Vəzifəli şəxs dindar xanımını şəhərin mərkəzində LÜT GƏZDİRDİ - FOTO

Vəzifəli şəxs dindar xanımını şəhərin mərkəzində LÜT GƏZDİRDİ - FOTOYəqin ki, hər bir şəxs Ledi Qodiva haqqında bir dəfə də olsa eşidib. Cəsur qadın şəhərin küçələrində at belində çılpaq gəzmək qərarına gəlir ki, sakinlər vergidən azad edilsinlər. Bu personaj Britaniyada o qədər məşhurdur ki, bütün sakinlər onun haqqında danışılan rəvayətlərin real olmasına inanır.

Milli.Az 11-ci əsrin əvvəllərinə aid olan unikal bir hadisəni oxucuların diqqətinə çatdırır. Əslində həqiqətənmi xanım Qodiva ümumi rifah naminə əynindəki bütün paltarları çıxararaq şəhərdə dolaşıb? Bu sualı aşağıdakı icmalda aydınlaşdırmağa çalışacağıq.

Əfsanədə deyilir ki, gözəl xanım Qodiva qraf Leofrikin (968-1057-ci illər) xanımı idi. Onun həyat yoldaşı Koventri şəhər sakinlərini çox ağır vergilərə məruz qoymuşdu. İnsanlara mərhəmətlə yanaşan xanım Qodiva bir neçə dəfə qrafa vergiləri azaltması üçün yalvarır. Onun təkidlərindən bezən qraf Leofrik deyir: "Əgər sən at belində şəhərin küçələrində çılpaq gəzsən, o zaman vergiləri ləğv edəcəyəm". O, əmin idi ki, bu cür şərt, ərinə sədaqətli Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri isə təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Qodiva nəzərə çarpmayan şəkildə bütün şəhərdən keçir.

Qraf Qodivanın fədakarlığına heyran qalır və söz verdiyi kimi vergiləri azaldır. Əfsanənin bəzi versiyalarına görə, şəhərin Tom adlı bir sakini (Tom Peeping) pəncərədən baxmaq istəyəndə o an gözləri kor olur.

İlk dəfə bu hadisəni öz xronikasında 1188-ci ildə rahib Rocer Vendrover yazır - ledi Qodivanın ölümündən 100 ildən artıq vaxt keçəndən sonra. O, hətta hadisələrin dəqiq tarixini də göstərir - 10 iyul 1040-cı il.

Xanım Qodiva haqqında əfsanə o qədər məşhur idi ki, 13-cü əsrdə ingilis kralı I Eduard bu qeyri-adi hadisə haqqında bütün həqiqəti aydınlaşdırmaq qərarına gəlir. Nüfuzlu salnamələrə görə, o vaxtlar həqiqətən də Koventri şəhəri sakinlərinin vergiləri ləğv edilib. Lakin heç bir rəsmi salnamələrdə çılpaq qadına rast gəlinmir.

Qodiva və Leofrik haqda yazılarda qeyd olunur ki, 1043-ci ildə qraf Koventri şəhərində kilsə tikdirib və 24 kəndin idarəçiliyini bu kilsəyə verib. Xanımı Qodiva isə çox dindar və mərməhətli qadın idi, o, kilsəyə səxavətli ianələr edir, ölümqabağı isə bütün torpaqlarını kilsəyə bağışlamışdı. Qraf və xanımı həmin monastrda dəfn olunub.

Bəzi tədqiqatçılar isə çılpaq qadın haqda sualların cavabını bütpərəstlik dövrünün folklorunda tapır. Onlara görə, normanların Britaniyanı işğal etməsindən əvvəl Koventri ərazisində anqlar tayfası yaşayırdı. Onlar Qoda adlı ilahəyə sitayiş edirdilər. Hər il yayın ortalarında ilahəyə ehtiram yürüşləri təşkil olunurdu. Və onlara at belində olan çılpaq kahin qadın başçılıq edirdi.

Öz növbəsində katolik keşişlər bütpərəstlik etiqadının birdəfəlik kökünü kəsmək üçün folkloru kilsənin qanunlarına uyğun olaraq dəyişiblər. Ona görə də, bütpərəstlik kahininin obrazını dindar, şəfqətli, vergilərin ləğvinə nail olan xanım Qodiva ilə əvəzləyiblər.

1678-ci ildən başlayaraq indiyə qədər Koventri sakinləri ledi Qodivanın şərəfinə xüsusi festival təşkil edirlər.

Vəzifəli şəxs dindar xanımını şəhərin mərkəzində LÜT GƏZDİRDİ - FOTOVəzifəli şəxs dindar xanımını şəhərin mərkəzində LÜT GƏZDİRDİ - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2951   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.