Hansı bürcləri sevmək çətindir?

Hansı bürcləri sevmək çətindir?Kimdənsə xoşunuz gələndə seçimizin nə qədər uğurlu olacağını bilmək istəyirsinizsə, mütləq onun bürcü ilə maraqlanın.

Çünki insanın aid olduğu zodiak işarəsi haqqınızda sizə düşündüyünüzdən də çox məlumat verə və bəlkə də sizi böyük bir bəladan xilas edə bilər...

Astroloqlar sevgi münasibətlərində ən çətin xarakterə malik olan bürclərin reytinqini hazırlayıb.

1. Qız

Qız zodiak nişanları arasında ən müstəqilidir. O, idarəetmə mövqeyi ilə analitik münasibətlərə daha uyğundur. Qız bürcləri avtomatik olaraq insanları müəyyən məsafədə saxlayır, ta ki, onlara etibar edənə qədər. Bu bürcün nümayəndələri sevmək üçün asan şəxsiyyət deyil. Kimisə sevmək üçün Qızlar öz müdafiəsini zəiflətməli və qəlbini açmalıdır. Lakin bu xüsusiyyətlər onlara yaddır.

2. Əqrəb

Əqrəblər nə istədiyini bilməyən - kral və ya kraliçadır. Onlar gah buz kimi soyuq, gah da alov kimi isti olurlar, odur ki, Əqrəblərin nə istədiyini tapmaq çətindir. Münasibətlər Əqrəbləri inanılmaz dərəcədə taqətdən sala bilər, bu səbəbdən onlar təkliyə daha çox üstünlük verir. Emosional baxımdan yetkinləşməyənə qədər onlar real münasibətlərə hazır olmayacaq.

3. Oxatan

Oxatan - enerjili, impulsiv və azadlıqsevər zodiak nişanıdır. Bir tərəfdən bu amil onları maraqlı və darıxdırıcı olmayan partnyor edir. Amma digər tərəfdən onlar praktik olaraq ömrünün sonuna qədər bir yerdə və bir şəxslə yaşaya bilmirlər. Oxatanlar daim hərəkətdə, yeni macəralar və adrenalin axtarışlarındadır. Bu bürclər üçün bir yerdə qalmaq, hərəkətisiz olmaq dəhşətli dərəcədə çətindir. Sözsüz ki, bu amil münasibətlərə pis təsir göstərir. Oxatanlar ikinici yarısını tapdığını o zaman hiss edir ki, onların dəstəyinə və məsləhətinə ehtiyac duyur.

4. Dolça

Dolça - qapalı şəxsiyyətdir. Onlar ürəyini açmağa və başqalarını öz dünyasına buraxmağa meylli deyillər. Dolçaları sevmək həm də ona görə çətindir ki, onlar həmişə əksər insanlarla öz arasında məsafə saxlayır. Bu bürcün nümayəndələrinə özlərini rahat hiss etdirən, onlara güvən bəxş edən və həqiqətən də etibar edə bildikləri insanlar lazımdır.

5. Oğlaq

Oğlaq - işgüzar və çalışqandır. Oğlaqlar etibarlı və məsul əməkdaş olsalar da, bu həm də o deməkdir ki, onlar bütün münasibətlərinə bir biznes layihəsi kimi yanaşırlar. Heç bir tərəf müqabili mikroskop altında bütün müsbət və mənfi cəhətlərinin nəzərdən keçirildiyini duymaq istəməz. Odur ki, Oğlaqlar həm ürəyinə, həm də ağlına etibar etməyi öyrənməlidir ki, əsl sevgini tapa bilsin.

6. Əkizlər

Əkizlər qətiyyətsiz və həddindən artıq emosionaldır. Bu, onlarla ünsiyyəti müəyyən dərəcədə yorucu edə bilər, amma bu həm də onu bildirir ki, onlar bütün ürəyiylə sevir, inanır və hiss edirlər. Əkizlər həyatı yalnız sevəndə dərk edirlər. Onlar hər şeyi öz partnyorlarına verirlər. Belə sevgi və bağlılıq qorxuda bilər, amma zəifliyin bu səviyyəsi hər kəs üçün əlçatan deyil.

7. Şir

Şirlər qədər dinamik və əyləncəli zodiak nişanı yoxdur. Bu bürclər inanılmaz müstəqil və özünə əmindir. Buna görə Şirlərin partnyorları anlamalıdır ki, onlar sizə ehtiyac duymur. Lakin cazibə qüvvələri elə güclüdür ki, onlarla maraqlanmamaq mümkün deyil. Şir bürcləri gecənin parlaq və qığılcımlanan ulduzudur, odur ki, hamının onları niyə sevməsi təəccüblü deyil.

8. Qoç

Aktiv, həyəcanlandırıcı və ehtiraslı Qoç öz partnyorunu dünyasının mərkəzi edəcək. Onlar bütün diqqəti sevib-seçdiyi şəxsə ayıracaq və onun yaxşı olması üçün əlindən gələn hər şeyi edəcək. Qoçlar partnyorunu yaxşı gündə də, pis gündə də dəstələyəcək. Kim belə münasibətdən imtina edər ki?

9. Buğa

Buğalardan daha düzgün və səbatlı zodiak işarəsi yoxdur. Buğaların məhəbbəti əbədidir. O, sevdiyi şəxsə qarşı fədakar və sədaqətlidir. Buğalar heç vaxt heç nəyi gizlətmir, ömür-gün yoldaşına həmişə son dərəcə dürüstdür. Bu bürcdə olan sədaqət və inama çox nadir hallarda rast gəlinir. Odur ki, belə adam tapsanız, onu əldən verməyin.

10. Tərəzi

Tərəzilər istəyir ki, hər kəs xoşbəxt və razı olsun. Əlbəttə ki, bu, hamıya, xüsusilə sevdikləri insana aiddir. Tərəzilər partnyorunun xoşbəxt olduğuna əmin olana qədər əlindən gələni əsirgəməyəcəklər. Onları sevmək asandır, çünki onlar sizə saxta olmayan hisslər və etibar bəxş edir.

11. Balıq

Bütün bürclər arasında ən böyük ürəyə malik Balıqdır. Onlar hər emosiyanı dərindən hiss edirlər, onlar üçün nə azruladığını və nə sevdiyini qarşı tərəfə söyləmək çətin deyil. Balıqlar yalan danışa bilmir, bütün kartlarını açıq oynayır. Onlar sevdiyi insana görə bütün əzablara qatlaşır. Oddan, sudan və bataqlıqdan keçərək sevdiyinin yanına qayıdırlar. Və belə sevgi həyatda bir dəfə olur...

12. Xərçəng

Xərçənglər - həddən artıq qayğıkeş və həssas təbiətlidir. Onlar səbirli olmağı və bağışlamağı bacarırlar. Bu bürclər dara düşəndə günün istənilən vaxtı bel bağlaya biləcəyiniz insanlardır. Məhəbbətin ən gözəl örnəyini Xərçənglər mükəmməl şəkildə əks etdirir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1831   Tarix: 20 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15.11.2026 446
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14.11.2026 272
.

Romantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq

Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz

15.11.2026 283
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14.11.2026 355
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15.11.2026 265
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12.11.2026 515
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. BİG.AZ -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ə

14.11.2026 321
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15.11.2026 290
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14.11.2026 348
.