Saatlıda hamilə qadını ailəsi ilə danışmaq istədiyinə görə döyüblər - YENİLƏNİB - FOTO
Saatlı rayonunda əri, qaynı və qayınanası hamilə qadını ailəsi ilə danışmaq istədiyinə görə döyüb.
BAKU.WS xəbər verir ki, bununla bağlı oxu.az-a Saatlı sakini, döyülən T.Məmmədovanın qardaşı məlumat verib. O qeyd edib ki, bacısı Yardımlı rayonundan Saatlıya gəlin köçüb:
"Bacımın hazırda bir azyaşlı qızı var, ikinci uşağa hamilədir. Bətnindəki körpəsi bir aylıqdır. Ailəsi ilə bundan öncə də dəfələrlə problem yaşayıb. Məişət məsələlərinin üstündə zorakılıq görüb. Oğlanın ailəsi təhsilsizdir, üç ildir ailəlidirlər, indiyə qədər telefon işlətməsinə icazə vermirlər.
Dəfələrlə bildirmişəm, bizimlə əlaqə qurması üçün telefon lazım olduğunu qeyd etmişəm. Amma onlar qətiyyətlə deyiblər ki, qadın telefon işlədə bilməz. Bacımı da bizimlə əlaqə saxlamaq, anamla danışmaq istəməyinin üstündə döyüblər.
Bacımın əri müharibə iştirakçısıdır. Amma heç bir problemi olmayıb. Kontuziyası yoxdur, yəni səbəb bu məsələlər deyil. Bundan öncə bacımı döydükləri zaman mənə məlumat verən kimi yanına getdim.
Çatana qədər evinə polis göndərmişdim. Amma mən oraya gedənə qədər bacımı qorxutmuşdular, təhdid etmişdilər, nə demişdilərsə, o, polisə şikayət etməmişdi. Əri bizdən də üzr istədi, azyaşlı qızına görə bağışlamağımızı xahiş etdi. O zaman dözdük, bacım ayrılmadı.
Bu dəfə isə yenə döyüblər. Yenə evlərinə daxil olmadan əvvəl polisə məlumat verdim, gözlədim. Amma polis gəlmədi. Məcbur olub, bacımı götürüb Bakıya, xəstəxanaya gətirdim. Qızı körpə olduğundan o da anası ilə birlikdədir.
Bacımı təkcə əri deyil, qaynı, qayınanası da döyürdülər. Onlar üçün bu adi haldır, düşünürlər ki, qadın döyülməlidir. Bacımın müayinələri yekunlaşsın, boşanma tələbi ilə müraciət edəcək. Hələlik həkim nəzarətindədir, körpəsinin həyatda qalıb-qalmadığını müəyyənləşdirməyə çalışırlar".
***13:22
Saatlı rayonunda hamilə qadın döyülüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hamilə olan T.Məmmədova ağır vəziyyətdə Abşeron Rayon Xəstəxanasına yerləşdirilib.
T.Məmmədovanın yaxınları onun əri Təbriz Orucov, qayınanası və qardaşı tərəfindən vəhşicəsinə döyüldüyünü iddia ediblər: "Həkimlər qadının ağır xəsarətlər aldığını, hamiləliyinin davam etdirilməsinin riskli olduğunu bildiriblər. Saatlı polisindən bizimlə əlaqə saxlayıb yenidən rayona qayıdıb orada müayinədən keçirməyimizi deyiblər".
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, hadisə ilə bağlı Saatlı RPŞ-də müvafiq araşdırmalar aparılır: "Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Hamilə qadının qohumlarının sözlərinə görə, Təbriz Orucov müharibə iştirakçısıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2253 Tarix: 30 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672