Prezident Mirşahinin sualını belə cavablandırdı - VİDEO

Prezident Mirşahinin sualını belə cavablandırdı - VİDEOXəbər verdiyimiz kimi, ötən gün "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev forumda iştirak edib və sualları cavablandırıb.

"Qafqazinfo"nun məlumatına görə, dövlət başçısına sual verənlər arasında xarici media nümayəndələri ilə yanaşı "Real" Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin Ağayev də olub.

O, "4-cü Sənaye İnqilabı dövründə Yeni Media"nın qarşısında duran vəzifələr sırasında məhz dezinformasiyalarla mübarizədən ötrü Siz bizdən nə tələb edirsiniz? Çünki Siz bizi Qələbəyə gətirmisiniz. Bizim media mübarizəmizdə də önümüzdə Siz oldunuz və Azərbaycanın informasiya blokadasının yarılmasında əsas açar şəxs Siz oldunuz. Biz Sizin ardınızca getdik. Ona görə də Sizdən bu məsələdə tövsiyə istəyirəm" sualını səsləndirib.

Prezident isə onun sualına maraqlı cavab verib: "Sözün düzü, mən bundan bir qədər uzağam. Çünki Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir, bu, birincisi. İkincisi, siz özünüz hər şeyi yaxşı bilirsiniz və mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Ona görə media nümayəndələrinə mənim tövsiyəm budur ki, ancaq belə də davam edin".

Həmin görüntüləri təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1924   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qətldə şübhəli kimi saxlanılan müğənni ilə bağlı qərar dəyişdi

Futbolçu Kubilay Kaan Kundakçı cinayəti ilə bağlı aparılan istintaqda məhkəmə yeni qərar qəbul edib. Axşam.az xəbər verir ki, məhkəmə cinayət işi üzrə şübhəlilər arasında yer alan və daha əvvəl həbs edilən müğənni İzzət Yıldızhanın azadlığa buraxılmasına qərar verib. Eyni qərarla Yıldızhanın ölkədə

17:44 280
.

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub. 2011-2012-c

13:48 173
.

Bayramov Kallasla görüşdü - Fotolar

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib

15:13 211
.

Ermənistan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq

Ermənistan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində paylaşım edib. Paşinyan bildirib ki, bu sənəd iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcıdır:

11:43 187
.

DİQQƏT! Qızıl bahalaşdı

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb. xəbər verir ki, qızılın COMEX-də iyun ayı üzrə fyuçersləri 0,33% və ya 15 dollar artaraq 4 548,30 ABŞ dollarına, spot qızıl isə 0,36% və ya 16,23 dollar bahalaşaraq 4 538,14 ABŞ dollarına yüksəlib. Platin isə 1,41% və ya 27,39 dollar artaraq 1 974,11 ABŞ dolların

21:00 127
.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə bir üsul

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər. xarici mediaya istinadən bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?. Alimlərin izahına görə, nəfəsi adi haldan təxminə

18:15 173
.

Tramp: ABŞ İrana qarşı müharibəyə qayıtsa, 2-3 həftəyə məqsədlərinə çatacaq

Zənginləşdirilmiş uran məsələsi İranla razılaşmanın bir hissəsi olmalıdır. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp radio aparıcı Haq Hevitin verilişində deyib. "Biz məhv etməli olduqlarımızın çoxunu sıradan çıxarmışıq. Biz ya düzgün bir razılaşma əldə edəcəyik, ya da hərbi baxımda

21:45 87
.

Dibinə heç kim çatmayıb: Dünyanın ən dərin şirin su mağarası

Çexiyanın şərqində yerləşən milli təbiət qoruğunda qayalı dərənin dibində kiçik bir göl var. Bu gölün səthinin altında isə dünyanın məlum ən dərin şirin su mağarası sayılan "Hranitska uçurumu" gizlənir. Qaynarinfo xəbər verir ki, " saytının yazdığına görə, bu yer barədə ilk qeydlər 1580-c

22:15 63
.

Uşaq bağçasında BİABIRÇILIQ - Elə qışqırdı ki...

Gəncə şəhərində fəaliyyət göstərən "Kuki Kids" uşaq bağçasından biabırçı görüntülər yayılıb. Bu barədə oxuculardan biri -in "qaynar xətti"nə şikayətlə müraciət edib. Bildirilib ki, bağçanın sosial şəbəkə hesablarında uşaqların psixoloji şiddətə məruz qaldığı görüntü paylaşılıb. Videod

17:08 323
.

TOP MP3