"Uşaqlarımı mənə qarşı "silah" kimi istifadə edir"
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu keçmiş həyat yoldaşından danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, ilk evliliyindən olan övladları ilə görüşmür:
"Onlar ailəlikcə Bakıdan Türkiyəyə köçüblər. Böyük qızım orada təhsil alır. Bu ildən kiçik qızım da orada birinci sinfə gedəcək. Sosial şəbəkə hesabımda paylaşdığım qızlarımın fotoları köhnədir. Böyük qızımın 14 yaşı olacaq. Onlarla heç virtual olaraq sosial şəbəkələrdə belə ünsiyyətim yoxdur. Onlar üçün çox darıxıram.
Buradan bütün ailələrə və xüsusiylə boşanan ailələrə müraciət edirəm ki, uşaqdan "silah" kimi istifadə etməyin. Çünki qohum-əqrabamda elə bir insan yoxdur ki, övladına mənim qədər nələrsə etsin. Uşaqlarıma nə etmişəmsə min dəfə halal xoşları olsun. Bundan sonra etməyə belə hazıram.
Çox istəyirdim ki, ayrılsaq da, bizim normal ünsiyyətimiz olsun. Ayrılandan sonra münasibətlər yaxşı ola bilməzdi, çünki yaxşı deyildi. Amma elə məsələlər var ki, heç yaxşı olmasını özüm istəmirdim. Sosial şəbəkələrdə bu kimi hadisələri izləyicilər çox qınayırlar. Hərəsi bir şey yazır. Bir dəfə yazdım ki, bəlkə, siz doğruları bilsəniz, mənə heykəl qoyarsınız. Gördüm ki, o qınaqlar səngidi. Elə şeylər var ki, onları danışmaq olmaz. Olmazlar var... Çünki biz ən azından kişiyik".
Qeyd edək ki, H.Məhəmmədoğlu birinci xanımı İncidən bir neçə il əvvəl ayrılıb. Cütlüyün iki qız övladı var. Musiqiçi daha sonra ikinci dəfə aktrisa və müğənni Aysel İbrahimova ilə ailə qurub. Onların bu nikahdan ötən il Muhammed adlı oğlan övladı dünyaya gəlib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"
"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi
31.10.2026 291 Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova onun vəsiyyəti barədə danışıb. Axşam.az xəbər verir ki, Z.Hümbətova müğənni Lətifənin təqdimatında yayımlanan "MTV Maqazin" proqramına açıqlamasında bacısının qızı Cananı ona əmanət etdiyini bildirib. O qeyd edib ki, Aygü
24.10.2026 541 Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm
01.11.2026 220 3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR
Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il
31.10.2026 640 Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o
25.10.2026 895 Dilarə Əliyevaya VƏZİFƏ VERİLDİ
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. BİG.AZ "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq
24.10.2026 881 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb
Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb. -ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib. Vəkilin sözlərinə görə, müğənn
18.10.2026 662 Ana olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu
20.10.2026 990 "Dərddən şəkərim qalxdı"
Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə
31.10.2026 265