Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi

Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdiPəhriz kolaları, yoqurtlar, sorma konfetlər və saqqızlar kimi onlarla ümumi qidada olan süni dadlandırıcı aspartam uzun müddət təhlükəsiz hesab olunub. Ancaq bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fikrini dəyişib. Təşkilat aspartamı xərçəng riskini artıran potensial kanserogen elan edib.

Bu barədə Xərçəng Xəstəliyinin Öyrənilməsi üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin saytında xəbər verilib.

ÜST maddəni qadağan etməyib, lakin eyni zamanda ən təhlükəli dozanı - gündə 40 mq/kq təyin edib. Təşkilat həmçinin şirkətləri tərkibində dadlandırıcı olan məhsulların etiketində "ehtimal ki, kanserogen" sözləri yazmağa məcbur etmək istəyir.

Qeyd edək ki, təşkilat hələ may ayında süni dadlandırıcılar olan içkilərdən uzaq durmağa çağırmışdı. Açıqlanan tövsiyəyə görə, dadlandırıcılar nə böyüklər, nə də uşaqları arıqlamağa kömək etmir. Üstəlik, ekspertlər müəyyən ediblər ki, aspartam və digər dadlandırıcılardan istifadə ikinci tip şəkərli diabetə, ürək-damar xəstəliklərinə gətirib çıxarır və ümumiyyətlə, ölüm riskini artırır.

Belə məhsulların zərərləri

Məsələ ilə bağlı rusiyalı diyetoloq, nutrisioloq və fizioterapevt Antonina Leontiyeva danışıb. O, tərkibində aspartam olan qazlı şirələrin müəyyən üstünlüklərə malik olduğunu etiraf edib. Birincisi, bu içkilərdə həqiqətən demək olar ki, heç bir kalori olmur, bu da arıqlamaq istəyən insanları cəlb edir. İkincisi, qanda qlükoza səviyyəsini artırmır. Lakin ekspertin fikrincə, sintetik dadlandırıcıların mənfi təsiri istənilən faydanı faydasız edir. Onun sözlərinə görə, belə məhsulların müntəzəm istifadəsi bağırsaqlarda disbakterioza və onun işinin pozulmasına səbəb olur.
Şəkər əvəzedicilərinin digər təsiri sinir sistemi ilə bağlıdır. Məsələ burasındadır ki, ağıza aspartam və ya başqa bir dadlandırıcı əlavə etdikdə bu barədə siqnallar beyinə gedir. Sonra bütöv bir reaksiya kaskadı başlayır: orqanizmdə karbon mübadiləsi başlayır. Lakin mədəyə qlükoza daxil olmur. Nəticədə proses boşa gedir. Diyetoloq uzunmüddətli perspektivdə bunun pozuntulara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bəs aspartamı nə ilə əvəz etmək olar?

Diyetoloq aspartamı əvəzləməməyi, ümumiyyətlə şəkərə alternativ tapmağa çalışmamağı, bu vərdişdən tamamilə qurtulmağa səy göstərməyi və ya şirniyyat istehlakını məqbul həddə məhdudlaşdırmağı tövsiyə edib. O qeyd edib ki, adətən desertlərə olan böyük həvəs bədənin insulinə ehtiyacı ilə deyil, psixoloji amillər, hormonal pozğunluqlar və ya dəmir kimi vacib maddələrin çatışmazlığı səbəbindəndir.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1033   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15.11.2026 308
.

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artaraq 50.17 dollar təşkil edib

14.11.2026 401
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15.11.2026 266
.

Estetik əməliyyata 100 min dollar xərclədi - FOTOLAR

Sosial media fenomeni Eylül Öztürk estetik əməliyyat etdirmək üçün Amerikadan Türkiyəyə gəlib. 6 saatlıq əməliyyat üçün 100 min dollar ödəyib. Bunu Türkiyə mediasına istinadən bildirib. Öztürk əməliyyatdan sonra çəkilmiş fotolarını yayımlayıb. Fotolarda fenomenin alnındakı sarğılar və üzündəki əməliyya

12.11.2026 642
.

Romantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq

Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz

15.11.2026 283
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14.11.2026 355
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. BİG.AZ -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qorumas

16.11.2026 422
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14.11.2026 532
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

11.11.2026 1302
.