Yer bu tarixdə Günəşdən ən uzaq nöqtədə olacaq
Yaxın günlərdə Yer öz orbitinin Günəşdən ən uzaq nöqtəsi olan afelidən keçəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "Qafqazinfo"ya verilən məlumata görə, bu, yay fəslinin başlanmasından təqribən 2 həftə sonra baş verir.
Bildirilib ki, 2023-cü ildə Yer iyulun 7-si Bakı vaxtı ilə saat 00:06-da afelidən keçəcək. Həmin an Günəşə qədər məsafə 152 093 251 km olacaq. Afelidə Yer Günəşdən ən yaxın nöqtəsi olan perihelidə olduğundan təqribən 5 milyon km uzaqda olur. Afelidə Günəş diskinin görünən bucaq ölçüsü perihelidə olduğundan kiçikdir. Yer afelidə olduqda Günəşin bucaq diametri minimal - 31'28", perihelidə isə maksimal - 32'32" olur. Günəş diskinin ölçüsündə olan bu fərq gözlə hiss olunmur və təxminən 3% təşkil edir.
Afelidə Yer Günəşdən perihelidə olduğundan təxminən 7% az günəş enerjisi alır. Amma bu, fəsillərin dəyişməsinə təsir etmir. Fəsillərin dəyişməsi Günəşə qədər məsafənin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında dolanması və eyni zamanda onun fırlanma oxunun orbit müstəvisinə meylli olması ilə bağlıdır. Günəşə qədər məsafənin dəyişməsi şimal və cənub yarımkürələrində qış və yay arasındakı temperatur fərqinə təsir göstərir.
Yerin periheli və ya afelidə olduğu tarixlər sabit deyil. Qısa müddətdə tarixlər ildən-ilə iki günə qədər dəyişə bilər. Lakin uzun dövrdə afeli və perihelidə olma tarixləri kəskin dəyişir. Məsələn, 1246-cı ildə dekabr qış Günəşduruşunda Yer perihelidə olub. O vaxtdan bəri periheli və afeli tarixləri hər 58 ildə bir gün dəyişir. Astronomların hesablamalarına görə, 6430-cu ildə - 4407 ildən sonra Yerin perihelidə olma tarixi 19 mart gecə-gündüz bərabərliyi ilə üst-üstə düşəcək.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 913 Tarix: 05 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTurlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
23.06.2026 889 Sodayla ağ saçlardan qurtulmağın yolu
Ağ saçların yaranması yaşlanmanın təbii əlamətlərindən biridir və gec-tez demək olar ki, hər kəs bununla qarşılaşır. Lakin saçını tez-tez boyamaq istəməyənlər, xüsusilə ağ saçları az olan insanlar təbii qulluq üsullarına üstünlük verirlər. Xalq arasında uzun illərdir istifadə olunan vasitələrdən bir
28.06.2026 313 Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir
Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər. Qiymət artımı fonunda daha qənaətli və faydalı qida axtaranlar üçün paxlalılar il
28.06.2026 210 Süd orqanizm üçün düşündüyünüzdən daha faydalıdır -ARAŞDIRMA
İnək südü, hətta kalsium və vitaminlərlə zənginləşdirilmiş bitki mənşəli alternativlərlə müqayisədə belə, orqanizm üçün daha faydalı ola bilər. Bu nəticə Avstraliyanın Edit Kouen Universitetinin alimlərinin apardığı elmi icmalda yer alıb. xəbər verir ki, tədqiqatın nəticələri "Critical Reviews i
28.06.2026 181 Tanrını görmək üçün 5 ildir ayaqüstə dayanır
Hindistanda yaşayan bir rahib beş ildir ki, nə oturur, nə də uzanıb yatır. O, bu qeyri-adi həyat tərzini dini andının bir hissəsi kimi davam etdirir və məqsədinin ruhunu təmizləyərək Şiva tanrısına yaxınlaşmaq, eləcə də onu görmək olduğunu bildirir. xarici mediaya istinadla xəbər verir ki, Daulat Gir
21.06.2026 376 Avadanlıq icarəsi Xidmetler.AZ saytında
Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi
25.06.2026 2978 Bazardan alınan giləmeyvəni yumamış yeməyin - Görünməyən təhlükə
Yay mövsümü artıq qızğın çağını yaşayır. Bazar piştaxtaları təzə çiyələk, gilas, albalı, göyəm və digər giləmeyvələrlə doludur. Satıcılar isə məhsulun şirinliyinə əmin olmaq üçün alıcılara tez-tez "bir dənə dadmağı" deyə təklif edirlər. xəbər verir ki, ilk baxışdan zərərsiz görünən bu vərdi
21.06.2026 366 Xoşbəxt sevginin sirri tapıldı
Polşanın Vratslav Universitetinin alimləri sevgi münasibətləri ilə bağlı hamını təəccübləndirəcək sensasiyalı araşdırmaya imza atıblar. Axşam.az xəbər verir ki, "Journal of Research in Personality" jurnalında dərc olunan bu qlobal tədqiqat çərçivəsində düz 74 ölkədən olan 41 606 nəfərin məlumatlar
28.06.2026 280 Avtomobil şinlərindəki rəngli xətlərin sirri məlum oldu
Yeni alınan avtomobil şinlərinin üzərindəki qırmızı, sarı, mavi və ya yaşıl rəngli xətlər əksər sürücülərin diqqətini çəkir. Bəs bu xətlər nəyi ifadə edir? Əksər sürücülərin düşündüyünün əksinə, bu işarələr şinin keyfiyyəti və ya performansı ilə bağlı deyil. xəbər verir ki, mütəxəssislərin bildirdiyin
28.06.2026 216