Ekspert: "Azərbaycanda valyuta mübadilə məntəqələrinin yenidən bərpası vacibdir"
Azərbaycanda valyuta mübadilə məntəqələrinin formalaşdırılması yeni formada həyata keçiriləcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputatların suallarını cavablandırarkən bildirib. O qeyd edib ki, bu məsələ "Mərkəzi Bank haqqında" Qanuna dəyişikliklərdə nəzərdə tutulur.
Mövzu ilə bağlı "Report"a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, dünyada valyuta mübadiləsini həyata keçirmək üçün bir çox təcrübələri var. Bunların ən sadəsi və geniş yayılmışı əvvəllər Azərbaycanda mövcud olan "exchange"lər idi.
"Devalvasiya prosesindən sonra insanlar yaranan psixoloji vəziyyətlə əlaqədar dollar alışını kəskin artırmışdı. Bu, manata təzyiq yaratmışdı. Nəticədə isə "exchange"lər idarə olunmaz hala gəlmişdi. Bu səbəbdən də 2016-cı ildə onların fəaliyyəti dayandırıldı. 2018-ci ildən isə Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanılıb. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur", - deyə ekspert vurğulayıb.
E. Əmirov qeyd edib ki, hazırda qanunda bu məsələyə yeni yanaşmanın tətbiqi nəzərdə tutulur: "Hazırkı vəziyyətdə valyuta mübadilə məntəqələrinin fəaliyyətə başlaması üçün böyük zərurət vardır. İstər turistlərin, istər yerli insanların lazımi vaxtda bu imkanlardan yararlana bilməməsi bir sıra problemlər yaradır".
Hazırda Azərbaycanda dollara tələbatın azaldığını diqqətə çatdıran ekspert qeyd edib ki, bunu statistik göstəricilər və Mərkəzi Bankın dolların satış həcmləri də təsdiq edir: "Mərkəzi Bank da bu məsələnin fərqindədir. Dollara olan tələbatın azaldığı bir zamanda valyuta mübadiləsi məntəqələrinin yaradılması təhlükəli deyil. Ona görə də bu məntəqələrin istənilən formada yaradılması faydalıdır. Dollara olan tələb, manata olan təzyiq azalıbsa, niyə dolların satışını məhdudlaşdırmalıyıq? Turistlər də ölkəyə gətirdiyi valyutanı konvertasiya etməkdə çətinliklər yaşayır. Müəyyən məntəqələr olsa da, turistlər bu məntəqələri axtarmamalıdır, əlçatanlıq təmin olunmalıdır, digər xidmət nöqtələri kimi vətəndaşların və turistlərin ixtiyarında olmalıdır".
Qeyd edək ki, "Valyuta tənzimi haqqında" Qanuna edilən dəyişikliklərə görə, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır.
Girovun məbləğinə gəlincə, bu rəqəm ölkənin müxtəlif bölgələri üçün fərqlənir. Bakı üzrə həmin məbləğ 50 min ABŞ dolları və 50 min manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min ABŞ dolları, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 min manat və 10 min ABŞ dolları təşkil edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 917 Tarix: 06 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolisə atəş açan hərbçiyə hökm oxundu
Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayə
03.11.2026 192 Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?
Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda
03.11.2026 320 Qobustan körpüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Qobustan körpüsündə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, noyabrın 4-ü saat 13:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsini
03.11.2026 219 Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin sa
03.11.2026 258 Quru sərhədlər bağlı, aviabiletlər baha: Vətəndaşlar çıxış yolu axtarır
Quru sərhədlərin bağlı olduğu bir şəraitdə aviabiletlərin sürətlə bahalaşması vətəndaşların xaricə səfər imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Belə vəziyyətdə insanlar xarici ölkələrə getmək üçün əsasən hava nəqliyyatından istifadə etməyə məcbur qalırlar. Alternativ nəqliyyat imkanlarının məhdudluğ
03.11.2026 315 Məktəblərdə zorakılıq: Uşaqları bu həddə çatdıran səbəblər nədir?
Son vaxtlar məktəblilərin iştirakı ilə baş verən zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir şagirdin digərini döyməsi, bu hərəkətin telefonla lentə alınması, görüntülərin sosial şəbəkələrdə paylaşılması, bəzən də başqalarının bu səhnələri gülərək izləməsi artıq ayrı-ayrı məktəbləri
03.11.2026 276 Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb
Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd
03.11.2026 264 Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı yerin təxminən 9 metr dərinliyində kömürləşmiş və yanmamış taxta parçaları aşkarlanıb. Tədqiqatçılar bu qalıqların Bibliyada adı çəkilən Nuhun gəmisinə aid ola biləcəyini ehtimal edirlər
03.11.2026 179 Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Belə ki, Kamil
03.11.2026 354