Azərbaycanda işsizlərin sayı nə qədərdir? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda işsizlərin sayı nə qədərdir? - RƏSMİ AÇIQLAMA1-ci sinfə və ya məktəbəqədər təhsillə bağlı qəbul hər il olduğu kimi məktəblərin xidmət ərazisinə görə aparılır. Bu məqsədlə tətbiq edilən elektron sistem bəzi valideynlərin narazılığına səbəb olur. Bu məsələdə Elm və Təhsil Nazirliyi ilə həmin valideynlərin mövqeyi isə üst-üstə düşmür.

Artıq bir neçə ildir ki, məktəblərdə 1-ci sinif və məktəbəhazırlıq qruplarına qəbul, şagirdlərin yerdəyişməsi elektron qaydada aparılır. Bu sistem özünü doğrultsa da, valideynlərin ciddi narazılığına səbəb olan məqamlar da az deyil.

Məsələn, şikayətlərdən biri belədir: "Övladımı yaşadığım ünvana yaxın olan 5 nömrəli məktəbdə qeydiyyata salmaq istəyirəm. Lakin sistemdə qeyd edilir ki, ya bacı və qardaşı burada oxumalıdır, ya da valideynlərindən biri orada işləməlidir. Mən nə etməliyəm? Evimin yanında məktəb ola-ola övladımı niyə başqa ünvana aparmalıyam?".

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Digərləri bunun əksinə, övladının evinə yaxın ərazidə deyil, kənar məktəbdə oxumasını istəyir, amma yer olmadığına görə qeydiyyat apara bilmədiyini bildirir. Sistem donduğu üçün övladına məktəb seçə bilməməsindən şikayətlənənlər də var.

Üstünlük yaşayış ərazisinə verilir

Problemə münasibət bildirən Elm və Təhsil naziri Emin Əmrullayev deyir ki, 1-ci sinfə qəbul hər il olduğu kimi məktəblərin xidmət ərazisinə görə aparılır. Nazirin sözlərinə görə, şagirdin qeydiyyatda olduğu ərazidə məktəbə getməyində problem yoxdur: "Sistemin məntiqi budur ki, insan yaşadığı ərazi üzrə qeydiyyatdan keçməlidir. Əgər yaşadığı yer üzrə qeydiyyatı yoxdursa, ilk növbədə qeydiyyatını həll etməlidir. Bu sistemin deyil, fərdlərin problemidir. Həll edə bilmirsə, bizə müraciət edir, buna fərdi qaydada baxırıq".

Nazir bildirir ki, sistem kifayət qədər liberaldır: "Valideyn övladı üçün mümkün bütün məktəbləri seçə bilir. Biz valideynə nəinki məktəb, müəllimi də seçmək imkanı tanıyırıq. Amma hamı eyni müəllimə gedə bilməz".

Övladının da işini ləngidən valideynlər

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, bəzən bu narazılıqlar əsassız şəkildə səsləndirilir. Araşdırdıqda problemin qaynağının elektron qeydiyyatı həyata keçirən valideynin özü olduğu aydınlaşır: "Amma valideyni də anlamaq lazımdır. Çünki elektron xidmət anlayışı nəinki təhsilimiz, cəmiyyətimiz üçün yeni anlayışlardır. Bunun vərdiş halına gəlməsi üçün bizə hələ bir neçə il lazımdır. Məsələ ilə bağlı ilk təklifimiz Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyətlərinin yenidən bərpası və gücləndirilməsidir. Elektron qəbulun həyata keçirildiyi ilk ildə Bakı şəhəri üzrə 52 məktəbdə Alternativ Qeydiyyat Mərkəzi (AQM) yaradıldı. AQM-lər valideynləri üzləşdikləri çətinliklərdən xilas edirdi. Sonradan ehtiyac meyarı nəzərə alınaraq, bu mərkəzlərin sayı artırıldı. 2017-2018-ci tədris ilində artıq Bakı şəhəri üzrə 66 məktəbdə AQM fəaliyyət göstərirdi. Məsələnin neqativ tərəfi budur ki, valideynlərə hava-su kimi lazım olan AQM-lər demək olar ki, yalnız paytaxtda vətəndaşlara xidmət göstərirdi. Reallıq budur ki, hazırda texniki bilgiləri o qədər də inkişaf etməyən, xidmətdən düzgün yararlana bilmədiyi üçün övladının da işini ləngidən valideynlər hələ də çoxdur".

İmtahanlara uyğun alternativ qeydiyyat linkləri

Mütəxəssis vurğulayır ki, ikinci problem texniki göstəricilərin nəzərə alınmamasıdır: "Hər il narazılıqlara səbəb olan ikinci problem texniki nasazlıqlar, donmalardır. Respublikada ümumilikdə 4435 məktəb fəaliyyət göstərir. Ötən il ölkə üzrə birinci siniflərə qəbul olunan şagirdlərin sayı 158.608 nəfər olub. Deməli, ən azı bu qədər valideyn həmin serverdən istifadə edib. Bu qədər təhsilalanın datalarını özündə qoruyub saxlamalı olan bir server texniki cəhətdən də yüksək standarta cavab verməlidir. Müraciət sayı serverin gücünə adekvat olmalıdır. Ona görə də qurumlar hansısa imtahan və ya ərizə qəbulu üçün qeydiyyata başlayanda müraciətçilərin təxmini statistikasını nəzərə almalıdırlar. Sürət zəif olduqda qeydiyyat növbəsi yaranır ki, belə olan halda saytda müəyyən gecikmələrin baş verməsi normaldır. İmtahanlara uyğun alternativ qeydiyyat linkləri yaradılmalıdır".

Bəzi məsələlərdə güzəştə gedilməlidir

E.Nurinin sözlərinə görə, ən çox rast gəlinən məsələlərdən biri də mikroərazi prinsipinin tətbiqidir. Qeyd edək ki, bu prinsip bütün ölkə üzrə deyil, yalnız Bakı şəhəri üzrə tətbiq edilib: "Buna səbəb kimi təbəqələşmə, məktəblərdə qruplaşmalar, aztəminatlı ailələrin bəzi məktəblərə yaxın düşə bilməməsi kimi formalaşmış təsəvvürləri dağıtmaq göstərilirdi. Ötən illər ərzində müşahidə olunan bəzi faktlar göstərdi ki, bu islahat bütün təhsil müəssisələrində birmənalı qəbul edilmədi. Hətta bir sıra təhsil müəssisələri xidməti ərazidə yaşayanların qəbulunda bəzi əngəllər də yaratmağa çalışdı. Məsələn, lisey və gimnaziyalarda ərazi prinsipi ilə sözügedən təhsil müəssisəsinə qəbul olunan uşaqların qarşısına müsabiqə tələbi qoyuldu. Belə faktların olmaması üçün ilk növbədə valideynlər diqqətli olmalıdır".

Valideynlər üçün güzəştlər

Mütəxəssis vurğulayır ki, valideyn prosesi düzgün həyata keçiribsə, sistem avtomatik olaraq onu qeydə alır: "Hər hansı lisey və ya gimnaziyanın xidməti ərazisində yaşayan valideyn "müsabiqəyə yazıl" düyməsini seçibsə, bu, onun özünün yaratdığı problemdir. Yaxud valideyn yaşayış yerinin onun arzuladığı məktəbin xidməti ərazisində olduğunu düşünür. Halbuki onun ünvanı həmin xidməti ərazidə deyil. Belə vəziyyət anlaşılmazlıqlara və bu səbəbdən doğan narazılıqlara meydan açır. Yuxarıda sadalanan detallar məsələnin texniki tərəfinə aiddir, amma narazılığa səbəb olan əsas meyarlar sosial səbəblərdir. Bir çox valideyn yaxınlıqdakı məktəbin tədris keyfiyyətinin o qədər də yaxşı olmadığı, yaxud, uzaq məsafədəki hər hansı təhsil müəssisəsində çalışan müəllimin faydalılığını əsas gətirərək övladının məhz həmin məktəblərə qəbulunu tələb edir. Mikroərazi prinsipi qarışıqlığın qarşısını müəyyən qədər alsa da, tətbiqi zamanı bir neçə məsələlərdə güzəştə gedilməsi arzuolunandır. Birincisi, valideynlərin yaşayış yeri ilə yanaşı iş yerlərinin də nəzərə alınmasıdır. Məsələn, valideyn Yasamal rayonu ərazisində işləyirsə, o, təbii ki, övladının həmin ərazidəki məktəbdə təhsil almasına çalışa bilər. Amma mikroərazi prinsipi təəssüf ki, bu istəyi rədd edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 833   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatmazdan əvvəl nağıl uşağın gələcəyinə sərmayədir

Əslində bu 10-15 dəqiqə uşağın psixoloji inkişafına ciddi təsir göstərən vacib bir prosesdir. Psixoloqlar və neyrobioloqlar bildirirlər ki, bu vərdiş uşağın gələcək həyatına birbaşa təsir edir. xarici mediaya istinadən xəbər verir ki, uşaq psixoloqları və pedaqoqların fikrincə, axşam oxu ritualı beyind

06.05.2026 188
.

İsrail ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

Məlum olduğu kimi, Hörmüz boğazında ilişib, qalmış yük gəmilərinin təhlükəsiz şəkildə çıxarılması üçün bir neçə gün əvvəl icrasına başladılmış "Azadlıq layihəsi" dünən dayandırılıb. xəbər verir ki, ABŞ prezidenti Donald Tramp açıqlama yayaraq, Pakistanın xahişi ilə bu addımı atdıqlarını bildirib

06.05.2026 146
.

Keti Perri Azərbaycana gələcək

Dünyaca məşhur müğənni Keti Perri Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, ifaçı "Formula 1" Qran Prisinin 10 illik yubileyində səhnəyə çıxacaq. Tədbir 25 sentyabr tarixində keçiriləcək. Bununla bağlı Keti özü paylaşım edib. O, payızda Bakıya gələcəyini yazıb

06.05.2026 153
.

ABŞ və Avropa arasında iqtisadi qarşıdurma dərinləşir - POLİTOLOQDAN AÇIQLAMA

Son məlumatlara görə, ABŞ ilə Avropa İttifaqı arasında ticarət gərginliyi yenidən artma mərhələsinə keçib. Tərəflər arasında tarif siyasəti, sənaye məhsullarına tətbiq olunan rüsumlar və qarşılıqlı iqtisadi məhdudiyyətlər ətrafında fikir ayrılıqları dərinləşir. Məsələ ilə bağlı yayılan xəbərlərdə bildirili

06.05.2026 198
.

Bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri daha sərt olurlar - SƏBƏBİ

Psixoloqlar insanların həyat təcrübəsini necə qəbul etdiyini araşdıraraq maraqlı nəticəyə gəliblər. Məlum olub ki, yaş artdıqca insanların daha mehriban və ya daha sərt olmasının əsas səbəbi onların xarakteri deyil, keçmişdə yaşadıqları itkiləri necə dəyərləndirməsidir. xarici mediaya istinadla xəbə

06.05.2026 174
.

Seçkilər öncəsi İrəvanın hədəfi: Avropadan dəstək

Ermənistanın Baş naziri Nikol Paşinyan və onun "Vətəndaş Müqaviləsi" Partiyası seçkilər ərəfəsində Avropa İttifaqı-ndan dəstək nümayiş etdirməkdə maraqlıdır. xəbər verir ki, politoloq və Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev bunu Komsomolskaya Pravda Radiosu-nda Aİ-Ermənista

06.05.2026 185
.

İnsanları əslində kasıb edən nədir? - Platonun izahı

Qədim yunan filosofu Platonun adına yazılan bir fikir sosial şəbəkələrdə və iqtisadçı dairələrdə geniş müzakirə doğurub. Qaynarinfo "Daily Galaxy"yə istinadən xəbər verir ki, bu düşüncə insanların gəlirləri artsa belə, niyə özlərini daha varlı hiss etmədiklərini izah edən psixoloji mexanizm

06.05.2026 137
.

Yol tikintisi zamanı qızılla dolu məzar tapıldı - Qədim türklərə aiddir

Rumıniyanın Timișoara şəhəri yaxınlığında dairəvi avtomobil yolunun tikintisi zamanı arxeoloqlar eramızın VI-VII əsrlərinə aid qədim avar dəfnini aşkar ediblər. xarici mediaya istinadla xəbər verir ki, qazıntı sahəsində atlı döyüşçünün və onun atının qalıqları, həmçinin qızıl, gümüş və bürüncdən hazırlanmı

06.05.2026 214
.

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk

06.05.2026 142
.

TOP MP3