"Günay Bank" ləğv edildi
"Banklar haqqında" Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən "Günay Bank" ASC-nin lisenziyası 17 may 2023-cü ildən etibarən ləğv edilib.
Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti Qərar qəbul edib.
Bankın bağlanmasına əsas olaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən azlığı, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi əsas göstərilib.
Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan Qərarı ilə "Günay Bank" ASC-yə müvəqqəti inzibatçı təyin olunmuş, "Günay Bank" ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
"Günay Bank" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. "Günay Bank" ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
Bildirilib ki, "Günay Bank" ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. "Günay Bank" ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1134 Tarix: 17 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Əxlaqsızlığı film və mahnılarda axtarmayaq..."
Türkiyəli müğənni Mahsun Kırmızıgül həmkarı Mabel Matizin "Ha Leylim" adlı mahnısına və klipinə tətbiq edilən qadağaya münasibət bildirib. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi bu barədə Kiprdə konsertdən əvvəl jurnalistlərin suallarını cavablandırarkə
17:22 131 Əhalinin sayı açıqlandı
Azərbaycanda əhalinin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşki
16:14 147 Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Xəstəxanalıq oldu
"Sumqayıt" kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib. "Qafqazinfo" xəbər verir ki, Misli Premyer Liqasının birinci turunda "Neftçi" ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib. 24 yaşlı oyunçu qapıya yumruq vurub
12:11 226 Ağ Ev adından Britaniya Baş nazirinə yazan şəxslə bağlı şok şübhə
Britaniyanın Baş naziri Endi Börnhem ABŞ Prezidenti Donald Trampın ən yaxın məsləhətçilərindən biri kimi təqdim edilən şəxslə yazışıb. xəbər verir ki, bu barədə "Politico" rəsmi mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, Britaniya Baş naziri özünü Ağ Evin aparat rəhbər
10:31 147 Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib?
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin sabiq direktoru, rüşvət almaqda təqsirləndirilən Cavad Səfərovun cinayət işinin bəzi detalları məlum olub. -a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı ela
10:58 186 ŞOK İDDİA: "Universal Hospital"da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar
Son zamanlar ölkəmizdə qanunsuz fəaliyyət göstərən həkimlərin sayı durmadan artır. Bakıda göbələk kimi artan klinikalarda qanunsuz fəaliyyət göstərən "həkim"lərin qurbanları da günbə-gün artır. Hər gün hansısa klinikada həkim səhlənkarlığının qurbanı barədə məlumat yayılıb. Son illər ərzind
17:06 155 DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı
DSX-nin şəhid hərbi qulluqçuları və mülki işçisi "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında v
12:57 213 Bu tarixdə Ay tutulması olacaq
Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək. Axşam.az xəbər verir ki, BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digə
11:30 149 İran ABŞ-la danışıqlara ümid etmir, mümkün eskalasiyaya hazırlaşır
İran rəhbərliyi ABŞ-la danışıqlara ümid etmir və münaqişənin mümkün eskalasiyasına fəal şəkildə hazırlaşır. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, İran rəhbərliyindəki sərt xətt tərəfdarları daha əvvəl imzalanmı
10:40 150