"Hansısa bir aksiyada media nümayəndələrinə qarşı kobudluq yol verilməzdir" – Qulu Məhərrəmli
Fransanın Nanter şəhərində 17 yaşlı Əlcəzair əsilli gənci polis güllələyərək öldürüb. Buna etiraz olaraq insanlar aksiya kecirib.
Etiraz aksiyasında çəkiliş aparan Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin əməkdaşları hücuma məruz qalıblar. Nəticədə müxbir və operator xəsarət alıb.
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin Fransada çəkiliş aparan əməkdaşlarına qarşı törədilən hücum cəmiyyətdə heç də bir mənalı qarşılanmayıb.
Biz də BiG.AZ olaraq baş verən insidentlə bağlı Əməkdar jurnalist Qulu Məhərrəmli ilə əlaqə saxlayaraq fikirlərini öyrəndik:
"Demokratik ölkələrin hamısında insanların sərbəst toplaşmaq, öz fikirlərini azad şəkildə ifadə etmək, nələrəsə etiraz etmək hüquqları var. Fransa buna çox gözəl nümunədir. Artıq neçə illərdir orada müxtəlif xarakterli etiraz aksiyaları keçirilir və bunlar bütün dünyanın gözü qarşısında baş verir.
Hər hansısa bir aksiyada media nümayəndələrinə qarşı kobudluq yol verilməzdir. Birinci növbədə Fransada hər hansısa bir ölkənin media nümayəndəsi varsa o orada akkreditasiyadan keçir, hüquqları tanınır, yerli media qrumları kimi onun da bütün tədbirləri işiqlandırmaq hüququ var. Hesab edirəm ki,əgər bunlar baş veribsə və Fransa polisi AzTV - nin əməkdaşlarına qarşı kobudluq nümayiş edilibsə məsələ ilə bağlı ciddi tədbir görülməlidir. Nəzərə alınmalıdır ki, indiki halda hər hansısa tədbiri işıqlandıran digər ölkənin əməkdaşı, Fransanın əməkdaşı ilə eyni hüquqlara malikdir. Onlara necə şərait yaradılırsa digərlərinə də eyni şərait yaradılmalıdır."
Qeyd edək ki, məsələ ilə bağlı bu gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Fransa Xarici İşlər Nazirliyinə nota göndəriləcək" deyə açıqlamasında bildirib.
Ülkər Rəhmanqızı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 786 Tarix: 29 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşJURNALİSTİ DÖYƏNİ 8 İLƏDƏK HƏBS GÖZLƏYİR
APA TV-nin müxbirinin Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş verən yanğın hadisəsini işıqlandırmaq istəyərkən hücuma məruz qalması ictimaiyyətdə narazılıqla qarşılandı. Xatırladaq ki, bir neçə gün əvvəl "Real TV" ilə "Space TV"nin əməkdaşları da məktəb qarşısında fizik
02.11.2026 401 Rusiyanın TDT-də iştirakı hansı riskləri yarada bilər?
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Rusiyaya təşkilatda müşahidəçi statusunun verilməsini təklif edib. Qazaxıstan lideri təşkilatın nüfuzunun artırılması məqsədilə Rusiyanın bu istiqamətdəki niyyətinə müsbət yanaşmağın, Moskvay
02.11.2026 228 "Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
02.11.2026 196 Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama
"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy
02.11.2026 297 Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyaya səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, o, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyi
02.11.2026 345 ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, ŞUŞANIN AZADLIĞI VƏ YENİ DÖVLƏTÇİLİK MƏRHƏLƏSİ
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də ölkənin siyasi, hərbi və geosiyasi reallıqlarını dəyişdirdi. Şuşanın azadlığı isə bu Zəfərin milli-mənəvi mahiyyətini və tarixi əhəmiyyətini müəyyənləşdirən əsas hadisəyə çevrildi. Azərbayca
02.11.2026 255 Zəfər Günü və Şuşa - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ, milli iradənin və tarixi ədalətin təntənəsi
Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad olunması təkcə hərbi qələbə kimi deyil, dövlətçilik tariximizin, milli özünüdərkin və geosiyasi mövqeyimizin dəyişməsinə səbəb olan fundamental hadisələr kimi qiymətləndirilməlidir. Bu tarixi hadisələr Azərbaycan xalqının onilliklər ərzində daşıdığ
02.11.2026 263 Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi
Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla
02.11.2026 180 Azərbaycanın gözü - Şuşa
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində
02.11.2026 247