İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Türkiyədə 15 İyul hadisələrinin yeddinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Türkiyə Respublikasına qarşı yönəlmiş bu xain plan ölkənizin tarixində çətin sınaq idi. Bu sınaqdan alnıaçıq və üzüağ çıxan Türkiyə xalqı bütün dünyaya iradəsinin sarsılmazlığını, mətinliyini, dövlətçiliyə və demokratiyaya sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi. Həmin ağır gündə çiyin-çiyinə vermiş Türkiyə xalqı və dövlətinin qətiyyəti sayəsində, şəhidlərimizin qanı və canı bahasına əldə edilmiş bu zəfər xalqınızın bənzəri olmayan mübarizlik və yenilməzlik ruhunu, Vətənə sevgisini təsdiq etdi. Həmrəyliyin və milli birliyin rəmzi olaraq təsis olunmuş "Demokratiya və Milli Birlik Günü" Türkiyə dövlətçiliyinin tarixində böyük şərəf günü olaraq qalacaqdır.
Heç şübhəsiz ki, əsl qəhrəmanlıq dastanının yazıldığı o gün qardaş Türkiyə xalqının Sizə olan hədsiz inam və etimadın aşkar təzahürü olaraq ətrafınızda sıx birləşməsi, Sizin çağırışınıza dərhal cavab verməsi xain niyyətlərin qarşısına aşılmaz sipər çəkərək ölkənizi böyük faciələrdən xilas etdi.
Azərbaycan xalqı və dövləti bu mücadilədə ilk anlardan qardaş Türkiyə dövlətinin və xalqının yanında olmuş, ölkənin Konstitusiya quruluşuna, legitim hakimiyyətinə qəsd edən Vətən xainlərini birmənalı şəkildə pisləmişdi. Biz bu hadisələrdən daha da güclənərək çıxmış Türkiyə xalqının zəfərini öz zəfərimiz, sevincini öz sevincimiz, hüznünü öz hüznümüz olaraq paylaşdıq və bir millət, iki dövlət olduğumuzu bir daha əyani şəkildə sübut etdik.
Əminəm ki, ən böyük sərvətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birliyini və həmrəyliyini qoruyub saxlamaq və gələcək nəsillərə ərmağan etmək, strateji müttəfiqliyimizi hərtərəfli inkişaf etdirmək və möhkəmləndirmək naminə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 465 Tarix: 15 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp: "Tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm"
ABŞ Prezidenti Donald Tramp Lonq Aylenddə Respublikaçı namizədləri dəstəkləyən mitinqdə çıxış edərək tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Tramp İranın məğlub edilməsindən sonra bu addımı atacağını deyib. O, həmçinin ABŞ-ın İra
10:24 182 Bərdənin üç kəndində qaz olmayacaq
Avqustun 18-də Bərdə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 18.08.2026-cı il tarixind
16:30 95 Təyyarələrdə niyə soyuq olur? -Ekspertlər izah edir
Siz qalın geyinirsiniz, stüardessalar yüngül köynəklərdə gəzir, kondisioner isə dişlərinizi bir-birinə dəyəcək şəkildə üfürür. Əsəbləşirsiniz? Əbəs yerə. Bu soyuqluq aviaşirkətlərin kaprizi və ya qənaət etmək istəyi deyil. xarici mediaya istinadən bunun tibbi protokol olduğunu və 10 min metr hündürlükd
14.08.2026 296 Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT
"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur". xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətind
14.08.2026 278 Alim Qasımov bağında ad günü etdi
Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olub. Axşam.az xəbər verir ki, xanəndə doğum gününü ailəsi ilə birlikdə qeyd edib. O, yaxınlarını bağ evinə toplayaraq məclis təşkil edib. Gecə ərzində muğamlar səsləndirilib, A.Qasımovun sənət yolundan bəhs edən video nümayiş olunub. Məclisdən videolar sosia
12:10 244 Haaland rekordlar kitabına düşdü
Norveçli hücumçu Erlinq Haaland "Ginnesin Rekordlar Kitabı"na düşüb. xəbər verir ki, futbolçu karyerasındakı məhsuldar göstəricilərinə görə birdən-birə dörd sertifikat alıb. Haaland İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna sahibdir. O, 2022/2023 mövsümünd
14.08.2026 251 Bakının əsas küçə və prospektləri yuyulub
Bakıda növbəti genişmiqyaslı daxili iməcilik keçirilib. Bu barədə -a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyuc
11:41 180 Husilər Yəməndəki Moha limanına hücum edib, ən azı bir nəfər həlak olub
Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. Hücum nəticəsində təhlükəsizlik xidmətinin ə
16:20 97 İnstaqram 10 il sonra loqosunu dəyişdi
Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan instaqram 10 ildən sonra loqosunu yeniləyib. Axşam.az xəbər verir ki, sosial şəbəkənin rəhbəri Adam Mosseri yeni dizaynı avqustun 13-də instaqram və Threads hesablarında təqdim edib. O, yenilənmiş loqonu daha kəskin və müasir dizayn kimi xarakteriz
14.08.2026 289