Rumıniya mətbuatı Şuşada keçirilən Qlobal Media Forumundan yazıb
Rumıniyanın nüfuzlu KİV-ləri, "AGERPRES" milli xəbər agentliyi, "Ultima ora" qəzeti, "news24hours" xəbər portalı və bunlara istinadən digər KİV-lər Şuşa şəhərində keçirilən Qlobal Media Forum barədə davamlı məqalələr, videolar yayıb.
AZƏRTAC xəbər verir ki, məqalələrdə cümə günündən bazar gününə kimi keçiriləcək tədbirlərdə kütləvi informasiya vasitələri və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə aktual mövzuların müzakirə olunduğu qeyd edilir. Bildirilir ki, Milli Mətbuat Günü münasibətilə tədbir Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilir. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev cümə günü 50 ölkədən olan 120 media qurumunu təmsil edən 200-dən çox qonaq, o cümlədən AGERPRES-in baş direktoru Klaudiya Nikolae ilə də görüşüb. Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin müstəqilliyi cəmiyyətin inkişafı üçün ən mühüm şərtlərdən biridir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edir, ölkədə sabitlik hökm sürür, cəmiyyətdə həmrəylik səviyyəsi həmişəkindən yüksəkdir, ölkənin iqtisadi inkişafı yüksək templə irəliləyir. Bildirilir ki, Prezident Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinin, davamlı sülhə nail olunmasının və təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib. Bu kontekstdə o, Ankaranın sabitləşdirici rol oynadığını və gələcəkdə qlobal məsələlərdə, xüsusən də bu regionda Türkiyənin rolunun çox əhəmiyyətli olduğunu vurğulayıb.
Yazılarda qeyd olunub ki, kütləvi informasiya vasitələri sahəsində beynəlxalq forumun açılış mərasimindən sonra keçiriləcək sessiyalarda iştirakçılar rəqəmsal əsrdə və transformasiyada jurnalistika və kommunikasiyanın yeni alətləri, müasir informasiya kontekstində media idarəçiliyi və davamlı media biznes modellərinin yaradılması, media təhsili, dezinformasiya və saxta xəbərlərlə mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlər barədə müzakirələr aparacaqlar. Qlobal Media Forum çərçivəsində bir sıra sərgilərin və təlimlərin keçirilməsi də planlaşdırılır.
Diqqətə çatdırılıb ki, "AGERPRES" Rumıniya milli agentliyinin baş direktoru Klaudia Nikolae, bazar günü jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş sessiyada müzakirələrə qoşulacaq, çıxış edəcək.












BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 555 Tarix: 23 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Accessbank"dan kredit götürənlərə XƏBƏRDARLIQ
"Accessbank"ın kredit götürənləri ödəniləcək faiz miqdarında aldatdığı iddia olunub. xəbər verir ki, bu barədə sözügedən bank müştərisi Elnarə Bəylərova-Balayeva Feysbukun şikayət səhifələrində yazıb. O bildirib ki, kredit götürərkən daha aşağı faizlə verilir, ödəniş edərkən isə faiz miqdar
21:15 1 ABŞ-İran savaşı yenidən başlaya bilər
Pakistanın vasitəçiliyi ilə aparılan ABŞ-İran danışıqlarının artıq heç bir işə yaramadığı üzə çıxıb. xəbər verir ki, dünəndən etibarən Hörmüz körfəzi ətrafında vəziyyət gərginləşib. Gün ərzində ABŞ boğazda İrana məxsus hərbi gəmi və qayıqların vurulması üçün icazə verib. CENTCOM açıqlayıb ki, gəmiləri
20:45 1 Çinin Hunan əyalətində fişəng fabrikində partlayış baş verib, 21 nəfər ölüb, Si Cinpin araşdırma aparılmasını tələb edib, dövlət mediası xəbər verir
Çinin Hunan əyalətindəki fişəng fabrikində baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 61 nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, dövlət mediasının çərşənbə axşamı verdiyi məlumata görə, Prezident Si Cinpin hərtərəfli araşdırma tələb edib. CCTV və Xinhua-nın verdiyi məlumata görə
11:14 184 Zelenski və Kobaxidze 5 ildən sonra üz-üzə
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze beş ildən sonra ilk dəfə Avropa Siyasi Birliyi sammiti çərçivəsində görüşüblər. xəbər verir ki, bu barədə TASS agentliyi Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Bəyanatda qeyd olunub ki, Ukrayn
11:40 189 Alena Əliyevanın tələbələrlə səmimi görüşündən - Fotolar
Prezident İlham Əliyevin gəlini Alena Əliyeva İ.K.Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin tələbələri və Kiyev Milli Akademik Operetta Teatrının rəhbərliyi ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Sözügedə
14:53 240 Enerjidən diplomatiyaya: Meloni-Əliyev görüşünün detalları
"İtaliya Nazirlər Şurasının sədri Corciya Meloninin Azərbaycana gözlənilən səfəri baş tutub. Səfər regional və beynəlxalq müstəvidə böyük maraqla qarşılanıb. Meloni hazırda Avropa siyasətində xüsusi çəkiyə malik, xarizmatik liderlərdən biri kimi qiymətləndirilir. Onun siyasi üslubu, özünəinamı v
13:49 170 Rusiya İkinci Dünya Müharibəsi qələbə paradından əvvəl mobil interneti məhdudlaşdırır
Rusiya çərşənbə axşamı günü Nasist Almaniyası üzərində qələbəni qeyd etmək üçün keçirilən illik 9 may paradından əvvəl Moskvada bir çox müştəri üçün mobil internet xidmətlərini dayandırdı. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, parad Ukraynadan gələn dron hücumları təhlükəsi səbəbindən azaldılıb
14:09 182 "Onlar döyüşə bilirlər" - Trampdan Ukrayna ilə bağlı açıqlama
Ukraynanın döyüş qabiliyyəti əsasən ABŞ tərəfindən NATO müttəfiqlərinə satılan və daha sonra Ukraynaya ötürülən silahlar hesabına formalaşır. xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump Salem News nəşrinə müsahibəsində danışıb. Tramp bildirib ki, ABŞ silahları birbaşa Ukraynaya deyil, Nort
11:13 181 Bütün ağıllı insanların ortaq problemi
Yüksək intellektə malik insanlar çox vaxt bəzi ümumi problemlərlə qarşılaşırlar, xüsusilə də digər insanlarla münasibətlər qurmaqda çətinlik çəkirlər. Yüksək intellektə insana üstünlüklər versə də, eyni zamanda müəyyən çətinliklər də yarada bilər və psixoloqlar bildirir ki, belə insanlar tez-tez özlərin
19:30 1