Qızına cehizlik almağa gedən ata oğurluq etdi
Abşeron rayonu Xırdalan şəhərində yerləşən ticarət mərkəzindən birində oğurluq hadisəsi baş verib.
Qaynarinfo.az-ın məlumatına görə, hadisəni 1969-cu il təvəllüdlü Fariz adlı şəxs törədib.
Fariz və universitetlərin birində filoloq-müəllim işləyən həyat yoldaşı ilə birlikdə qızına yay aylarında baş tutacaq toyundan öncə cehiz almaq qərarına gəliblər. Onlar övladları ilə birlikdə ticarət mərkəzində yerləşən mebel mağazasına gediblər.
Həyat yoldaşı və qızının satış meneceri ilə söhbət etdiyini görən Fariz mağazadan qiyməti 3000 manat olan mobil telefonu oğurlayıb.
Telefonu götürüb əynindəki gödəkçənin cibinə qoyub. Arvadı və qızı satıcı ilə təxminən 5 dəqiqə mebellər haqqında söhbət etdikdən sonra birlikdə mağazanı tərk ediblər. Daha sonra başqa mebel mağazasına baxıb, ticarət mərkəzini tərk edərək evə qayıdıblar. Yaşadığı evin qarşısına çatdıqdan sonra arvadı evə qalxıb, özü isə idarə etdiyi avtomobildə qalıb. Oğurladığı telefonu cibindən çıxarıb baxarkən üzlüyünün alt hissəsində 300 manat pulu görüb. O, işləri ilə əlaqədar yenidən həmin ticarət mərkəzinə getdikdə polis əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs ifadəsində oğurladığı mobil telefonun sahibini əvvəlcədən tanımadığını, oğurluq nəticəsində əldə etdiyi 300 manat pulu şəxsi ehtiyaclarına xərclədiyini və başqa hər hansı oğurluq əməli törətmədiyini bildirib.
Məhkəmənin qərarı ilə Fariz Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Aparılan araşdırma zamanı bu da məlum olub ki, Fariz 25 may 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 23 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 2.5-ci bəndinə əsasən, Sabunçu Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli qərarı ilə azad olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1031 Tarix: 14 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö
12:55 242 Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?
Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda
15:02 230 100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır
ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"
02.11.2026 509 YALANIN ALQIŞLANDIĞI, DÜRÜSTLÜYÜN UTANDIRILDIĞI BİR DÖVRDƏ YAŞAYIRIQ
Son zamanlar ətrafıma bir qədər diqqətlə nəzər salıram. Sanki insanlığın tərəzisi pozulub, dəyərlərin yeri dəyişib, doğru ilə yanlış arasındakı sərhəd itib. Saxta təbəssümlərin, üzlərə taxılan maskaların, səmimiyyətdən uzaq münasibətlərin hökm sürdüyü bir dövrdən keçirik. İnsanlar bir-birinə gülümsəyir
15:03 216 Meteorit qırıntısının bir qramı 5 min avroya satılır - Xəzinə axtaranların hədəfi dəyişib
Xəzinə axtaranlar üçün qızıl artıq ən qiymətli tapıntı hesab edilmir. Bəzi meteorit parçalarının bir qramının 5 min avroya qədər qiymətləndirilməsi onları kolleksiyaçılar və xəzinə axtaranlar üçün xüsusi maraq obyektinə çevirib. Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın "Rynek Zdrowia"
02.11.2026 419 Misir səhranı yaşıllaşdırmaq üçün "yeni Nil" inşa edir - Amma ciddi maneə var
Misir səhralıq əraziləri kənd təsərrüfatı torpaqlarına çevirmək məqsədilə dünyanın ən böyük suvarma layihələrindən birini həyata keçirir. "Yeni Delta" adlanan layihə çərçivəsində təxminən 924 min hektar ərazinin əkin sahəsinə çevrilməsi planlaşdırılır. Lakin mühəndislik problemləri və torpaqları
02.11.2026 394 Zəfər Günü və Şuşa - Azərbaycan tarixinin dəyişməz qürur salnaməsi, milli iradənin və dövlət qüdrətinin təntənəsi
Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütöv bir xalqın gələcəyini, milli düşüncəsini və dövlətçilik tarixini müəyyənləşdirir. 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu günlər Azərbaycanı
17:38 136 Xiyarı qabığı ilə yeyin - SƏBƏBİ
Qidalanma mütəxəssisləri xiyarın qida dəyərini ətraflı araşdıraraq onun insan orqanizmi üçün faydalarını açıqlayıblar. Onlar təzə xiyarın gündəlik qida rasionuna daxil edilməsinin vacibliyini vurğulayıblar. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər təzə xiyarın müntəzəm istehlakının sağlamlığ
19:45 1 Ürək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
02.11.2026 490