Həyat yoldaşının ölümündən sonra ölkəni tərk etdi, xəstəliyinə görə ona qadağa qoyuldu

Həyat yoldaşının ölümündən sonra ölkəni tərk etdi, xəstəliyinə görə ona qadağa qoyulduBiG.AZ Kulis.az-a istinadən rejissor, aktyor Tofiq Mirzəyev haqqında maraqlı faktları təqdim edir.

Tofiq İbrahim oğlu Mirzəyev 16 iyun, 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. Anası Bella İlyişina yəhudi əsilli olsa da, Azərbaycanda yaşayıb.

***

Tofiq Mirzəyevdə erkən yaşlarda musiqiyə maraq yaranıb. Müharibə illərində anası, qardaşı və bacısıyla atasının yurdu Gədəbəydə yaşamalı olduğundan o, klarnet ifaçılığı üzrə musiqi təhsilini 12-13 yaşlarından almağa başlayıb.

Orta məktəbi başa vurduqdan sonra Moskvada Konservatoriyanın nəzdində flarmonik məktəbdə, daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasının klarnet şöbəsində təhsil alır.

***

Maestro Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət simfonik orkestrinə dəvət edir və Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayır.

***

Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Q. Qarayevin, C. Hacıyevin, F. Əmirovun, Niyazinin özünün əsərlərinə dərindən bələd olması da məhz buradan qaynaqlanır. Amma Tofiq Mirzəyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb.

Tofiq Mirzəyev "Qaya" vokal qrupunun yaradıcılardan biri və solisti olan Teymur Mirzəyevin qardaşıdır.

***

Sənətə musiqiçi kimi gələn Tofiqin bir müddət sonra səhhətində ciddi problem yaranmağa başlayır. 1960-cı ildə ağır vəziyyətdə xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qəti qadağan edirlər.

Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. O, mərkəzi televiziyanın rejissorluq kurslarını bitirdikdən sonra rejissor peşəsinə yiyələnir.

***

Tofiq Mirzəyev "Uşaqlığın son gecəsi, "Ən vacib müsahibə", "İstintaq", "Nəsimi", "Üzeyir ömrü", "Təhminə" və s. filmlərdə maraqlı obrazlar yaradır. Tofiq Mirzəyevin iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir.

***

Tofiq Mirzəyevin kinoda ilk təcrübəsi olan "Uşaqlığın son gecəsi" filmi olub. Bu filmdə canlandırdığı Rüfət obrazı sayəsində tamaşaçı rəğbəti qazanıb və yaddaşlara əbədi həkk olunub.

Bundan sonra Tofiq Mirzəyev 35 filmə çəkilir, özü də təkcə "Azərbaycanfilm"də yox, həm də "Mosfilm"də, Dovjenko adına kinostudiyada.

***

Tofiq Mirzəyev portret filmlər çəkib, bəstəkar Fikrət Əmirov, dirijor Nazim Rzayev, müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar haqqında verilişlər hazırlayıb.

***

Aktyorun yaxın dostu yazıçı Anar xatirələrində qeyd edir:

""Kinematoqraf" da Hollivud bənizli bu yaraşıqlı kişidən yan keçə bilməzdi. Amma, bununla belə, doğrusu, ona bir qədər gec diqqət etdilər. Tofiqi ilk dəfə kinoya Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Uşaqlığın son gecəsi" filmiylə Arif Babayev gətirdi. Tofiq danışırdı ki, kinostudiyanın Bədii Şurasının filmə baxışından sonra o, həyəcanlı imiş. Kinostudiyanın direktoru, incəsənət məsələlərində heç bir güzəştə getməyən Adil İsgəndərov onu kabinetinə çağırır.

"Hə, indi deyəcək ki, get, get öz işinlə məşğul ol, səndən aktyor çıxmaz". Tofiq belə düşünürmüş. Adil İsgəndərov isə cəmi bircə kəlmə deyib: "Sən çəkiləcəksən"".

Tofiq Mirzəyev "Mosfilm"də tanınmış rus aktyoru Vyaçeslav Tixonovla birlikdə çoxseriyalı "Cinahsız cəbhə" filmində çəkilib. Bu filmdə o, döyüş zabiti Əliyev roluyla öz yaxın dostu memar Rasim Əliyevin atası, müharibə iştirakçısı, akademik Həsən Əliyevin obrazını canlandırıb. Bakıda Arif Babayevlə yanaşı, Həsən Seyidbəyli, Rasim Ocaqov, Tofiq İsmayılov da ona öz filmlərində rol veriblər. Üzeyir Hacıbəyovdan bəhs edən "Uzun ömrün akkordları" filminə isə onu aparıcı roluna Anar çəkir.

***

Aktyor həm də Anarın həyat yoldaşı Zemfira xanımın bacısı Elmira Səfərovanın həyat yoldaşı olub. Ömrünün orta yaşlarında həyat yoldaşı Elmira Səfərovanın ölümü Tofiq Mirzəyevə dəhşətli sarsıntı yaşadır. Həyat yoldaşının vəfatından sonra Tofiq həmişəlik Bakını tərk edib İsrailə köçməli olur.

Özünü "dünyanın vətəndaşı" adlandıran Tofiq Mirzəyev hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğul olur. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvüdür. Oğlu Teymur isə Avropada yaşayır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 850   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.