Gün eynəkləri haqqında bilmədiklərimiz- AÇIQLAMA
Qarşıdan isti havaların gəlməsi gün eynəklərinə olan tələbatı artırır. Gün eynəklərinə olan ehtiyac qiymətlərdə də özünü göstərir. Bir qisim insanlar münasib qiymətə, görünüşə, digərləri isə məhz keyfiyyətə önəm verirlər.
Bəs günəş şüalarından qorunmaq üçün aldığımız gözlüklərdə ən çox nələrə diqqət etməliyik?
BiG.AZ xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat metodiki bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirir ki, eynək göz üçün zərərli olanda göz qızarır, sulanır və quruyur. Belə eynəklərin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba, daha sonra isə göz büllurunun bulanaraq görmənin zəifləməsinə səbəb olur.
Ucuz eynəkləri istifadə edən insanların yorğunluqdan, baş ağrılarından şikayət etdiyini deyən Yazgül Abdıyeva həmçinin vurğuladı ki, belə keyfiyyətsiz eynəklər göz xəstəliklərinin artmasına səbəb olur. Bu eynəklər gözün bülluruna pis təsir edərək katarakt xəstəliyinin yaranmasına səbəb olur ki, onun da eynək və dərman vasitələri ilə müalicəsi mümkün deyil, çünki yetişmiş kataraktdan qurtulmanın yeganə yolu yalnız cərrahi əməliyyatdır. Keyfiyyətsiz eynəklər gözdə xərçəng xəstəliyinin yaranmasına da gətirib çıxarır. Belə halların baş verməməsi üçün həkimin tövsiyəsi əsasında düzgün diopteriyalı gün eynəyi alınmalıdır.
Mənşəyi məlum olmayan eynəklərin istifadəsinin gözə yalnız zərər verə biləcəyini vurğulayan oftolmoloq, insanların əksəriyyətinin bunun fərqinə varmadığını deyir:
"Əhali arasında keyfiyyətsiz gün eynəklərinin orqanizmə ziyanları ilə bağlı xeyli məlumatsızlıq var. Buna görə də bu məsələ ilə bağlı maarifləndirmə işləri genişləndirilməlidir".
"Eynəklərə qulluq da çox önəmlidir".
"Gözə hər hansı virusun düşməməsi üçün istənilən növ eynəklər hər gün istifadədən əvvəl və sonra adi maye-sabunlu su ilə yuyulub təmizlənməlidir. Spirt tərkibli dezinfektantlar eynəklərdə müxtəlif məqsədlə təyin olunmuş örtükləri zədələyir. Odur ki yalnız eynəyin gigiyenası üçün nəzərdə tutulmuş xüsusi məhlullardan istifadə etmək məsləhətdir. Şüşəsi cızılmış eynək də artıq öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultrabənovşəyi şüalar gözə təsir edə bilir. Buna görə də belə eynəklərdən istifadə məsləhət görülmür.
Eynəkləri hansı məqsədlə istifadə etməyimizdən, onu gözlərimizi günəş işığından qorumaq, yaxud görünüşümüzü tamamlamaq üçün taxmağımızdan asılı olmayaraq, məhsulun keyfiyyətinə xüsusi diqqət yetirməyimiz lazımdır. Əks halda bunun fəsadlarını illər sonra görəcəyik. Gözlərimizin qədrini bilib hər zaman keyfiyyətli eynək alarıqsa, o zaman kor ola bilmək təhükəsindən də qurtulmuş olarıq".
Aynur HÖKMÜRƏVAN
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14.09.2026 370 Dişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ
Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin
20.09.2026 193 Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI
Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a
22.09.2026 311 Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti
Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi
06.09.2026 306 Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12.09.2026 278 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu
D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə
23.09.2026 317 Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür: Nə faydası var?
Ortoped-cərrah Coselyn Vittsteyn bildirib ki, o, dişlərini həmişə müəyyən bir pozada fırçalayır və bu vərdişin sağlam qocalmağa kömək etdiyini düşünür. Qaynarinfo -a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxşı tarazlıq uzun və müstəqil həyat üçün mühüm amildir. Tarazlığı məşq etdirməyin yollarında
08.09.2026 411 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 415 Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus
13.09.2026 517