"Titan" batiskafının sahibi "OceanGate Expeditions"ın dünyaya çıxış "qapıları" bağlandı
Atlantik okeanının sularında partlayan "Titan" batiskafının sahibi olan ABŞ-nin özəl "OceanGate Expeditions" şirkəti bütün sosial media hesablarını silib.
Son vaxtlara qədər şirkətin "Facebook", "Instagram", "Twitter" və "LinkedIn"də hesabları olub.
Bundan əvvəl isə "OceanGate Expeditions"ın internet saytında tədqiqat və kommersiya fəaliyyətini dayandırdığı barədə bildiriş yerləşdirilib.
Xatırladaq ki, iyunun 19-da "OceanGate Expeditions" şirkəti "Titanik"in batdığı yerə turistləri çatdırmaq üçün nəzərdə tutulmuş "Titan"la əlaqənin kəsildiyini açıqlayıb. Üç gün sonra ABŞ Sahil Mühafizəsinin Şimal-şərq bölməsi "Titanik" yaxınlığında dağıntıların aşkar edildiyini bildirib. Tezliklə qurum təsdiq edib ki, bunlar itkin batiskafın hissələridir. Təhlillər göstərib ki, dərinlik dəniz gəmisinin bütün sərnişinləri ölüblər.
"Titan"ın göyərtəsində "OceanGate Expeditions" şirkətinin rəhbəri Stokton Raş, fransız akvanavt Pol-Henri Narjolet, təyyarə satışı və istismarı ilə məşğul olan "Action Aviation" şirkətinin sahibi britaniyalı milyarder Hemiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman olublar.
Bir müddət əvvəl partlayan batiskafdakı pilotla batan "Titanik"in sərnişinləri arasında mistik əlaqə, həmçinin "Titan" sərnişinlərinin son saatları ilə bağlı xəbər verilib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1111 Tarix: 15 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əfsanələr və reallıq: Novruz bayramının tarixi hara gedib çıxır? - VİDEO
Bir xalqın tarixini onun adət-ənənələri və bayramları müəyyən edir. Bütün türk xalqlarının ənənəsində yer alan Novruz bayramı ortaq dəyərlərimizi əks etdirir. xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib. Elmi araşdırmalar Novruzun qədim tarixə malik olduğunu və islamdan əvvəlk
21.03.2026 306 Pişiklər bizim görmədiyimiz nəyi GÖRÜR?
Pişiklər hər zaman sirli canlılar kimi görünür. Onların baxışları çox vaxt elə bir yerə yönəlir ki, insan orada heç bir qeyri-adi şey görmür. Pişiklərin görmə sistemi fərqli qurulub. Onlar dünyanı başqa bir spektrdə qavrayırlar. Pişiklər ultrabənövşəyi (UV) əks olunmaları görə bilirlər, insan gözü is
15.03.2026 321 Tezbazar.Az - Hobbi və asudə, istirahət və əyləncə elanları
ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi
25.03.2026 263 Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?
Adın dəyişdirilməsi haqqında ərizənin icra müddəti qanunvericiliklə tənzimlənmir. Təcrübəyə görə bu müddət təxminən 2-3 ay davam edir. Lakin hər kəs ad, soyad və ya ata adını dəyişmək hüququna malik deyil. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:. Ad insanın kimliyidir. Laki
22.03.2026 389 Çin poladdan 10 dəfə möhkəm material yaratdı
Çin texnoloji sahədə mühüm irəliləyiş əldə edərək poladdan 10 dəfə daha möhkəm olan T1200 karbon lifinin kütləvi istehsalına başladığını elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə "Liber Tatea" nəşri məlumat yayıb. "China National Building Material Group" şirkəti T1200 karbo
20.03.2026 421 Xaşdan daha güclü şorba -Sümükləri bərkidir
Qış mövsümünün əvəzolunmaz yeməklərindən sayılan yayla şorbası, təkcə dadı ilə deyil, həm də orqanizmə verdiyi faydalarla seçilir. Tərkibindəki qatıq, düyü, nanə və yumurta sayəsində bu şorba kalsium, fosfor və zülal baxımından olduqca zəngin qida qaynağıdır. Daimi şəkildə istifadə edildikdə sümükləri
15.03.2026 641 Gecə "otaqda kimsə var" hissi niyə yaranır? - Maraqlı səbəb
Arxası üstə yatmaq yuxu iflicinin yaranma ehtimalını artıra bilər. Bu zaman insan şüurlu olsa da, hərəkət edə və danışa bilmir. xəbər verir ki, bu barədə -ya açıqlamasında nevroloq Mariya Lavrenova bildirib. Onun sözlərinə görə, yuxu iflici şüurla hərəkət arasında qısamüddətli uyğunsuzluq nəticəsind
16.03.2026 608 Genlər deyil: Mədəniyyət insanı necə qlobal gücə çevirdi?
İnsanlar bütün dünyaya elə sürətlə yayılıblar ki, bu göstərici heç bir digər vəhşi onurğalı ilə müqayisə edilə bilməz. Biz səhralarda, tropik meşələrdə, yüksək dağlıq ərazilərdə və sərt soyuq şəraitdə yaşayırıq. Əksər heyvanlar bu müxtəlifliyin kiçik hissəsinə belə uyğunlaşa bilmir. Bəs bu, bir növ üçü
20.03.2026 397 Mətbəx çanağındakı xoşagəlməz qoxunu yox etməyin yolları
Mətbəx çanağından gələn pis qoxu adətən kanalizasiya borularında yığılan yağ qalıqları, qida hissəcikləri və sabun çöküntüsü səbəbindən yaranır. Bu mühit bakteriyaların çoxalmasına şərait yaradır və nəticədə xoşagəlməz qoxu əmələ gəlir. xarici mediaya istinadən xəbər verir ki, problemi həll etmək üçü
15.03.2026 312