Qız uşaqlarını niyə sevmirlər?

Qız uşaqlarını niyə sevmirlər?Son illər aparılan demoqrafik proseslərin təhlili göstərir ki, Azərbaycanda doğulan uşaqların cins strukturunda oğlanların payı və artım tempi daha yüksəkdir. Doğulanlar arasında cins seçiminin pozulduğu ölkələr sırasında ilk yerlərdəyik.

"Qafqazinfo" xəbər verir ki, 2021-ci ilin göstəricilərinə görə, Azərbaycanda doğulan hər 100 qıza 116 oğlan düşürdü. 2022-ci ildə isə bu rəqəm müvafiq olaraq 100 qız, 112 oğlan təşkil edib. Bioloji normaya görə isə yenidoğulmuşların cins nisbətində hər 100 qıza 102-106 oğlan düşür. Artıq bir neçə ildir ki, bu norma pozulub.

Azərbaycan qanunvericiliyinə əsasən, cinsə görə abort qadağan olsa da, görünən odur ki, bu sahədə işlək mexanizmin olmaması ölkəni böyük demoqrafik problemlə üz-üzə qoyub. Qanuna görə, 12 həftəyə qədər hamiləlik ananın istəyi ilə sonlandırıla bilər. 12 həftədən 22 həftəyə qədər ailənin sosial vəziyyəti nəzərə alınmaqla aborta yol verilir. 22 həftədən sonrakı dövrdə isə yalnız ananın sağlamlığı nəzərə alınaraq tibbi göstərişə əsasən abort icra oluna bilər.

Selektiv abortların 80 faizi üçüncü hamiləlikdə baş verir

Mütəxəssislər hesab edirlər ki, ailədə birinci uşağın cinsinə elə də çox önəm verilmir. Adətən, birinci uşağın qız olduğunu öyrənəndə onu sırf cinsinə görə abort etdirmirlər. Ötənilki statistikaya görə, birinci hamiləlikdə selektiv abort faizi çox cüzidir - 1-2 faiz. Həm də ilk hamiləliyin abort edilməsi qadının sağlamlığı və sonrakı hamiləliklər baxımından riskli hesab olunduğu üçün ilk uşaqda selektiv abort haqqında, demək olar ki, düşünülmür.

Lakin birinci uşaq qızdırsa, ikinci uşağın da cinsiyyətinin qız olduğunu öyrənən valideynlər selektiv aborta əl atırlar. Beləliklə, ikinci uşaqda selektiv abort faizi artıq 20-yə çatır.

Ən acınacaqlı statistika isə iki qızdan sonra dünyaya gəlmək istəyən qız uşaqları ilə bağlıdır. Əgər ailənin hər iki övladı qızdırsa, üçüncü hamiləlikdə selektiv abortların daha kəskin artımı müşahidə edilir. Statistika göstərir ki, selektiv abortların təxminən 80 faizi iki qız uşağından sonrakı üçüncü hamiləlikdə baş verir.

Sosioloq Rəşad Əsgərovun sözlərinə görə, bu problem illərdir var, bununla bağlı dövlət proqramı hazırlanıb, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi və digər qurumlar bu problemlə məşğul olur, qanunvericiliklə bağlı, hüquqi-normativ aktlarla bağlı müəyyən məsələləri gündəmə gətirirlər. Lakin işlək mexanizm yoxdur deyə heç bir nəticəsi də olmur.

Ekspert deyir bu problemin yaranmasında milli xüsusiyyətlər, patriarxallıq, oğlan uşaqlarına meyllilik, qız uşaqlarının tələf olunması, arzu olunmaması kimi səbəblər rol oynayır: "Bu məsələ ilə bağlı ailələr arasında təbliğat-təşviqat işi aparılmalıdır. Xüsusən qız uşaqlarına münasibət birmənalı olaraq dəyişilməlidir. Çünki regionlarda patriarxallıqla bağlı qız uşaqlarına münasibət yaxşı deyil. Ailədə qız uşağının dünyaya gəlməsi, bəlkə də birinci uşağın dünyaya gəlməsi ilk övlad olaraq normal qarşılanırsa, ikinci və üçüncü qız uşaqlarının anadan olması ailədə arzuolunan hal olmur. Ailənin ən qəmgin, kədərli gününə çevrilir.

Məktəblərdə ailə dərsləri keçilməlidir

Bu sahədə maarifləndirmə tədbirlərindən əvvəl sovet dövründə, xüsusən də, orta məktəblərdə "Ailə" dərsliyi var idi. Orada uşaqların böyüdülməsi, onlara münasibət, həssas yanaşma kimi məsələlər öyrədilirdi. Artıq bu dərsliklərin yenidən orta məktəb müstəvisinə gətirilməsi, proqramlara salınması, ailələrdə qız uşaqlarına müəyyən güzəştlərin verilməsi - bu onların təhsili, əmək bazarına çıxışı və s. ilə bağlı ola bilər".

Ekspert deyir ki, bu kimi təşviqedici hallar say nisbətində müəyyən balans yarada bilər. Amma yenə də şərq ölkələrində olduğu kimi patriarxal ənənələr hələ uzun müddət özünü saxlayacaq. Bu ancaq davamlı olaraq həyata keçirilməklə həm say nisbətində, uşaqların tələf olunmasının, qız uşaqlarından imtina olunmasının qarşısının alınmasında dönüş yaratmaq olar: "Normativ-hüquqi aktlar yaradılsa da, icra mexanizmi yoxdursa, nəticə olmayacaq. Sərt cəza, yüksək məbləğdə cərimə və s. olsa da, heç bir rolu olmayacaq və heç bir halda özünü doğrultmayacaq.

Digər tərəfdən, dövlət sektoruna aid tibb müəssisələrində bunun qarşısını almaq istəsələr də, özəl müssisələrdə bu, gizli, latent formada aparılacaq. İcra mexanizmi işlək olmalıdır ki, nəticə olsun".

Bizi hansı təhlükə gözləyir?

Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyinin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov hesab edir ki, bu problem gələcəkdə böyük demoqrafik böhrana gətirib çıxara bilər: "Selektiv abortlar Azərbaycanda ən aktual problemlərdən biridir. Bu, gələcəkdə demorafik böhrana gətirib çıxara bilər. Bu problemlərə gətirən patriarxal streotiplərdir. Ailələrdə birinci qız övladının doğuşu zamanı bu problem olmur. Lakin 2 və 3-cü doğuşlarda qız uşağı doğulacaqsa, problem ortaya çıxır. Burada ailə üzvlərindən təkcə həyat yoldaşı yox, öz anaları, qayınanalar və digər qohumlar da təsir edir. Təəssüflər olsun ki Azərbaycanın bəzi kəndlərində, o cümlədən, Bakı şəhərinin kəndlərində də aktual problemlərdən biridir".

Problem nə vaxt həllini tapacaq?

E. Səfərov deyir ki, bu problemlə mübarizə 2018-ci ildən daha yüksək səviyyədə, daha aktiv şəkildə aparılır: "Həmin ildə bununla bağlı Nazirlər Kabinetinin qərarı ilə proqram qəbul edilib. Burada doğuş zamanı qız-oğlan seçimi, onun aradan qaldırılması ilə bağlı preventiv tədbirlərin gücləndirilməsi nəzərdə tutulub. Burada müsbət elementlər də var. Qeyd etmək istəyirəm ki, ümumi səviyyədə selektiv abortların səbəbləri patriarxal streotiplər, ailələrdə formalaşmış ənənələrdir. Təəssüf ki bəzi ailələrdə qızların sayının çox olmaması, oğlanlara üstünlük verilməsinə gətirib çıxarır.

Reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi də bu problemin qarşısının alınmasında rol oynayacaq. Burada vətəndaşların reproduktiv hüquqlarının müdafiəsi ilk öncə təmin olunmalıdır. Hesab edirəm ki, yetkinlik yaşına çatana qədər məktəblərdə reproduktiv sağlamlıqla bağlı xüsusi fənn tədris edilməlidir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın sözlərinə görə, bu problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür: "Ailənin planlaşdırılması məsələsi ilə bağlı gənc ailələrlə danışıqlar aparılır. Bu istiqamətdə qanun layihəsi hazırlanır və Milli Məclisin gündəliyindədir. Həmin qanun qüvvəyə mindikdən sonra qadınlara reproduktiv yardımın verilməsinə zəmin yaradacaq. Hazırda isə aidiyyəti qurumlar bu məsələni ciddi nəzarətdə saxlayır. Təhlillər aparılır, nəticələr müzakirə edirlər".

Komitə sədrinin sözlərinə görə, qızlara qarşı beyinlərdə mentallaşan yanlış düşüncələrlə, ayrı-seçkiliklə mübarizə davam edir: "İnsanlara öz övladını necə böyütdüyünə dair sual olunmalıdır. İctimai qınaq bu məsələdə bizə çox kömək edir. Ciddi bir şəkildə bu məsələ ilə məşğul oluruq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1330   Tarix: 24 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub. 2011-2012-c

13:48 143
.

Pensiya yaşı 65, amma ömür qısalır: Azərbaycanda yaş həddi yenidən nəzərdən keçirilə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda son illərdə orta ömür uzunluğu ilə bağlı statistik göstəricilər və sosial reallıqlar arasında yaranan ziddiyyətlər cəmiyyətdə yeni müzakirə mövzusu formalaşdırıb. Bir tərəfdən rəsmi olaraq pensiya yaşı 65 olaraq müəyyən edilib, digər tərəfdən isə əhalinin sağlamlıq vəziyyəti, həyat keyfiyyət

11:33 257
.

Bayramov Kallasla görüşdü - Fotolar

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib

15:13 150
.

Qubanın bu kəndlərinin rus mənşəli - Adları dəyişdirilir

Qubada üç kəndin adı dəyişdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə qanun layihəsi sabah Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Layihəyə əsasən, Qubanın Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılaca

10:53 212
.

Velizar yeni konsertə hazırlaşır!

Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan mövzulardan biri də fenomen Velizarın Gəncə şəhərində planlaşdırılan konsertinin baş tutmaması oldu. Ötən ay yayılan məlumatlara görə, Velizar məşhur ifaçı Rəqsanə ilə birlikdə Gəncədə səhnəyə çıxacağını açıqlamış və bu tədbir üçün öz izləyici kütləsin

14:46 264
.

Bütün ağıllı insanların ortaq problemi

Yüksək intellektə malik insanlar çox vaxt bəzi ümumi problemlərlə qarşılaşırlar, xüsusilə də digər insanlarla münasibətlər qurmaqda çətinlik çəkirlər. Yüksək intellektə insana üstünlüklər versə də, eyni zamanda müəyyən çətinliklər də yarada bilər və psixoloqlar bildirir ki, belə insanlar tez-tez özlərin

19:30 1
.

Çinin Hunan əyalətində fişəng fabrikində partlayış baş verib, 21 nəfər ölüb, Si Cinpin araşdırma aparılmasını tələb edib, dövlət mediası xəbər verir

Çinin Hunan əyalətindəki fişəng fabrikində baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 61 nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, dövlət mediasının çərşənbə axşamı verdiyi məlumata görə, Prezident Si Cinpin hərtərəfli araşdırma tələb edib. CCTV və Xinhua-nın verdiyi məlumata görə

11:14 184
.

"Cabir ölümünü hiss edirdi"

"Onun böyük ürəyi var idi, olduqca həssas qəlbli idi. Məndən fərqli olaraq bütün ağrıları daxilində çəkirdi. Nə atasına, nə anasına, nə ailəsinə danışırdı. Ancaq mənə danışırdı". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist tahir İmanov "Söhbət var" proqramında danışıb. Aktyo

12:02 370
.

ABŞ və İran Körfəz sularına nəzarət uğrunda mübarizə apararkən yeni hücumlara başlayırlar

ABŞ və İran bazar ertəsi günü körfəzdə yeni hücumlara başlayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, onlar Hörmüz boğazı üzərində nəzarət uğrunda mübarizə apararkən dəniz blokadalarını davam etdiriblər və kövrək atəşkəsi pozublar. ABŞ prezidenti Donald Trampın boğazda qalan tankerləri və digə

10:42 162
.

TOP MP3