Ombudsmanın səlahiyyətləri artırıldı
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) səlahiyyətləri artırılıb.
"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununu təsdiqləyib.
Sənədə əsasən, müvəkkil "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın və "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirə biləcək.
Həmçinin müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər. Qanuna əsasən, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edəcək.
Eyni zamanda müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 10 iş günü müddətində ərizəçiyə yazılı surətdə məlumat verməlidir. Əvvəlki qanunda bu, 5 iş günü idi.
Bundan başqa, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə bilər. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində müvəkkilə təqdim edilməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 928 Tarix: 25 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb
Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy
01.11.2026 222 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
01.11.2026 152 "MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
01.11.2026 218 Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim
01.11.2026 165 Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb
01.11.2026 198 Beyləqanda gənc faciəli şəkildə öldü
Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır
01.11.2026 231 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq
Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı
01.11.2026 129 Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin
01.11.2026 205 Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind
01.11.2026 221