliyinin "Əqli mülkiyyət" jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 58 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ə.Mədətoğlu "Elm", "İntibah", "Əlillər", "Kaspi"

10:13 151
.

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfində

10:19 120
.

Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən üç Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib, aralarında nazir müşaviri də var

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. xəbər veri

17.08.2026 319
.

Hörmüz boğazında gəmiyə "naməlum mərmi" atılıb

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) çərşənbə axşamı Hörmüz boğazında bir gəminin "naməlum mərmi" ilə vurulduğu və nəticədə bir nəfərin öldüyü barədə məlumat aldığını bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, UKMTO bildirib ki, gəmi həmin vaxt vacib su yolunda

11:10 132
.

Uşaqlar daha çox yatacaq, amma... - Dərslərin gec başlaması ilə bağlı vacib məqamlar

"Dərslərin saat 8-də deyil, daha gec başlaması uşaqlar üçün ümumilikdə müsbət addım ola bilər. Bu, xüsusilə yeniyetmələrin daha çox yatmasına, səhər yorğunluğunun və tələskənliyin azalmasına, ilk dərslərdə diqqət və qavramanın yaxşılaşmasına şərait yarada bilər". Bunu BİG.AZ-a açıqlamasınd

12:33 117
.

Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ

Sumqayıtda faciəli hadisə baş verib. xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb. Abşeron rayon sakini, 1998-ci il təvəllüdlü Yasəmən Rasim qızı Rzayeva yaşadığı binadan yıxılaraq ölüb. Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır

17.08.2026 349
.

Arvadını 14 bıçaq zərbəsi iləöldürmüşdü - HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib. xəbər verir ki, məhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilənə şəxsə onun hüquq və vəzifələr

17.08.2026 248
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

13:35 47
.

Azərbaycanda 187 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarıldı

Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Bildirilib ki, qanunsu

17.08.2026 206
.