"Məni sexə saldıqdan sonra qapını bağladı, sonra..." - DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI

"Məni sexə saldıqdan sonra qapını bağladı, sonra..." - DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATIZaqatala rayonunda 1992-ci il təvəllüdlü Nicat Cəfərov yetkinlik yaşına çatmayan Aysel (adlar şərtidir - red.) ilə cinsi əlaqədə olub.

BiG.AZ bildirir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, Nicat 2020-ci ilin sentyabrında Ayseli avtomobillərə texniki xidmət məntəqəsinə aparıb.

Orada Ayselin razılığı ilə ona qarşı seksual hərəkətlər edib.

Sonra Nicat 2020-ci ilin oktyabr-dekabr aylarında dostuna məxsus "Nissan Teana" markalı avtomobildə Ayselə qarşı yenidən seksual hərəkətlər edib. 2021-ci ilin yanvarında isə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, 2020-ci ilin iyul ayında Ayseli tanıyıb:

"Ayselin telefonuna zəng vuraraq tanış olmuşam. Bundan sonra Aysel ilə mütəmadi olaraq mesajlaşmışıq. Aysel ilə tanışlığımdan təxminən 1 ay sonra yenə ona sms yazdım. Bu vaxt Ayselin anası telefonu götürdü. O, Ayselin yaşına uyğun olmadığımdan əlaqəni kəsməyimi dedi. Bundan sonra Ayselə mesaj yazmadım. Sonra Aysel özü mesaj yazmağa başladı".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Aysel onu küçədə görüb və hal-əhvalını soruşub:

"Aysellə onun bibisi ilə bir yerdə görüşmüşük. 2020-ci ilin oktyabr-noyabr aylarında dostuma məxsus "Nissan Tiana" markalı avtomobilim ilə Ayselin arxasınca getdim. Həmin vaxt Aysel ilə bibisi küçədə idarə etdiyim avtomobilə mindilər. Ayseli və bibisini Yuxarı Çardaxlar kəndinə apardım. Sonra geri qayıtdım. Onları həmin kəndə aparmaqda heç bir məqsədim olmayıb. Sadəcə olaraq yol boş olduğu üçün söhbət etdim".
Ətraflı

Nicat qeyd edib ki, o vaxtdan sonra Aysellə görüşməyib:

"Ayselin istintaqa verdiyi ifadəsində barəmdə dedikləri yalandır. 2020-ci il sentyabrın sonunda Ayseli usta işlədiyim sexə aparmamışam, ona qarşı seksual hərəkət etməmişəm. Oktyabr və dekabr aylarında da belə hərəkətə yol verməmişəm. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam".

Zərərçəkmiş Ayselin sözlərinə görə, Nicat dəfələrlə ona zəng edib və tanış olmaq istəyib:

"Mən əvvəlcə onunla tanış olmaq istəmədim. Lakin Nicat dəfələrlə yaşadığım evin qabağına gəlib və mənə zənglər edib. Bundan sonra onunla danışmağa başladım".

Zərərçəkmiş qeyd edib ki, 2020-ci ilin sentyabrın sonlarında, təxminən saat 14-15 radələrində Nicat idarə etdiyi avtomobillə onu yaşadığı evin yerləşdiyi küçədən götürüb və işlədiyi avtomobil təmiri sexinə aparıb:

"Avtomobili sexin içərisinə saldıqdan sonra qapını bağladı. Avtomobilin arxa oturacağına yanıma gəldi. Mənə qarşı seksual hərəkətlər etdi. Bundan başqa, Nicat bir neçə dəfə 2020-ci ilin oktyabr-dekabr aylarında məni avtomobillə rayon ərazisində gəzdirib və avtomaşında mənə qarşı seksual hərəkətlər edib".

Ayselin ifadəsinə görə, 2021-ci ilin yanvarında Nicat yenə idarə etdiyi avtomobillə onu Zaqatala şəhəri, "prokuror küçəsi" deyilən yerdə yaşayan əmisigilin evlərinin yanından götürüb və işlədiyi avtomobil təmiri sexinə aparıb:

"Yenə də mənə qarşı seksual hərəkətlər etdi. Sonra mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Sonra isə məni evimizə gətirdi".

Aysel bildirib ki, 2021-ci il fevral ayına qədər onun Nicatla münasibəti olub. O, ifadəsinin sonunda Nicatla barışdığını, ondan şikayəti olmadığını deyib. Zaqatala rayon Məhkəməsinin hökmü ilə Nicat 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2007   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

01.11.2026 248
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

01.11.2026 218
.

Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü

Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb. "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 1

01.11.2026 248
.

Tramp Kubaya vaxt qoydu

ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb

01.11.2026 322
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

01.11.2026 230
.

Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir

Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə

01.11.2026 220
.

Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə

01.11.2026 260
.

İran yeni silahlar sınaqdan keçirib

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen

01.11.2026 213
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

01.11.2026 349
.