Üçüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimi baş tutub - FOTO

Üçüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimi baş tutub - FOTO15 iyul tarixində "Bakı Ekspo Mərkəzi"ndə üçüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi baş tutub.

Oxu.Az xəbər verir ki, açılış mərasimində "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak ediblər.

Gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyevin açılış nitqi ilə start götürən tədbir Təşkilat Komitəsi üzvlərinin nitqi ilə davam edib.

İdarəçi rəhbərlər çıxışlarında "Yüksəliş" müsabiqəsinin hər il yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, günümüzdə idarəçiliyin tələblərinə uyğun olaraq rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.

Gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev "Yüksəliş" müsabiqəsi finalçılarına səslənərək istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə layihənin keçirilməsində yaxından iştirak etdikləri üçün qürur hissi duyduğunu bildirib. Fərhad Hacıyev onu da əlavə edib ki, finalçılar arasında ötən illər müsabiqədə iştirak etmiş namizədlərin çoxluq təşkil etməsi sevindirici haldır. Bunun müsabiqənin ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin və iştirakçıların etimadını qazanmasının göstəricisi olduğunu bildirən İşçi qrupunun rəhbəri sonda hər bir finalçıya uğurlar arzulayıb, onların final mərhələsinədək gəlib çatmasının qalibiyyətə bərabər olduğunu qeyd edib.

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 109 nəfər iştirakçı mübarizə aparır.

Final mərhələsi 3 gün davam edəcək və müsabiqə 16 iyulda yekunlaşacaq.

"Yüksəliş" müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca üçüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 513   Tarix: 15 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

16:07 155
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

01.11.2026 360
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

15:33 161
.

ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ ŞUŞANIN MİLLİ-MƏNƏVİ DİRÇƏLİŞİ

Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü milli dövlətçilik salnaməsinin ən möhtəşəm hadisələrindən biri kimi xüsusi yer tutur. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, milli birliyinin, ordusunu

12:32 194
.

Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib

Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim

01.11.2026 345
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

01.11.2026 408
.

Kreml: Putin Zelenskinin zənginə cavab verəcək

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında Rusiya lideri Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenskinin telefon zənginə cavab verməsi ehtimalını şərh edib. xəbər verir ki, söhbətin bir hissəsi müxbirin Telegram kanalında dərc olunub. Uşakov bildirib ki

11:17 203
.

Zəfər Günü və Şuşa - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ, milli iradənin və tarixi ədalətin təntənəsi

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad olunması təkcə hərbi qələbə kimi deyil, dövlətçilik tariximizin, milli özünüdərkin və geosiyasi mövqeyimizin dəyişməsinə səbəb olan fundamental hadisələr kimi qiymətləndirilməlidir. Bu tarixi hadisələr Azərbaycan xalqının onilliklər ərzində daşıdığ

14:56 161
.

Azərbaycanın gözü - Şuşa

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində

14:46 160
.