Xalq artistindən nazirə ağır ittihamlar: "Qohumu nazirlikdə ağalıq edir..."
"Oğlumu bezdirmişdilər. Sahil Babayev nazir təyin olunan gündən oğlumu yola vermir. Onun işini gündə bir şöbəyə dəyişdirir".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin onun oğlunu işdən çıxartmasına aydınlıq gətirərkən deyib.
Aktyor bildirib ki, Sahil Babayevin yaxın qohumu nazirlikdə ağalıq edir, əməkdaşların qarşısında şərt qoyur:
"Hər dəfə oğlumun vəzifəsini aşağı salıb. Oğlum deyir məni elə vəzifəyə təyin edib ki, sahəm deyil. Onun qəsdinə durublar, psixoloji təzyiq göstərirlər, lap ağını çıxarıblar. Kiçik şöbəyə təyin ediblər, sonra da iş yerini şöbədən şöbəyə dəyişməyə başlayıblar. Orada olan münasibətlər barədə heç danışılası deyil, hamı həmin şöbədən işdən çıxıb gedir. Nazirin yaxın qohumu var, kobudun biridir, şöbəyə rəhbərlik edir. Yaxası açıq, krasovka ilə işə gəlir. Deyib ki, kim xoşuma gəlir işləyəcək, kim xoşuma gəlmir işləməyəcək. Əməkdaşların qarşısında şərt qoyur. Oğlum dedi ya mən orada dava etməliyəm, ya da öz ərizəmlə işdən çıxmalıyam. Dedim get ərizə yaz, çıx. Oğlum işdən çıxandan Sahil Babayev onun gedişinə münasibət də bildirməyib. Sahil Babayev məni tanıyır, belədir də, millətin ideologiyasını, təbliğatını aparanlar və onların övladları ortalıqda qalıb, hazıra nazir olanlar kef edir".
Xalq artisti oğlunun işi ilə bağlı heç bir yerə müraciət etməyəcəyini vurğulayıb:
"Topum yox, tüfəngim yox, neyləyim? Mən bu günə kimə heç kəsə övladlarım üçün xahiş etməmişəm, məcbur edirlər ki, etirazımı yuxarılara deyim. Oğlum 3 dildə danışır. Mənim xidmətimin 20-30 faizinə layiq olmayanların övladları nazirlikdə işləyir. Kiməsə ağız açmağı özümə layiq bilməmişəm, kişi kimi yaşmışam. Kimdir onlar? Təsadüfən vəzifəyə gəlib. Biz can qoyanda, onların dədə-babaları da ortada yox idi. Soruşuram niyə mənim oğlum nazir deyil, amma Sahil Babayev nazirdir? Hansı xidmətlərinə görə? Onun atası ilə mən çörək kəsmişdim, haqqı-salamım var idi. Amma ora gələn gündən oğlumu gözümcıxdıya salıb, ordan-bura, buradan-ora qaçırda-qaçırdır. Qəsdən belə edib ki, bezsin, çıxıb getsin".
Şeyx Əbdül Sahil Babayevdən baş verənlərlə bağlı açıqlama gözlədiyini qeyd edib:
"Çıxsın açıqlasın görək, oğlumu niyə gözümçıxdıya salıb. Ailə başçısı da bu zəmanədə işsiz olar? İndi oğlum işsizdir".
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun oğlunu işdən çıxarıb. Nazirin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi (kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2233 Tarix: 18 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFərhat Göçərdən illər sonra ETİRAF: Ağlayaraq ayrıldım
Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər illər əvvəl cərrahlıq peşəsindən ayrılmasının səbəbini açıqlayıb. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi "Cemre ilə TBT" proqramında həkimlikdən musiqiyə keçid dövründə yaşadığı çətinliklərdən danışıb. Göçər bildirib ki, tibb fakültəsin
20:00 226 Trampın İran planı: Nüvə hücumu, yoxsa genişmiqyaslı müharibə?
ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə irəli sürdüyü maksimalist tələblər belə bir ssenarinin müzakirə olunmasın
11:48 324 Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
21:21 155 2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı
"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq". xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbayca
20:45 192 Vestminster Sarayı fəlakətlə üz-üzədir
Bir qrup millət vəkili İngiltərə parlamentinin yerləşdiyi tarixi Vestminster Sarayının təmir təşəbbüsünün gecikdirilməsi ilə bağlı xəbərdarlıq edib. xəbər verir ki, bu barədə informasiya parlamentarilərin hazırladığı xüsusi hesabatda yer alıb. Belə ki, deputatlar bərpa və təmir işlərinin yubadılmasını
22:00 140 Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
14:21 379 PİYADA ZOLAĞINDA SKUTER SÜRƏNLƏR 40 MANAT CƏRİMƏLƏNƏCƏK
Velosiped, skuter, moped və ya motosiklet idarə edənlər çox vaxt piyada zolağını bu nəqliyyat vasitələrini sürərək keçirlər. Bu isə piyadalara maneə yaradır və bədbəxt hadisə ilə nəticələnə bilər. "Piyada keçidindən velosiped və ya elektrik skuteri sürərək keçmək qaydalara uyğun deyil. Nəqliyya
11:41 311 Bred Pittə daha bir zərbə: qızı atasının soyadından imtina etdi
Ancelina Coli və Bred Pittin ayrılığından illər keçsə də övladları ilə bağlı hadisələr gündəmdən düşmür. xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlüyün 18 yaşlı qızı Vivyen Coli-Pittin də bacı və qardaşları kimi atasının soyadından rəsmi imtina etdiyi bildirilir. Los-Anceles Ali Məhkəməsind
19:15 214 Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video
Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
20:00 161