Vüsal Kərimlinin BNA-da şişirdiyi rəqəmlər: Milyonlarla vəsaiti necə özünə yaxın şirkətlərə ötürüb?

Vüsal Kərimlinin BNA-da şişirdiyi rəqəmlər: Milyonlarla vəsaiti necə özünə yaxın şirkətlərə ötürüb?Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən gündən Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyata başlayıb.

BiG.AZ xəbər verir ki, BNA-da korrupsiyaya qarşı əməliyyat aparılması haqda məlumat bu qurumdakı illərdir dilə gətirilən problemləri yenidən aktuallaşdırıb.

Zəruri olaraq qeyd edək ki, 2015-ci ildə Birinci Avropa Oyunlarına görə Bakıya gətirilən ən müasir avtobusların "Bakı Bus"un tərkibinə, "Bakı Bus"un isə BNA-ya tabe edilməsi ilə bu qurum gündəmə gəlmişdi. İlk vaxtla dövlətin vəsaiti ilə alınan ən müasir və komfortlu avtobusların xəttə buraxılması əhalidə böyük məmnunluq yaratsa da, qısa müddətdə qurumun yarıtmaz fəaliyyəti üzə çıxdı.

BNA özündən əvvəlki strukturun milyonlarla vəsaitə özəl şirkətlərə satdığı marşrut xətlərini bir-bir tenderə çıxarıb, nəzarətinə qaytarmaqla ciddi "islahata" başladı. Nə qədər qəribə də olsa, bu islahat ictimai dəstək də qazandı. Çünki BNA-nın yeni marşrutlarda xəttə buraxdığı ən lüks avtobusların rahatlığı etiraza heç bir səbəb qoymurdu.

Ancaq az müddət sonra bəlli oldu ki, BNA "zərərlə işləyir", üstəlik ən müasir avtobuslar getdikcə sıradan çıxır. BNA rəhbərliyi isə köhnələn detalları yeniləmək əvəzinə son model avtobusları "ölüxanaya" çevirməklə məşğuldur. Belə ki, sıradan çıxan detallar digər avtobuslardan təmin edilirdi və nəticədə 700-dən artıq avtobusun 300-ü "ehtiyat hissəsi" funksiyasını yerinə yetirməklə, sıradan çıxarılmışdı.

Nəqliyyat eksperti Elməddin Muradlı mediaya açıqlamasında bildirmişdi ki, BNA "daxili imkanlar hesabına təmir" deyərkən, bunu nəzərdə tuturmuş: "Hesablama Palatası da üzə çıxardı ki, BNA "daxil imkanlar hesabına" deyəndə bir avtobusu söküb hissələrini digər avtobusa yığmağı nəzərdə tuturmuş. Neçə avtobus artıq "sklet" vəziyyətindədir. Dövlət şirkətini bu vəziyyətə salıb bir daha bizə sübut etdilər ki, ictimai nəqliyyat sektorunda yalnız özəl şirkətlər olmalıdır".

BNA yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibinə veriləndən sonra "ehtiyat hissəsi kimi istifadə edilən" avtobusların təmir edilərək, hissə-hissə xəttə buraxılmasına başlanıldı.

BNA rəhbəri Vüsal Kərimlinin ən səs-küylü qərarlarından biri də sürücülərin vahid formadan istifadəsi ilə bağlıdır. Məlum oldu ki, bir sürücünün uniforması 800 manata (? – red.) hazırlanır. Bu rəqəmin qeyri-real olduğu və həddən artıq şişirdilməsi barədə danışan ekspertlər vaxtaşırı öz şübhələrini bildirirdilər.

Vüsal Kərimlinin tender adı ilə milyonlarla vəsaiti özünə yaxın şirkətlərə verməsi də bir neçə dəfə medianın diqqət mərkəzində olub.

Bir müddət öncə "Unikal" BNA-ya ayrılan onmilyonlarla manat vəsaitin Vüsal Kərimliyə yaxın şirkətlər arasında bölüşdürüldüyünü yazmışdı.

2022-ci il ərzində tender layihələrinin qalibi edilmiş şirkətlər:

CIG AZERBAİJAN MMC – 985.413.7 AZN
ADVENTA CO MMC – 498.308.58 AZN
FIRE SECURITY MMC – 1.890.450.03 AZN
SM CONSTRUCTION SUPPLIES MMC – 2.340.394.3 AZN
N TENSILE MMC – 160.305.83 AZN
ARIS MMC – 3 tender layihəsi birlikdə – 1.995.714 AZN
ORN GROUP MMC – 644.992 AZN
FLEX GROUP MMC – 541.996 AZN
SEAR SUPPLY MMC – 2 tender layihəsi üzrə 1.577.038 AZN
A4 PLAZA MMC – 138.924.35 AZN
TECHMASTER"MMC – 3.178.565.64 AZN

"BNA rəhbərinin ən ilginc yeyinti "fəndi" isə "Bakıkart"la bağlıdır. "Bakıkart"ın idarəçisi "K Group" şirkətidir. Yeraltı və yerüstü sərnişindaşıma üzrə kartlara yüklənən hər gediş haqqı məbləğinin 5 faizi xidmət haqqı olaraq məhz "K Group"a çatır. Sərnişindaşıma şirkətlərinin sahibləri indiyədək dəfələrlə BNA rəhbərliyinə müraciət edərək həmin faizin kifayət qədər yüksək olduğunu bildirib və aşağı salınmasını istəyiblər. Onların bu haqlı irad və istəyi isə Vüsal Kərimli tərəfindən hər dəfə rədd olunub. Səbəb kifayət qədər aydındır.

Qeyd edək ki, adıçəkilən şirkəti BNA rəhbəri öncə öz adına qeydiyyatdan keçirib. Hətta şirkətin rəsmi saytının – bakikart.az domeni də Kərimlinin adına qeydə alınıb. Lakin sonradan bu cür rəsmi sənədləşmələrin artıq geniş ictimaiyyətə açıq olduğunu öyrənən Agentlik rəhbəri bu dəfə şirkət və saytı öz adından çıxararaq yaxın adamlarının adına rəsmiləşdirib", – məqalədə bildirilirdi.
Qeyd edək ki, bu tənqidlərə BNA heç vaxt cavab verməyib./Axar.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.