QIZIL ƏLLƏRƏ SAHİB HƏKİM CƏRRAH TRANSPLANTOLOQ BƏHRUZ SƏLİMOV

QIZIL ƏLLƏRƏ SAHİB HƏKİM CƏRRAH TRANSPLANTOLOQ BƏHRUZ SƏLİMOV"Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan." Dahi Nizami Gəncəvi bu misraları bütün peşələrə aid etmiş olsa da, düşünürəm ki, ən çox həkimlər üçün önəmlidir bu misralar. Niyə? Səbəbi çox sadədir, hər peşə insan həyatında vacibdir, amma ən məsuliyyətlisi həkimlikdir deyə bilərik. Buna bənzər başqa ikinci bir peşə yoxdur ki, həyatını həmin peşə sahibinə inanaraq əmanət edəsən. Məhz buna görə də həkim ya kamil olmalı, peşəsinin bütün sirrlərini bilməli, insan həyatını hər şeydən üstün, ali hesab etməli, ya da həkimlik kimi müqəddəs bir vəzifəni öz savadsızlığının, bacarıqsızlığının qurbanı etməməlidir. Məqaləmizin qəhrəmanı Bəhruz doktoru sizlərə təqdim etmək istəyirik. Çoxlarının tanıdığı peşəkar həkim cərrah-transplantoloq Bəhruz Rövşən oğlu Səlimov haqqında məqaləmizdə sizlər üçün ətraflı məlumata yer verilmişdir. Qubadlı rayonunda doğulan Bəhruz doktor uşaqlıqdan həkimliyə maraqlı olmuşdur. Atasının həkim olması da onun tibb sahəsinə daha çox meyil etməsinə və bu arzusunu qətiləşdirməsində böyük rol oynamışdır. Tibb doktora görə ən hörmətli sahələrdən biridir, çünki o, atasından belə görmüş, həkimlik etikası, estetikası ona atası vasitəsilə genlərindən ötürülmüşdür. 1999-cu ildə Azərbaycan Tibb Universitetinə müalicə işi-profilaktika fakutəsinə qəbul olmuşdur. Təhsilini bitirdikdən sonra ixtisaslaşma üçün müxtəlif kurslarda öz təhsilini davam etdirmişdir, bu kurslardan ən uzun çəkən Türkiyədə Celal Bayar Universitetində olmuşdur. 2009-cu ildə Azərbaycana qayıtdıqdan sonra Neftçilər xəstəxanasında cərrahiyyə və orqan transplantasiya mərkəzində fəaliyyətə başlamışdır. Transplantoloq olaraq daha çox inkişaf etməkdə qərarlı olan Bəhruz doktor 2015-ci ildə Türkiyədə Memorial Şişli Xəstəxanasında Koray Acarlının rəhbərlik etdiyi orqan transplantasiyası mərkəzində ixtisasartırmada olmuş, buradan sertifikat alaraq Azərbaycana qayıtmışdır. Artıq 3 ilə yaxındır Dövlət Təhlükəsizlik Xidməti Hospitalında fəaliyyət göstərən doktor ümumi cərrahi əməliyyatlar (öd kisəsi, bağırsaq keçirməzliyi, yırtıqlar və s.), onkoloji əməliyyatlar və transplantasiya (böyrək və qaraciyər köçürmələri) həyata keçirir. Doktor xüsusilə qeyd edir ki, mərkəzdə əməliyyatlar açıq üsulla yanaşı laparaskopik üsulla icra olunur. Bəhruz doktor laparaskopik üsulun üstünlüklərini belə izah edir ki, həm həkim tərəfindən texniki hazırlıqlar daha yüksək olur, həm əməliyyat sonrası xəstələrdə ağrılar daha az olur, həmçinin xəstələr xəstəxanadan daha tez çıxaraq normal həyatlarına da daha tez qayıda bilirlər. Ümumiyyətlə tibb daim yenilənən və inkişaf edən bir sahədir. Bu yenilikləri və inkişafı Azərbaycanda da görmək doktoru çox sevindirir. Ona görə bu gün bizim bütün dünya ilə yarışa biləcək həkimlərimiz var. Transplantologiya isə daha mürəkkəb bir sahədir, Bəhruz doktor da bu sahədə ən çətin əməliyyatları icra edən sayılı həkimlərdəndir. Lakin onun vəzifəsi əməliyyatı icra etməklə bitmir. Əməliyyatdan sonra da o, xəstələrini hər cəhətdən izləməlidir, bu səbəblə də doktor öz sahəsi ilə yanaşı psixologiya, radyoterapiya, hormonoterapiya və s. kimi sahələrlə də yaxından maraqlanır. Ümumiyyətlə doktor öz xəstələrinə həssaslıqla yanaşır. Empati hissi onda olduqca güclüdür, bu səbəblə doktor xəstələri ilə arasına sərhəd qoymur, onları duya bilir, güvənlərini qazana bilir. Xəstə ilə bağın qurulması çox önəmlidir, Həkim ilahi varlıq deyil, həkim xəstənin bədəninə kömək edir, o isə özünü sağaldır. Bu münasibətdə isə etibar çox mühüm rol oynayır. Doktorun bu yöndə isə məsləhəti budur ki, güvənmədiyi, etibar etmədiyi həkimə müraciət etməsinlər. Həmçinin vaxtında yoxlanışlara getmək, həkimə müraciət etmək üçün ağrıların şiddətlənməsini gözləməmək lazımdır.
Tibb çətin və məşəqqətli sahədir, həkim olmaq isə verilməsi çox çətin bir qərardır. Bəhruz doktor deyir ki, cərrahlar arasında belə bir lətifə var ki, əməliyyat zamanı qanaxma yaranarsa, həkim deyir ki, kaş bu xəstəni əməliyyata götürməzdim. Qanaxma davam edirsə, o zaman deyir ki, kaş cərrah olmazdım, qanaxma artarsa, onda da kaş həkim olmazdım, deyir. Artıq qanaxma şiddətlənərsə, o zaman deyir ki, kaş doğulmazdım. Bu kiçik lətifə belə həkimin bir əməliyyat anında neçə hissə büründüyünü göstərir. Bəli, həkimlik çətindir, lakin bu çətinliyin ardında çox şərəfli bir ad durur ki, bütün bu çətinliklərin öhdəsindən gəlməyə dəyər. Bəhruz doktor bu adın da, bu peşənin də layiqincə haqqını verir.

QIZIL ƏLLƏRƏ SAHİB HƏKİM CƏRRAH TRANSPLANTOLOQ BƏHRUZ SƏLİMOV


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1124   Tarix: 02 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

TOP MP3