"ASAN xidmət"də göstərilən xidmətlərin sayı artırıldı - FƏRMAN

"ASAN xidmət"də göstərilən xidmətlərin sayı artırıldı - FƏRMAN"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Fərmanında dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Dəyişikliyə əsasən, 5.7.1-ci yarımbənd aşağıdakı redaksiyada verilib:

"5.7.1. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi".

Fərmanla 5.7-ci bənd üzrə aşağıdakı məzmunda 5.7.5 – 5.7.15-ci yarımbəndlər əlavə edilib:

"5.7.5. daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi;

5.7.6. daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi;

5.7.7. daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi;

5.7.8. torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi;

5.7.9. daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi;

5.7.10. yerquruluşu planının verilməsi;

5.7.11. daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi;

5.7.12. ünvan reyestri məlumat bazasından arayışların verilməsi;

5.7.13. ünvan xəritələrindən çıxarışların verilməsi;

5.7.14. daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi;

5.7.15. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi".

Eyni zamanda, 5.20.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.21 - 5.24-cü bəndlər əlavə edilib:

"5.21. energetika sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.21.1. ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi;

5.21.2. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi;

5.21.3. mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazənin verilməsi;

5.21.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazənin verilməsi;

5.21.5. elektrik enerjisinin nəqlinə icazənin verilməsi;
5.21.6. elektrik enerjisinin paylanmasına icazənin verilməsi;

5.21.7. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi;

5.21.8. qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi;

5.21.9. qazın nəqli üçün icazənin verilməsi;

5.21.10. qazın paylanmasına icazənin verilməsi;

5.21.11. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi;

5.21.12. neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi;

5.21.13. neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi;

5.21.14. neft və neft məhsullarının emalına icazənin verilməsi;

5.21.15. neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi;

5.22. təhsil sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.22.1. təhsilalanlara təhsil müəssisələrində təhsil almalarına dair arayışların verilməsi;

5.22.2. sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatların verilməsi;

5.23. fövqəladə hallar sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.23.1. təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışın verilməsi;

5.23.2. partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi;

5.24. ətraf mühitin mühafizəsi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.24.1. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi;

5.24.2. balıqovlama biletinin verilməsi;

5.24.3. ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletinin verilməsi, biletin müddətinin uzadılması;

5.24.4. ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsinə xüsusi icazənin verilməsi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 939   Tarix: 26 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir

İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər

01.11.2026 206
.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində

01.11.2026 318
.

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik

01.11.2026 379
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

01.11.2026 199
.

İranda məcburi geyim tələbi insanları işsiz qoyur - Video

"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlə

01.11.2026 250
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

01.11.2026 202
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

01.11.2026 255
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin

01.11.2026 205
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

01.11.2026 231
.