Azərbaycandan "Nobel" üçün bu qədər müraciət olub

Azərbaycandan "Nobel" üçün bu qədər müraciət olub"Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar" mövzusunda elmi konfransın Təşkilat Komitəsinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə cari ilin oktyabr ayında keçiriləcək "Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar" mövzusunda elmi konfransın Təşkilat Komitəsinin ilk iclası keçirilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, konfransın keçirilməsində başlıca məqsəd ölkəmizdə Nobel mükafatı haqqında maarifləndirmə işlərinin aparılması, Akademiya cəmiyyətinə Nobel mükafatının hərtərəfli tanıdılması, Azərbaycan elminin bu mükafatı qazanmış dünyanın aparıcı alimlərinin apardıqları tədqiqat istiqamətlərinə doğru yönləndirilməsi, eləcə də Azərbaycandan da gələcəkdə Nobel mükafatına namizədlərin təşviq edilməsi, bu yöndə mövcud miflərin və süni baryerlərin sındırılmasına, psixoloji eyforiyanın aradan qaldırılmasına kömək etməkdən ibarətdir.
Azərbaycan Nazirlər Kabinetinin 3 iyun 1996-cı il tarixli qərarı ilə "AMEA nəzdində Nobel İnformasiya Mərkəzi"nin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli tarix elmləri doktoru Bəybala Ələsgərovun uzun illər həmin mərkəzə rəhbərlik etdiyini, sonralar Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsində çalışdığını, həmin mərkəzin vitse-prezidenti seçildiyini söyləyib. Bildirib ki, Bəybala Ələsgərovun təcrübəsindən yararlanmaq Akademiyanın Nobel mükafatı üzrə hədəflərinə çatmasında mühüm rol oynaya bilər. Akademik İsa Həbibbəyli Nazirlər Kabinetinin sözügedən qərarının arxivdən tapılaraq ondan irəli gələn məsələlərin araşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.
İlk Nobel mükafatının 1901-ci ildə təqdim edildiyini diqqətə çatdıran AMEA prezidenti ötən 122 ildə Azərbaycandan bu mükafata məşhur fizik Lev Landaunun layiq görüldüyünü, həmçinin Cənubi Azərbaycandan Şirin Ebadinin Nobel Sülh Mükafatı aldığını, həmçinin Nobel Sülh Mükafatına layiq görülən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (MAQATE) çalışanların siyahısında Azərbaycan vətəndaşı Bəxtiyar Siracovun da adının olduğunu qeyd edib. Həmçinin dünya şöhrətli görkəmli elm xadimi, akademik Yusif Məmmədəliyevin və məşhur cərrah akademik Mustafa bəy Topçubaşovun da Nobel mükafatına namizədlər kimi təqdim edilməsinə dair məlumatlar məlumdur. Bundan başqa, nəzərə çatdırılıb ki, Nobel mükafatlarının təsis edilməsindən keçən 122 il ərzində Azərbaycandan həmin mükafatı almaq üçün hələlik azsaylı müraciətlərin olmasına dair məlumatlar vardır. Əldə olunan məlumatlara görə, bunlardan Xalq yazıçısı, akademik Kamal Abdullanın, həkim professor Sona Rəhimova-Vəlixanın və BDU-nun professoru Nemət Qasımovun namizədlikləri qeydə alınmışdır.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, beynəlxalq konfransda Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli türkiyəli alim Əziz Səncər və banqladeşli Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun şəxsən və ya onlayn formatda iştirak etmələri üçün iş aparılır. Müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı sayəsində ayrı-ayrı ixtisaslar üzrə Nobel mükafatçılarının Azərbaycana gəldiklərini, ölkəmizdə keçirilən tədbirlərdə iştirak etdiklərini, öz təcrübələrini bölüşdüklərini söyləyən AMEA rəhbəri onların beynəlxalq konfransa qoşulmalarının ölkəmizin elmi nailiyyətlərinin dünyada təbliğinə mühüm töhfə olacağını, eləcə də Azərbaycandan gələcək Nobel mükafatına iddia edənlərin təşviq edilməsinə stimul verəcəyini vurğulayıb.
Həmçinin konfransda Milli Məclisin deputatlarının, ölkənin aparıcı alimlərinin məruzələrinin dinləniləcəyini bildirib, tədbirin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib.
Sonra çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev AMEA-nın təşkilatçılığı ilə keçiriləcək "Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar" mövzusunda elmi konfransın ölkəmiz, cəmiyyətimiz və elmimiz üçün olduqca faydalı olacağını bildirib. Sədri olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondunun 1992-ci ildən fəaliyyət göstərdiyini və başda BMT-nin qurumları olmaqla, dünyanın aparıcı təşkilatları ilə əməkdaşlıq etdiklərini deyən Umud Mirzəyev Nobel mükafatı almaq üçün namizəd qismində təşəbbüs göstərilməsinə inam yaradılmasının, çəkinmə mifinin aradan qaldırılmasının əhəmiyyətli addım olduğunu vurğulayıb.
O, həmçinin Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla tanışlığı barədə tədbir iştirakçılarına məlumat verib, AMEA-nın təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransa Nobel mükafatçılarının iştirakı üçün Beynəlxalq Avrasiya Mətbuat Fondunun zəruri dəstəyi verəcəyini bildirib.
Konfransa hazırlıq iclasında Təşkilat komitəsinin üzvlərindən akademiklər – Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, professor Kərim Şükürov, tarix elmləri doktoru Zemfira Hacıyeva, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndirib, elmin maddi texniki bazasının möhkəmləndirilməsi, laboratoriyaların fəaliyyətinin daha da təkmilləşdirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinin Nobelə gedən yolda mühüm faktor olduğunu söyləyib, tədbirin Azərbaycan cəmiyyətində Nobel mükafatına dair maarifləndirmə işində faydalı olacağına diqqəti cəlb ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1211   Tarix: 25 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb

Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy

01.11.2026 222
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

01.11.2026 152
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

01.11.2026 218
.

Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib

Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim

01.11.2026 165
.

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb

01.11.2026 198
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

01.11.2026 231
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

01.11.2026 129
.

Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır

İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin

01.11.2026 205
.

Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind

01.11.2026 221
.