"Caspian Motor-Show" avtomobil sərgisi baş tutacaq - FOTO
28-30 iyul 2023-ci il tarixində növbəti "Caspian Motor-Show" avtomobil sərgisi baş tutacaq.
Bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) rəsmi internet saytında məlumat yayılıb.
Xatırladaq ki, ölkədə yeganə avtomobil sərgisini ənənəvi olaraq bu ictimai birlik həyata keçirir.
Ümumiyyətlə, "Caspian Motor-Show" unikal sərgidir. Adətən bu tədbir açıq havada: dəniz kənarında və ya dağlıq regionlarda, bir sözlə, istirahət məkanlarında keçirilir. 2003-cü ildən başlayaraq Nabran istirahət zonasında, Qəbələ və Şəki şəhərlərində və əlbəttə, Abşeron çimərliklərində dəfələrlə ən yeni modellərdən ibarət ekspozisiyalar qurulub. Cari ildən başlayaraq, avtoşounun "Sea Breeze Resort" kompleksində təşkil olunması barədə razılıq əldə olunub.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev tədbirlə əlaqədar bunları deyib:
"Caspian Motor-Show 2023" çərçivəsində "TEZ: Təhlükəsizlik, Ekologiya, Zövq" mövzusunda konfransın baş tutacağı da planlaşdırılıb. Konfransda avtomobil, bank, sığorta sektorlarının nümayəndələri ölkədə avtomobil parkının yenilənməsi, yollarda hərəkətin təhlükəsizliyi, ekologiya mövzusunda müzakirələr aparacaq. Bu foruma Nazirlər Kabinetindən, müxtəlif dövlət qurumlarından, Milli Məclisdən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən nümayəndələr dəvət olunacaqlar.
Adətən AADA-nın təşkil etdiyi avtoşoularda yalnız rəsmi avtomobil idxalçıları, distribütor və dilerlər iştirak edir. Sərgi günlərində bir çox yeni modellərin rəsmi premyerası baş tutacaq. Sərgidə eləcə də avtomobil ehtiyat hissələri, aksesuarlar, avtokosmetika, moto-velo texnika, avtomobil klubları, tüninq studiyaları və s. nümayiş etdirilə bilər. Builki avtoşou bir neçə özəlliyi ilə də seçiləcək. Əvvəla, elektrik avtomobillər üçün xüsusi ekozona ayrılacaq. Bundan əlavə avtomobil aşiqləri üçün yeni modelləri test-drayv etmək imkanı yaradılacaq.
"Caspian Motor-Show 2023" çərçivəsində tamaşaçıları maraqlı əyləncə proqramı, müxtəlif uduşlu yarışlar, müsabiqələr də gözləyir. Populyar pop-rok ulduzların iştirakı ilə konsert proqramları və diskotekalar, "Miss Avto" gözəllik müsabiqəsi və bir sıra sürprizlər də gözlənilir. Bu avtomobil bayramında iştirak etmək üçün partnyorları dəvət edirik.

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 775 Tarix: 03 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEv qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
Sağlam qidalanma deyildikdə ilk ağla gələn qidalardan biri olan qatıq tərkibindəki kalsium, zülal və vitaminlərlə qidalanma rejimimizin təməl daşlarını təşkil edir. Lakin market rəflərində və mətbəxlərdə qarşılaşdığımız müxtəlif qatıq növlərinin bədənə təmin etdiyi faydalar bir-birindən xeyli fərqlənir
27.09.2026 251 Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20.09.2026 252 Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20.09.2026 292 Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20.09.2026 224 Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
Mandarin seçərkən yalnız rənginə baxmaq kifayət deyil. Qabığın toxuması və bərkliyi ilə meyvənin ölçüsünə görə çəkisi birlikdə qiymətləndirildikdə daha şirəli və ətirli olanları seçmək ehtimalı artır. Üstəlik, bəzi mandarin növləri yetişdikdə belə qabığında yaşımtıl tonlar saxlaya bildiyi üçün rəng təkbaşın
27.09.2026 238 Restoranın dayanacağında doğulan körpəyə "fasto food" ləqəbi verildi
ABŞ-da dayanacaqda doğulan körpəyə qeyri-adi ləqəb verilib. xarici KİV-ə istinadla bildirir ki, Keti Mörfidə doğuş sancıları başlayıb və o, həyat yoldaşı Stiven Kirbi ilə birlikdə xəstəxanaya yollanıb. Lakin həkimlər doğuşun hələ başlamadığını bildirərək qadını evə göndəriblər. Axşama doğru sancıla
27.09.2026 171 Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücüləri
27.09.2026 242 Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
Qısqanclıq sosial əhatədən dostluqlara, iş həyatından ailə və romantik münasibətlərə qədər bir çox sahədə davranışlarımıza təsir edə bilən duyğulardan biridir. Bəzən açıq şəkildə büruzə çıxan bu duyğu, bəzi hallarda isə olduqca məsum görünən sözlərin arxasında gizlənə bilir. xəbər verir ki, psixologiyay
27.09.2026 415 Qayğanağa bu məhsulu əlavə edin - səhər yeməyiniz daha faydalı olsun
Qayğanağa avokado əlavə etməklə adi səhər yeməyini lif, vitamin və minerallarla daha zəngin etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, qayğanaq səhər yeməyi üçün ən sadə və qidalı seçimlərdən biri sayılır. Lakin mütəxəssislər bildirirlər ki, yumurtanın tərkibində demək olar ki, lif yoxdur
27.09.2026 197