Həkim-onkoloq: "55 yaşdan yuxarı qadınlar daha çox gecikmiş mərhələdə müraciət edirlər"

Həkim-onkoloq: "55 yaşdan yuxarı qadınlar daha çox gecikmiş mərhələdə müraciət edirlər""Müşahidələr göstərir ki, qadınlar ev şəraitində süd vəzisində törəmələrin əlamətlərinə rast gəlsələr belə, heç bir ağrı vermədiyi üçün həkimə müraciət etmirlər. Belə olan təqdirdə xəstəlik ağırlaşır və nəticə heç də ürəkaçan olmur".

Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 7 nömrəli Şəhər Poliklinikasının həkim-onkoloqu Ramilə Əliyeva deyib.

Həkimin sözlərinə görə, süd vəzi xəstəliklərinin vaxtında aşkarlanmasında və onun ağır fəsadlarının qarşısının alınmasında qadınların ərazi üzrə poliklinikalara zamanında müraciət etmələri olduqca mühüm rol oynayır:

"Xəstə ilə söhbət edərkən anamnez məlumatlarından məlum olur ki, qadınlar süd vəzində törəməni özləri aşkar etsələr də (yuyunarkən), heç bir ağrı vermədiyi üçün həkimə müraciət etmirlər. Daha çox sümüklərində ağrı, dəridə hər hansı bir qızartı simptomları yaranarkən məcburiyyət qarşısında qalaraq poliklinikaya üz tuturlar. Lakin bu mərhələdə xəstələrə tətbiq olunan müalicə müsbət nəticə vermir".

Həkim-onkoloq xəstəliyin vaxtında aşkarlanması və erkən müdaxiləsi məqsədilə xanımların ildə ən azı iki dəfə, hər altı aydan bir ultrasəs müayinəsindən (USM), 35 yaşından yuxarı olanların isə süd vəzində törəmə şübhəsi varsa, mütləq mammoqrafiyadan (MMQ) keçmələrini tövsiyə edib.
Ramilə Əliyeva bildirib ki, faktiki olaraq bu gün ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə (poliklinikalara) 55 yaşdan yuxarı qadınlar daha çox gecikmiş mərhələdə (IV mərhələdə) müraciət edirlər:

"Onlarda daha çox gərginlik, ağrı və sancı simptomları müşahidə olunur. Bəzən isə bu xəstəlik heç bir əlamət olmadan inkişaf edir. Təbii ki, bu zaman vaxtında müdaxilə edilməməsi çox ciddi fəsadlara səbəb olur".

Mütəxəssisin sözlərinə görə, onlar hər zaman süd vəzilərinin simmetriyasına (gilələrin içəriyə girib-girməməsinə) fikir verməli və hər hansı asimmetriya müşahidə edildikdə dərhal həkimə müraciət etməlidirlər.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1033   Tarix: 25 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.