FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT EDİB

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT EDİBFövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən BiG.AZ-a bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 24-dən 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 658   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir

Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə

01.11.2026 218
.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində

01.11.2026 433
.

Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü

Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb. "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 1

01.11.2026 247
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

01.11.2026 276
.

Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. BİG.AZ paylaşımı təqdim edir:

01.11.2026 323
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

01.11.2026 220
.

İranda məcburi geyim tələbi insanları işsiz qoyur - Video

"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlə

01.11.2026 360
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

01.11.2026 227
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

01.11.2026 337
.