İtaliya şirkəti Aİ-dən TAP-ın genişləndirilməsi üçün maliyyə istəyib
İtaliyanın dövlət qaz şəbəkəsi operatoru "Snam" bəzi layihələri, o cümlədən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi üçün Avropa İttifaqının (Aİ) "REPowerEU" yaşıl enerji sxemindən maliyyə dəstəyi almağı planlaşdırır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, "Snam" şirkəti Aİ-yə karbon qazının tutulması, ölkədə saxlanc sisteminin genişləndirilməsi və TAP-ın gücünün artırılması ilə bağlı üç investisiya layihəsi təqdim edib.
Var qüvvəsi ilə Avropa İttifaqının COVID-dən sonrakı bərpa üçün yaradılmış fondundan 2026-cı ilə qədər 191,5 milyard avro (210,59 milyard ABŞ dolları) xərcləməyə çalışan İtaliya hökuməti həmin bu vəsaitin bir hissəsini "REPowerEU" layihələrinə yönəltmək istəyir.
Hökumətin dərc etdiyi sənədə əsasən, rəsmi Roma "REPowerEU" çərçivəsində ümumilikdə 19 milyard avro (21 milyard ABŞ dolları) xərcləyə bilər, eyni zamanda Brüssel tərəfindən təsdiq edilməli olan təklifə əsasən "Snam" layihələrinə 400 milyon avrodan çox vəsait ayrılacaq.
"Sentyabrın sonu və ya oktyabrın sonuna qədər təqdim etdiyimiz layihələr üçün mövcud vəsait haqqında daha çox məlumat əldə edə bilərik", - "Snam"ın Baş direktoru Stefano Venyer deyib.
Qeyd edək ki, "Snam" şirkəti TAP-ın digər səhmdarları - Britaniyanın BP, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR), Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkətləri ilə birlikdə bərabər paya (20 %) malikdir.
Azərbaycan qazının TAP ilə Avropaya tədarükünə 2020-ci ilin sonunda başlanılıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
Azərbaycan ilə Aİ arasında imzalanmış sazişə uyğun olaraq, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.
TAP-ın ümumi uzunluğu 878 km təşklil edir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi boyunca və 8 km-i İtaliya ərazisindən keçir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 682 Tarix: 30 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMedia və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
01.11.2026 208 Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb
01.11.2026 198 Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
01.11.2026 200 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq
Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı
01.11.2026 129 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
01.11.2026 192 Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə
01.11.2026 219 İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
01.11.2026 206 Kitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb
Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy
01.11.2026 222 ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb
ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik
01.11.2026 379