BMT rəsmisi: "Taxıl sazişi"nin müddətinin uzadılmaması ağır nəticələrə səbəb ola bilər"

BMT rəsmisi: "Taxıl sazişi"nin müddətinin uzadılmaması ağır nəticələrə səbəb ola bilər""Dünyanın taxıl ehtiyacının əhəmiyyətli hissəsini təmin edən "Taxıl sazişi"nin müddətinin uzadılmaması ağır nəticələrə səbəb ola bilər".

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandıran BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffit deyib.

BMT rəsmisi on gün sonra müddəti bitən sazişin yenilənməsi üçün danışıqların davam etdiyini deyib. Ankara ilə mütəmadi əlaqədə olduğunu deyən M. Qriffit problemin həlli istiqamətində səylərin nəticələnməsi üçün gələn həftə İstanbula səfər edəcəyini bildirib:

"Bununla bağlı müzakirələr gedir. Mən İstanbula, BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan "Taxıl sazişi" üzrə danışıqlar aparmaq üçün Rusiyaya səfərə gedir. Türkiyə taxıl müqaviləsində diplomatik aktyor rolunu oynayır.

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə də, razılaşmanın uzadılması məsələsini gündəmə gətirib. Əgər razılığa gəlinməzsə bunun nəticələri ağır olacaq. Ortaq razılığa gəlinməsi vacibdir. Müqavilənin hər iki, üç ayda bir uzadılması kommersiya etibarını çox zədələyir".

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq. Rusiya rəsmiləri sazişin uzadılması niyyətində olmadıqlarını bildiriblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 764   Tarix: 09 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Trampdan İranla bağlı yeni açıqlama: Daha iki obyekt hədəfə alına bilər

ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında İranın Kolanq-Qaz-La dağının altındakı şübhəli nüvə obyektinə zərbə endirilməsinin mümkünlüyündən danışıb. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Tramp bildirib ki, ABŞ İslam Respublikasını

10:45 260
.

Zəfər Günü və Şuşa - Azərbaycan tarixinin dəyişməz qürur salnaməsi, milli iradənin və dövlət qüdrətinin təntənəsi

Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütöv bir xalqın gələcəyini, milli düşüncəsini və dövlətçilik tarixini müəyyənləşdirir. 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu günlər Azərbaycanı

17:38 208
.

Almaniyalı nazir Əbu-Dabidəki danışıqlardan gözləntilərini açıqladı

Almaniyanın müdafiə naziri Boris Pistorius Əbu-Dabidə Ukrayna ilə bağlı keçirilməsi planlaşdırılan növbəti üçtərəfli danışıqların nəticələrinə şübhə ilə yanaşdığını bildirib. xəbər verir ki, bu barədə Reuters agentliyi nazirin açıqlamasına istinadən məlumat yayıb. "Son illərin təcrübəsinə əsaslanaraq

11:14 231
.

Quru sərhədlər bağlı, aviabiletlər baha: Vətəndaşlar çıxış yolu axtarır

Quru sərhədlərin bağlı olduğu bir şəraitdə aviabiletlərin sürətlə bahalaşması vətəndaşların xaricə səfər imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Belə vəziyyətdə insanlar xarici ölkələrə getmək üçün əsasən hava nəqliyyatından istifadə etməyə məcbur qalırlar. Alternativ nəqliyyat imkanlarının məhdudluğ

14:22 291
.

Polisə atəş açan hərbçiyə hökm oxundu

Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayə

22:00 1
.

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö

12:55 260
.

İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib

İsraildən Bolqarıstana uçan təyyarə elektron poçt vasitəsilə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Sofiya hava limanında təcili eniş edib. Bu barədə Bolqarıstanın "Nova" telekanalı məlumat yayıb. Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibinin səlahiyyətlərini icra edən Lyubomi

21:45 3
.

"Tarixin ən böyük toylarından biri" - Yetim bəy tanımadığı insanları dəvət etdi - Hamı axışıb gəldi

Çində valideynlərini erkən yaşda itirən gəncin toyuna sosial şəbəkələr vasitəsilə tanımadığı insanları dəvət etməsi böyük marağa səbəb olub. Onun çağırışına yüzlərlə insanın cavab verməsi nəticəsində kiçik bir kənddə keçirilən mərasim ölkənin ən çox danışılan toylarından birinə çevrilib. xarici mediay

18:30 214
.

Sosial şəbəkədə söyüş yazan 28 yaşlı oğlan həbs edildi

Sosial şəbəkədə təhqir yazan İmişli sakini saxlanıldı. xəbər verir ki, 28 yaşlı Nurlan Məmmədov (ad və soyad şərtidir) sosial şəbəkədə nalayiq ifadələr yazıb. Bundan sonra o, polis şöbəsinə çağırıldıqda səs-küy salıb, polisin tələblərinə məhəl qoymayıb. Bu əməllərinə görə onun barəsində İnzibati Xətala

18:15 202
.