Diqqət! Sabahdan qiymətlərdə dəyişiklik olacaq
İyunun 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.
Bu barədə Qoruqları İdarəetmə Mərkəzindən bildirilib.
Belə ki, sabahdan xarici ölkə vətəndaşları üçün "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq qoruğu, "Yuxarı Baş" Milli Tarix-Memarlıq qoruğu, "Kiş" Tarix-Memarlıq qoruğu və "Diri Baba" türbəsinə giriş qiyməti 9 AZN təyin edilib.
"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu üçün kombinə olunmuş biletin qiyməti isə əcnəbilər 15 AZN olacaq.
Eyni zamanda, bu qoruqlarda xarici dillərdə bələdçi xidmətinin qiyməti 10 AZN olaraq müəyyənləşdirilib.Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün giriş qiymətləri dəyişmədən 2 AZN olaraq qalır. Qoruqlara yerli tələbələr üçün giriş qiyməti 1 AZN, məktəblilər üçün isə ödənişsizdir. Həmçinin, Azərbaycan vətəndaşı olan əlillər, müharibə veteranları və qazilər, 12 yaşınadək xarici turistlər də qoruqları pulsuz ziyarət edə bilərlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3020 Tarix: 31 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan: Heç kim Ermənistanı Rusiyaya qarşı hərəkətlərə məcbur edə bilməz
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, heç bir qüvvə ölkəni Rusiyaya qarşı hərəkətlərə məcbur edə bilməz. xarici mediaya istinadən xəbər verir ki, Paşinyanın sözləri "İnterfaks" agentliyi tərəfindən yayımlanıb. "Bu mümkün deyil. Heç kim, hətta cəhd etsə belə, bizi Rusiyay
10:39 220 ABŞ vitse-prezidentinin Bakıya səfəri uğurlu sayılmalıdır
ABŞ vitse-prezidenti Vensin fevralın 10-11-də Azərbaycana səfəri sülh prosesinə dəstək baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya" imzalanıb. Sənədə əsasən
12:59 275 Pensiyalar 2 ayın artımı ilə birgə bu tarixdə veriləcək
Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla veriləcək. Qrafik
15:17 271 Pensiyalar 9,3% artır - orta aylıq artım nümunələri
"Orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq pensiyalarda da indeksləşmə və artım müşahidə olunacaq. Bu il pensiyaların artım faizi 9,3% təşkil edəcək. Başqa sözlə, pensiyalar orta hesabla bu qədər artacaq". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib. O, qeyd edib ki
15:19 256 Diplomatik mesajlar açıqlandı - Vens və Bakı görüşləri
"Vensin Bakıya səfəri regional diplomatiyanın dinamikası baxımından diqqətçəkən hadisədir. Bu səfər təkcə protokol xarakteri daşımır, həm də konkret siyasi mesajlar verir. Azərbaycanın artan geosiyasi çəkisi belə görüşləri daha məzmunlu edir". Bunu BİG.AZ-a açıqlamasında politoloq Tural İsmayılo
11:47 213 Milli Məclis asbest və asbest tərkibli materialların istifadəsini qadağan etdi
Azərbaycanda asbest və tərkibində asbest olan materialların istifadəsi rəsmi şəkildə qadağan edilir. Milli Məclisin qəbul etdiyi "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna edilən dəyişikliklər çərçivəsində, asbest və asbest tərkibl
15:15 227 Taksi bazarında yeni problem: Sürücülər niyə "ucuz sifarişləri" ləğv edir? - ARAŞDIRMA
Son aylarda taksi xidmətləri ilə bağlı narazılıqların sayı artmaqdadır. Xüsusilə mobil tətbiqlər üzərindən sifariş edilən taksilərdə sürücülərin gediş haqqının az olduğunu əsas gətirərək sifarişi ləğv etməsi artıq sistemli problemə çevrilib. Sərnişinlər sifarişin qəbul olunmasından bir neçə dəqiqə sonr
14:32 426 Prezidentin sosial media hesablarında dünənki görüşdən video paylaşıldı
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşündən video paylaşılıb. "Qafqazinfo" sözügedən videonu təqdim edir:
11:14 204 Donald Tramp: "ABŞ quruda narkotacirlərlə mübarizə aparacaq"
ABŞ Prezidenti Donald Tramp "Fox Business" telekanalına müsahibəsində bildirib ki, ABŞ narkotik qaçaqmalçılığına qarşı mübarizədə yeni mərhələyə başlayacaq. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, o qeyd edib ki, indiyədək əsas fokus gəmilər və dəniz marşrutları üzərində olub və görülə
16:47 165