Fikirlərimizi necə ifadə edək?
Danışıq qabiliyyətini artırmaq və gözəlləşdirmək üçün sizlərə bir neçə qayda təqdim edirik:
1. Müxtəlif ədəbi dərgiləri çox oxuyun: qəzet, jurnal, bədii əsərlər və s. Ən gözəli isə bizim klassik ədəbiyyatımızı mütaliə etməkdir. Bu ədəbi nümunələrdən bir çoxunu məktəb vaxtı oxuyarkən bizə keçmişlər. Oxuyarkən tələsmək lazım deyil, hər bir ifadəyə diqqət yetirmək və düşünmək lazımdır. Bu, sözləri düzgün yerləşdirmək, həmçinin lüğət ehtiyatını gücləndirmək imkanı yaradacaqdır.
2. Parazit sözləri nitqinizdən çıxarmağa çalışın: "deməli", "yəni", "məsələn", "necə ki", "ümumiyyətlə", "hər halda" və s. kimi sözləri. Çalışın ki, söz danışarkən güclü emosional duyğularınızı qabartmayasınız. Sadə ifadələrdən istifadə edin və tələsməyin.
3. Mütləq danışıq ahənginə diqqət yetirmək lazımdır. Monoton danışıq həmişə darıxdırıcı əhval-ruhiyyə yaradır. Pauzaları gözləyin və müəyyən məqamlarda emosiya qatın, amma bunu çox güclü və qabarıq etməyin.
4. Danışıq zamanı müxtəlif metaforalardan, müqayisələrdən, hikmətli sözlərdən istifadə edin. Sözsüz ki, bu, sizin danışığınıza can verəcəkdir. Əlbəttə, yumoru da yaddan çıxarmaq lazım deyil. Hətta müəyyən bir məqamda özünüzə qarşı tənqidi yanaşmaq, zarafat etmək labüddürsə, bundan çəkinməyin.
5. Danışıq tərzinizi inkişaf etdirmək üçün geniş ünsiyyət dairəsinə malik olmaq lazımdır. Əgər buna əliniz çatmırsa televizor və radiodan da istifadə edə bilərsiniz. Məsələn, bəyəndiyiniz teleaparıcını, onun işlətdiyi ifadələri və intonasiyanı yamsılaya bilərsiniz.
6. Bir dənə də maraqlı bir məşğələ vardır. Evdə hər hansısa bir əşyanı götürün. Məsələn, tavanı. Çalışın beş dəqiqə ərzində onun haqqında ədəbi dildə nə isə bir şey danışasınız. Əvvəlcə bu sizdə çətinlik yaradacaqdır. Lakin getdikcə daha da asanlaşacaqdır. Get-gedə məşğələnin zamanını artırın və mövzunu çətinləşdirin. Belə bir çalışma sizdə az müddət ərzində düzgün sözləri seçmək qabiliyyəti yaradacaqdır və bir saat ərzində təkrarçılığa yol vermədən hansısa bir tava haqqında gözəl nitq söyləmək qabiliyyətinə malik olmuş olacaqsınız.
Mütəmadi olaraq lüğət bazasını artırmaq və bütün bunları danışıq zamanı istifadə etməklə siz görəcəksiniz ki, sözlər üzərində iqtidarı ələ keçirmisiniz və bu sözlər sizə tabe olaraq əmrinizdə durmuşdur.
Hər bir yandan informasiya əldə etmək lazımdır: kitablardan, məqalələrdən, qəzetlərdən. Sizə tanış olmayan və mənalarını bilmədiyiniz sözləri əzbərləyin. Onları düzgün tələffüz etməyi öyrənin.
Bir neçə ay bu cür çalışqanlıq göstərdikdən sonra danışıq zamanı fikrinizi çatdıra bilməmək kimi bir çətinliyininz olmayacaqdır. Siz asan şəkildə malik olduğunuz dillə məsələlərin durumunu gözəl şəkildə ətrafdakılara başa sala biləcəksiniz.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1672 Tarix: 17 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356