Arvadını yuxudan oyadıb öldürdü - FOTO
Bakıda kişi arvadını taxta parçası ilə döyərək qətlə yetirib.
Ölkə.Az xəbər verir ki, hadisə Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, Namiq Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib.
Namiq Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
O, ifadəsində bildirib ki, 2000-ci ildən Rusiyada ticarətlə məşğul olub. 2006-cı ildə Bakıda ev aldıqdan sonra Dilarə Hüseynova ilə ailə həyatı qurub və həmin nikahdan iki uşaqları dünyaya gəlib. Son illərdə Dilarənin hərəkətləri onu qıcıqlandırıb. Hətta sonuncunun xəyanət etdiyini düşünüb.
Namiq Ələkbərzadə bildirib ki, əvvəllər həyat yoldaşı ilə münasibətləri pis olmayıb:
"Mən heç vaxt onu vurmamışdım. Son 4 ildə qadın çönmüşdü. Özüm Rusiyada yaşayırdım. Pulum, imkanım hər şeyim vardı. Zəng edib məni söyürdü. Özünü də neçə dəfə yanıma gətirmişəm. Böyük uşağım da Rusiyada olub. Son illər münasibətimiz pisləşdi. Uşaqlarıma görə yola verirdim. Gözləyirdim ki, uşaqlar bir az böyüsün".
Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü qayınanası onlarla söhbət edib:
"Özünə də dedim ki, qızında çatışmazlıq var, ağzına gələni danışır. Yüngül zarafatlar edirdi. Anası da qızı ilə danışdı. Söyüşlə danışırdı. Məni təhqir edirdi. Deyirdi ki, uşaq səndən deyil. Anasına da orada dedim ki, görürsən, qızının başı çatmır. Arvad da deyirdi, "bala, yola ver". Axşam onun bu söhbəti mənə pis təsir elədi. Qayınanam getdi. Baxdım, uşaqlar yatıb. Yataq otağına keçdim. Yoldaşımı oyatdım. Çox əsəbi idim. Dedim, ağzına gələni danışma. Dedi, yaxşı edirəm. Uşaq səndən deyil. Beynim çöndü. Xəbərdarlıq elədim ki, danışığını bil. O dayanmadı, söyməyə başladı. Əlimə taxtanı aldım, yenə qayıdıb mənə dedi ki, uşaq səndən deyil. Beynim çöndü. İki-üç zərbə vurdum. Sonra otaqdan çıxdım. Getdim polisə təslim oldum".
Məhkəmə prosesində Namiq Əkbərzadə ittiham üzrə özünü təqsirli bilərək qeyd edib ki, törətdiyi əməl nəticəsində ən ağır zərbə əslində onun özünə dəyib. İki azyaşlı övladı valideynsiz qalıb.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli qəsdən törədilib və xüsusi ilə ağır cinayətdir.
Sonda məhkəmnin hökmü ilə Namiq Əkbərzadə 120.1(qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2227 Tarix: 31 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb
Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd
03.11.2026 279 Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
03.11.2026 291 "ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ OXUYANLAR AZALACAQ"
2026-2027-ci tədris ilində özəl ümumtəhsil müəssisələrində təhsil haqqı artıb. Araşdırmalara görə, keçən illə müqayisədə illik təhsil haqqında 100-200 manat bahalaşma var. Məsələn, Bakı Modern Təhsil Kompleksi I-IV siniflərdə illik təhsil haqqı Azərbaycan bölməsi üzrə 13.00 manat, ingilis bölməsi üçü
03.11.2026 417 Sosial şəbəkədə söyüş yazan 28 yaşlı oğlan həbs edildi
Sosial şəbəkədə təhqir yazan İmişli sakini saxlanıldı. xəbər verir ki, 28 yaşlı Nurlan Məmmədov (ad və soyad şərtidir) sosial şəbəkədə nalayiq ifadələr yazıb. Bundan sonra o, polis şöbəsinə çağırıldıqda səs-küy salıb, polisin tələblərinə məhəl qoymayıb. Bu əməllərinə görə onun barəsində İnzibati Xətala
03.11.2026 370 Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
03.11.2026 311 Zəfər Günü və Şuşa - Azərbaycan tarixinin dəyişməz qürur salnaməsi, milli iradənin və dövlət qüdrətinin təntənəsi
Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütöv bir xalqın gələcəyini, milli düşüncəsini və dövlətçilik tarixini müəyyənləşdirir. 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu günlər Azərbaycanı
03.11.2026 357 "TikTok"da xəmir yoğurarkən öldü
Bakıda qadın "TikTok"da canlı yayım zamanı dünyasını dəyişib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. Belə ki, 53 yaşlı S.T. "TikTok"da canlı yayımda xəmir yoğurub. Bu zaman o, yaşadığı evdə qəfil ürəktutmadan vəfat edib. Faktl
03.11.2026 464 Polisə atəş açan hərbçiyə hökm oxundu
Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayə
03.11.2026 339 Zəfər Günü və Şuşa: tarixi qələbədən milli dirçəlişə uzanan Azərbaycanın güc salnaməsi
Azərbaycanın müasir dövlətçilik tarixində Zəfər Günü və Şuşanın azad edilməsi ilə bağlı hadisələr təkcə hərbi uğur deyil, həm də milli iradənin, siyasi qətiyyətin və tarixi ədalətin təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu hadisələrin mahiyyətini yalnız 44 günlük Vətən müharibəsinin nəticələri il
03.11.2026 339