"Ölümündən qabaq bu sözləri deyirmiş"
"Milli Onkologiya Mərkəzinin həyətinə təzə çatmışdım. Dostları da Natavanın yanından aşağı düşürdülər. Keçmiş ANS-çilər. Ayaq saxladım. Belə vəziyyətdə yuxarı çıxmağa ayağım getmədi. Saatlarının qaldığını bilsəm də, möcüzə üçün dua edirdim, inanırdım. Qalxdıq yuxarı. Dəhlizdə bizə qarşı gələn qadın dedi ki, Natavan getdi".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Nigar Mahmudova ötən gün dünyasını dəyişən həmkarı Natavan Babayeva haqda paylaşımında yazıb. O bildirib ki, ötən gün bütün dostları xəstəxanaya onu görməyə yığışıb:
Nigar N.Babayeva dünyasını dəyişən zaman yanında həyat yoldaşı, qayınanası və bibiləri olub:
"Biz otağa girəndə artıq üzünü örtmüşdülər. Bir neçə dəqiqə çatmadım. Bibiləri, əri, qayınanasının əhatəsində idi. Sonra bacım, mükafatım dediyi, bütün bu dövrdə hər cür yanında olan Əfsanə Mehdiyeva gəldi. "Efirdəydim, niyə məni gözləmədin deyib" fəryad elədi. Üzünü açıb öpdü. Sonra oğlunu gətirdilər Natavanın. O, doqquzuncu sinifdə oxuyur. Natavan ona Dodi deyirdi.
Özü də inanmırdı gedəcəyinə. Keçən dəfə pis olanda getmişdim yanına. Deyirdi mənə aeroportda dimedrol vurdular, ona görə pis oldum. Mən də dedim səni çox yaxşı gördüm. Həqiqətən də üzündə, baxışlarında halsızlıq, xəstəlik əlaməti yox idi. Öləcəyini bildiyim andan isə beynimdə fırlanan əsas fikir budur: Natavan çox yaxşı insandır. Natavan həqiqətən fitnə-fəsaddan uzaq idi, qeybət elədiyini heç eşitmədim. Çox yaxşı, vicdanlı insan idi. Peşəkar jurnalist idi. Efirdə suflyordaki mətni belə redaktə edərək, dəyişərək oxuyurdu bir də görürdün. Onun belə tez gedəcəyi heç birimizin ağlına gəlməzdi".
Nigar Natavanın son nəfəsində dediyi sözləri belə xatırlayıb:
"Özü də ölümündən qabaq "Vay cavan canım" deyirmiş. Bir də tez-tez saatı soruşurmuş. Son dəfə saat 6-dır deyiblər. "Çox şükür" deyib və 7-yə çatmadı. Ard-arda itirdiyi ana-atasının yanına getdi. Yerin cənnət olsun, Natış, gözəl insan, deyib onu son mənzilinə yola saldıq. Ona sonuncu dəfə baxdıq. Beləcə, Natavanla vidalaşdıq bu gun bu fani dünyada".
Qeyd edək ki, Natavan Babayeva uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2753 Tarix: 21 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində
01.11.2026 460 Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
01.11.2026 220 Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib
Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə
01.11.2026 223 "MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
01.11.2026 333 İran əhalisinin 70 faizi nüvə doktrinasının dəyişdirilməsini istəyir
İran əhalisinin təxminən 70 faizi İslam Respublikasının nüvə doktrinasına dəyişiklik edilməsini tələb edir. xəbər verir ki, bu barədə IRIB İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaeinin açıqlamasına istinadən məlumat yayıb. Rzaei bildirib ki, İran xalqı ölkənin nüvə doktrinasının dəyişdirilməsin
11:06 58 Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya
01.11.2026 670 Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. BİG.AZ paylaşımı təqdim edir:
01.11.2026 356 OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin
01.11.2026 287 ABŞ-da ara seçkilərdən sonra Pentaqonu hansı araşdırmalar gözləyə bilər?
Pentaqon ABŞ-da keçiriləcək ara seçkilərdən sonra Konqresdə siyasi tərkibin dəyişəcəyi təqdirdə Demokratlar tərəfindən aparıla biləcək araşdırmalara hazırlaşır. xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində ən yüksə
10:44 90