Son bir ay ərzində Azərbaycanda 20 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Son bir ay ərzində Azərbaycanda 20 milyon manatlıq narkotik dövriyyədən çıxarılıbDaxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi son bir ay ərzində "qara" bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

"Milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı mübarizə Daxili İşlər Nazirliyinin qarşısında dayanan əsas pirioritet istiqamətlərdən biridir. Bu sahədə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 ay ərazində də intensiv əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən transmilli mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 8 mütəşəkkil dəstənin üzvləri, o cümlədən 83 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən "qara" bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitə - kokain, heroin, tiryək, marixuana, psixotrop maddə - metamfetamin, eləcə də 13 min ədəd ekstazi və metadon həbi çıxarılıb.

Əməliyyatlar paytaxtla yanaşı Sumqayıt şəhəri, Abşeron rayonu, bölgələrdə baş tutub. Baş İdarənin əməkdaşları tərəfindən çətin relyef, coğrafi və meşəlik şəraitindən, eləcə də Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı qətiyyətlə alınıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 527   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib

Türkiyənin İstanbul vilayətində viza fırıldaqlığı ilə bağlı aparılan araşdırma çərçivəsində 37 nəfər həbs edilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Türkiyə Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırma zamanı viza məsləhətçiliy

16:40 159
.

Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə

Reyn çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən çayda gəmiçilik çökmə həddinə çatıb. xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Çayın əsas ölçmə stansiyalarından birində suyun səviyyəsi 6 santimetrə qədər enərək mütləq antirekordu yeniləyib. Kaub şəhəri yaxınlığında suyun səviyyəs

20:45 0
.

İran Qətərdə qırıcıların qəzaya uğramasından sonra üç pilotun ələ keçirildiyini açıqlayıb

İran hakimiyyəti bildirib ki, ilin əvvəlində baş vermiş müharibə zamanı Su-24 qırıcılarının qəzaya uğramasından sonra ölkənin Hərbi Hava Qüvvələrinin üç pilotu Qətər qüvvələri tərəfindən əsir götürülüb. "Report" xəbər verir ki, bu barədə İran Silahlı qüvvələrinin generalı Məhəmməd Baqerzad

14:40 159
.

Xandanyan: TRIPP-də başqa ölkələrin təhlükəsizlik strukturlarının mövcudluğu nəzərdə tutulmur

"Tramp marşrutu" (TRIPP) ərazi və ya hərbi baza deyil, infrastruktur layihəsidir və onun çərçivəsində hər hansı başqa bir dövlətin təhlükəsizlik qüvvələrinin mövcudluğu nəzərdə tutulmur. "Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin xarici əlaqələ

19:40 93
.

NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsi (NASA) "Artemis" (Artemida) Ay proqramını sürətləndirib. "Report"un məlumatına görə, bu barədə NASAaY rəhbəri Cared Ayzekman bildirib. "Biz "Artemis" proqramını sürətləndiririk. Əslində, "Artemis 3"

10:15 150
.

Niderlandda fermerlərdən hökumətə ETİRAZ: Yüzlərlə traktor küçələrdə

Niderlandda yüzlərlə fermer Hertogenbos şəhərində hökumətin ekoloji siyasətinə qarşı traktorlarla etiraz aksiyasına qatılıb. xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb. Etirazçılar yerli administrasiya binasının qarşısına toplaşaraq hökumətin beş quşçuluq təsərrüfatının lisenziyalarını ləğ

19:30 100
.

Bitki yağlarında aşkarlanan təhlükəli maddə: Sağlamlıq üçün zərərləri nələrdir? - VİDEO

Bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, laborator müayinələr zamanı yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi - 3-MCPD müəyyən edilib. Qida eksperti Elsevə

15:20 158
.

ABŞ ölkələri süni intellekt sahəsində Çinlə əməkdaşlığın fəsadları barədə xəbərdar edəcək

ABŞ administrasiyası Vaşinqtonun təşəbbüsü ilə yaradılan "Pax Silica" texnologiya alyansının üzvü olan ölkələri Çin süni intellekt proqramlarında iştirak edəcəkləri təqdirdə alyansdan çıxarıla biləcəkləri barədə xəbərdar etmək niyyətindədir. "Report"un "Reuters"ə istinadə

11:30 147
.

Günəş vannası qəbul edən gənc qadının dərisi qaraldı: Ölümcül xəstəliyin əlaməti imiş

29 yaşlı britaniyalı Porru Qay dərisinin qeyri-adi şəkildə qaraldığını görüb. Sonradan məlum olub ki, bu, ciddi xəstəliyin əlaməti imiş. xəbər verir ki, gənc qadının başına gələn hadisə barədə "Daily Mirror" nəşri yazıb. Məlumata görə, Porru Qay ailəsi ilə birlikdə İspaniyada istirahətdə olarkə

13:30 164
.

TOP MP3