Bir kiloqramının qiymətinə 6 kilo ət almaq olar - Buna görə bahadır

Bir kiloqramının qiymətinə 6 kilo ət almaq olar - Buna görə bahadırAzərbaycana əsasən Türkiyənin Qaziantep bölgəsindən gətirilən fıstıq (Antep fıstığı) kəskin bahalaşıb. Hazırda bazarlarda bu məhsulun 1 kiloqramı orta hesabla 48-50 manata satılır. Bəzi çərəz mağazalarında, eləcə də marketlərdə qablaşdırmadan və növdən asılı olaraq, hətta kilosu 70-100 manat qiymətə olanlarını da tapmaq mümkündür. Bəs bu çərəz niyə belə bahadır?

İqtisadçı Akif Nəsirli "Yeni Sabah"a açıqlamasında bildirib ki, Azərbaycanda Antep fıstığının qiymətinin artmnasının bir neçə səbəbi var:

"Antep fıstığı əsasən idxal olunan məhsuldur, daxili istehsal çox azdır. Bazarda təklif tələbi qarşılamadığında qiymət artır. Dünya bazarında Türkiyə, İran və ABŞ kimi ölkələrdən gələn məhsulun qiymətləri də yüksəldikdə, Azərbaycanda da qiymət artır".

Onun sözlərinə görə, valyuta kursu dəyişiklikləri və nəqliyyat xərclərinin bahalaşması da qiymətə təsir edir: "Bundan başqa, son vaxtlar Dubay şokoladı kimi məhsulların hazırlanmasında Antep fıstığından geniş istifadə olunur, bu da tələbi artırır və qiymətləri daha da yüksəldir".

Ekspert, əlavə edib ki, qiymət fərqləri məhsulun növü, keyfiyyəti və qablaşdırmasından asılıdır:

"Bazarda 48-50 manatlıq standart məhsullar var. Daha keyfiyyətli və ya xüsusi qablaşdırılmış növlər isə 70-100 manata satılır".

Yeri gəlmişkən, qeyd edək ki, bahalığa baxmayaraq, Antep fıstığı yüksək qida dəyərinə görə geniş tələbat görməyə davam edir. Qida üzrə mütəxəssislər bildirirlər ki, fıstıq protein, sağlam yağlar, lif və antioksidantlarla zəngindir. Onun tərkibindəki B6 vitamini, kalium və digər minerallar ürək-damar sisteminin fəaliyyəti, həmçinin immunitetin güclənməsi üçün əhəmiyyətlidir.

Tədqiqatlara əsasən, müntəzəm və normaya uyğun qəbul edilən Antep fıstığı qan şəkərinin tənzimlənməsinə, xolesterinin aşağı salınmasına, eləcə də həzm sisteminin yaxşılaşmasına yardımçı ola bilər. Bununla belə, mütəxəssislər duzlu və ya şirinləşdirilmiş fıstıq məhsullarının sağlamlığa eyni faydanı vermədiyini bildirirlər.

Hazırkı vəziyyətə görə, Antep fıstığı ölkədə ən bahalı çərəzlərdən biri olaraq qalır və yaxın dövrdə ciddi ucuzlaşma gözlənilmir.

Xatırladaq ki, hazırda Azərbaycanda 1 kq mal əti 17-18 manata satılır. Bir kq Antep fıstığının qiymətinə təxminən 6 kq ət almaq olar.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 585   Tarix: 06 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu

Sağlam qidalanma deyildikdə ilk ağla gələn qidalardan biri olan qatıq tərkibindəki kalsium, zülal və vitaminlərlə qidalanma rejimimizin təməl daşlarını təşkil edir. Lakin market rəflərində və mətbəxlərdə qarşılaşdığımız müxtəlif qatıq növlərinin bədənə təmin etdiyi faydalar bir-birindən xeyli fərqlənir

27.09.2026 226
.

Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir

İdmanın bütün faydaları əslində məşq bitən kimi ortaya çıxır. İnsan bədəni yaşlandıqca əzələlər əzələ yaradan siqnallara və zülala qarşı daha dözümlü olur. xəbər verir ki, xüsusilə 30 yaş və üzəri şəxslərdə əzələ kütləsini qorumaq, toxuma bərpasını təmin etmək və keyfiyyətli yaşlanmaq tamamilə məşqdə

27.09.2026 239
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21.09.2026 382
.

Rusiyada muzeydə ziyarətçi şəkilə baxanda gözlərinə inanmadı: Şüşədə naməlum qadın üzü GÖRÜNDÜ

Rusiyadakı muzeylərdən birində ziyarətçi eksponatların yaxınlığında "xəyalət" olduğunu iddia edib. xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. Qazaxıstanlı turist Nərgizə Sankt-Peterburq şəhərində yerləşən Leninqradın mühasirəsi muzeyində olarkən blokad

27.09.2026 280
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20.09.2026 246
.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20.09.2026 242
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20.09.2026 280
.

Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə "Nature" jurnalında dərc olunan araşdırmada yer alıb. xarici KİV-ə istinadla bildirir ki, yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yən

27.09.2026 157
.

Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ

"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"

27.09.2026 201
.