"İSF-nin gəlirlərinin artması işsizliyin azalmasında müsbət rol oynayacaq"- AÇIQLAMA
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılır.
BiG.AZ-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Fondun gəlirləri və xərcləri bərabər olaraq 5,0 milyon manat (2,4 faiz) artırılmaqla 217,7 milyon manat təşkil edəcək.
Biz də mövzu ilə bağlı Millət vəkili Razi Nurullayevlə sözügedən artım və həmçinin işçilərin sayında ötən illərlə müqayisədə müşahidə edilən dəyişikliklərlə bağlı müzakirə apardıq.
"İşsizlikdən sığorta fondunun büdcəsinin 5 milyon artırılması təbii ki, işsizliyin azaldılmasında müsbət bir rol oynayacaq.
Qeyd etməliyəm ki, bu ildən başlayaraq ödənişli ictimai işlərə cəlb olunan şəxslərin sayı kəskin azaldılıb. Bu da kəskin narazılıqlara səbəb olub. Elə oldu ki, həqiqətən ehtiyacı olan insanlar belə işdən kənarlaşdırıldı. Deputat olduğum İmişli rayonundan da bununla bağlı yüzlərlə şikayət məktubu daxil olub. Düzdür, bunların hər biri haqlı olmasa da, içərisində kifayət qədər ehtiyacı olan ailələlər də var idi. Bu məsələ həqqətən də ciddi problemlər yaradıb. İndi 5 milyon manat həmin o yeni-yeni insanların işə cəlb edilməsində, rayonlar üzrə bölüşdürülərək sakinlərin ictimai işlərə cəlb olunmasında öz müsbət təsirini göstərəcək".
Millət vəkili həmçinin əlavə etdi ki, bu vəsaitdən artıq qalması müəyyən sosial yönümlü layihələrin həyata keçirilməsi, obyektlərin yaradılması ilə nəticələnəcək:
"Təbii ki, bu amil də işsizlərin işə cəlb olunmasına hesablanıb. 5 milyona da çox şükür. Amma bu elə də böyük rəqəm deyil ki, hər kəs nəticəni öz həyatında hiss edə bilsin.
Qarabağa ayrılan vəsaitlərin artımı həm də o anlama gəlir ki, artımın nəticəsinə uyğun olaraq yeni-yeni onminlərlə işyerləri yaradılır və insanlar gedib orada da işləyə biləcəklər. Burada bərpa işlərinin aparılması, evlərin tikilməsi, qaçqın və köçkünlərin öz evlərinə, yurdlarına qayıtması üçün böyük büdcə vəsaitləri ayrılır. Məhz buna görə də digər istiqmətlərə daha çox vəsait ayrıla bilmir. Mən düşünürəm ki, zaman-zaman artıq bu məsələrdə də artım olacaq və daha çox insan işlə təmin ediləcək".
"Ümumlikdə isə son olaraq, sığorta fondunun büdcəsinin 5 milyon manat artırılmasını müsbət hal kimi qiymətləndirirəm".
Aynur HÖKMÜRƏVAN
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 811 Tarix: 06 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolisə atəş açan hərbçiyə hökm oxundu
Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayə
03.11.2026 192 Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?
Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda
03.11.2026 320 Qobustan körpüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Qobustan körpüsündə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, noyabrın 4-ü saat 13:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsini
03.11.2026 219 Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin sa
03.11.2026 258 Quru sərhədlər bağlı, aviabiletlər baha: Vətəndaşlar çıxış yolu axtarır
Quru sərhədlərin bağlı olduğu bir şəraitdə aviabiletlərin sürətlə bahalaşması vətəndaşların xaricə səfər imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Belə vəziyyətdə insanlar xarici ölkələrə getmək üçün əsasən hava nəqliyyatından istifadə etməyə məcbur qalırlar. Alternativ nəqliyyat imkanlarının məhdudluğ
03.11.2026 315 Məktəblərdə zorakılıq: Uşaqları bu həddə çatdıran səbəblər nədir?
Son vaxtlar məktəblilərin iştirakı ilə baş verən zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir şagirdin digərini döyməsi, bu hərəkətin telefonla lentə alınması, görüntülərin sosial şəbəkələrdə paylaşılması, bəzən də başqalarının bu səhnələri gülərək izləməsi artıq ayrı-ayrı məktəbləri
03.11.2026 276 Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb
Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd
03.11.2026 264 Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı yerin təxminən 9 metr dərinliyində kömürləşmiş və yanmamış taxta parçaları aşkarlanıb. Tədqiqatçılar bu qalıqların Bibliyada adı çəkilən Nuhun gəmisinə aid ola biləcəyini ehtimal edirlər
03.11.2026 179 Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Belə ki, Kamil
03.11.2026 354