Anasını döydüyünə görə atasını öldürdü: İcra başçısının qardaşının qətlində yeni TƏRƏFFÜAT

Anasını döydüyünə görə atasını öldürdü: İcra başçısının qardaşının qətlində yeni TƏRƏFFÜATLənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlinin bəzi təfərrüatları üzə çıxıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü Azay Qaraşov atasını ailədaxili münasibətlərin pozulmasına görə öldürdüyünü etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Bildirilib ki, istintaq tədbirləri ilkin olaraq Kürdəmir Rayon Prokurorluğu tərəfindən həyata keçirilsə də, işin materialları Baş Prokurorluğun İstintaq İdarəsinə verilib. Azay Qaraşov ilkin ifadəsində atası Azər Qaraşovun evdə anasına mütəmadi şiddət göstərdiyini və buna görə onu qətlə yetirmək qərarına gəldiyini deyib.

O da məlum olub ki, hadisə yerinin ilkin müayinəsi zamanı Azər Qaraşovun güllə xəsarətlərindən öldüyü otağın tavanında da güllə izləri aşkar edilib. Müəyyən edilib ki, hadisə vaxtı ata və oğulun olduğu otağa ilk olaraq Azayın bacısı daxil olub. O, qardaşının atasını güllələdiyini görərək onun əlindəki beşatılan adlanan tüfəngi almağa çalışıb. Bu zaman yenidən atəş açılıb və evin tavanına dəyib.

Baş vermiş hadisə ilə bağlı aparılan araşadırmalar zamanı evin tavanındakı güllə izləri, həmçinin digər şübhəli məqamlar kriminalistlərin diqqətini cəlb edib. Bundan sonra davam etdirilən istintaq tədbirləri ilə cinayətin üstünün qısa müddətdə açılması təmin edilib. Ötən gün 24 yaşlı Azay Qaraşov şübhəli şəxs qismində saxlanılıb.

Bu gün Azay Qaraşovun iştirakı ilə hadisə yerinin araşdırılması həyata keçirilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2136   Tarix: 28 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayramov Kallasla görüşdü - Fotolar

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib

15:13 150
.

Arıçılıqda təhlükə böyüyür: virus yayan gənələr

"Arılarla qidalanan gənələr son dövrlərdə istifadə olunan bir sıra dərman preparatlarına qarşı davamlılıq (immunitet) qazanıb. Nəticədə müalicə zamanı onların sayını arzuolunan minimum səviyyəyə endirmək çətinləşir və sürətlə çoxalma müşahidə olunur". Bunu BİG.AZ-a açıqlamasında arıçılıq üzr

15:21 155
.

İranın pilotsuz təyyarəsinin hücumu BƏƏ-nin neft emalı zavodunda yanğına səbəb olub

CNN-dən Paul Hancocks xəbər verir ki, İran atəşkəs elan edildikdən bəri ilk dəfə olaraq bazar ertəsi günü Birləşmiş Ərəb Əmirliklərinə hücum edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, nəticədə neft emalı zavodunda yanğın baş verib. Hazırda yanğın davam edir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal

10:19 227
.

Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. BİG.AZ -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyət

17:00 110
.

Saxta Wi-Fi tələsi: istifadəçilər necə aldadılır?

"Parkda, kafedə və ya ticarət mərkəzlərində təklif olunan pulsuz Wi-Fi şəbəkələri istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı hesab olunmur. Bunun əsas səbəbi bu şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir". Bunu -a açıqlamasınd

15:00 165
.

"Onlar döyüşə bilirlər" - Trampdan Ukrayna ilə bağlı açıqlama

Ukraynanın döyüş qabiliyyəti əsasən ABŞ tərəfindən NATO müttəfiqlərinə satılan və daha sonra Ukraynaya ötürülən silahlar hesabına formalaşır. xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump Salem News nəşrinə müsahibəsində danışıb. Tramp bildirib ki, ABŞ silahları birbaşa Ukraynaya deyil, Nort

11:13 181
.

Putin və Zelenski Rusiyanın Qələbə Gününü qeyd etmək üçün atəşkəs elan etdilər

Prezident Vladimir Putin bazar ertəsi günü Rusiyanın İkinci Dünya Müharibəsindəki qələbəsini qeyd etmək üçün 8-9 may tarixlərində Ukrayna ilə münaqişədə iki günlük atəşkəs elan etdi, lakin Ukrayna Prezidenti Vladimir Zelenski 5-6 may gecəsi başlayan döyüşlərdə fasilə təklifi ilə cavab verdi. BİG.AZ Reuters-

14:20 178
.

Səssiz qətliam: Bu göl bir gecədə 1800 insanı və minlərlə heyvanı necə öldürdü?

1986-cı ilin avqustunda Kamerunun şimalında XX əsrin ən müəmmalı fəlakətlərindən biri baş verib - Nyos gölü yaxınlığında bir gecə ərzində təxminən 1800 insan və minlərlə heyvan həyatını itirib. Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" nəşri yazır. Yaxın kəndlərin sakinləri adi qaydad

04.05.2026 405
.

Kallas Azərbaycana gəldi

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi yayıb. "Azərbaycan Avropa İttifaq

14:40 141
.

TOP MP3