"Zəhram yox, mən yetim qaldım"

"Zəhram yox, mən yetim qaldım"Həyat yoldaşı Röyal mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı növbəti dəfə paylaşım edib.
Axşam.az xəbər verir ki, o, aktrisanın arxiv görüntülərini yayaraq bu sözləri yazıb:

"Bəzən yuxuda olduğun zaman elə xoşbəxt olursan ki... Yuxu olduğunu bilirsən, amma yenə də ayılmaq istəmirsən. Ölümdan sonra yəqin ki, bu cür olur həyat. Sabahlarımı "sabahın xeyir, eşqim" deyərək açıram, "gecən xeyrə qalsın, ömrüm" deyib yatıram. Nə qədər səni xəyalımda canlandırmağa çalışsam da olmur. Heç bir şey əlini tutmaq, o gözəl üzünə-gözünə baxmaq, gözlərinin kənarında qırışan qəmzələrini görmək kimi deyil. Bu zaman daha çox acı çəkirəm. Bir dəfə bir filmə baxmışdım. Orada bir obrazın dediyi söz kimi, "Bu bir yanğındır. Yanıram, amma hiss etmirəm".

6 aydır ki, sənə sarıla bilmirəm. Sənə sarılanda tam olurdum, bütövləşirdim. Bəzən çəkiliş meydançasından mənə zəng edirdin, "Röyal bir söz soruşacağam, elə olur ki, sən də birdən deyəsən, "Ay da necə darıxdım Tünüş üçün?". Deyirdim ki, "əlbəttə, ömrüm". Elə bilirdim ki, tək bu məndə olur, sən demə onda da belə imiş. Deyirdin ki, haradasan təz gəl, səni görmək istəyirəm. Mən də gülə-gülə yaxşı deyirdim! Eh Tünüşüm, gözəl həyat yoldaşım mənim, yetim qaldım. Zəhram yetim qalmadı, çünki mən varam, amma mən yetim qaldım, çünki sən yoxsan. Əvvəlcə Rəbbimə, sonra sənə qovuşacağım günə qədər səbr edəcəyəm".

Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib. Onun Zəhra adlı bir qız övladı var.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1737   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alla Puqaçovanın nəvəsinin sata bilmədiyi malikanənin real qiyməti açıqlandı

Alla Puqaçovanın nəvəsi Nikita Presnyakova hədiyyə etdiyi dördmərtəbəli malikanənin faktiki dəyərinin təxminən 90-120 milyon rubl (təxminən 1.7 - 2.2 mln. manat) təşkil etdiyi bildirilir. xəbər verir ki, bu barədə rieltor Yuliya Yusova "Abzats" nəşrinə açıqlamasında deyib. Mülk İstra su anbarını

17.05.2026 228
.

Aygün Kazımova toya ELƏ AYAQQABIDA GETDİ Kİ… - VİDEO

Xalq artisti Aygün Kazımova növbəti dəfə səhnə obrazı ilə gündəmə gəlib. 55 yaşlı sənətçinin ötən gün qatıldığı toy məclislərindən birində lentə alınan görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. O, gecədə həm ifası, həm də fərqli səhnə tərzi ilə seçilib. Ağ rəngli, transparan detallı geyimin

10.05.2026 645
.

Aytən Səfərova Rafet El Roman və İrem Derici ilə bir arada - Fotolar

Aparıcı Aytən Səfərova türkiyəli məşhur müğənnilər Rafet El Roman və İrem Derici ilə bir araya gəlib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə sosial media hesabında paylaşım edib. "İstanbula gedəndə başıma çox təəccüblü və paradoksal hadisələr gəlib. Əvvəlcə onu deyim ki, saat 06:10-da uçmal

15.05.2026 625
.

Ramaldan ona "tənbəl" deyənlərə cavab

Müğənni Ramal İsrafilov tənbəl olması və çox yatması ilə bağlı iddialara münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "İki başlı" verilişində danışıb. O, yayılan söz-söhbətin həqiqəti əks etdirmədiyini bildirib:. "Mənim yatmağımla bağlı deyilənlər zarafatdır. Əgər yatmağım

10.05.2026 293
.

Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - Video

Beynəlxalq musiqi yarışı "Avroviziya 2026" davam edir. "Qafqazinfo" xəbər verir ki, müsabiqə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilir. Bu gecə keçirilən ikinci yarımfinal mərhələsində ölkəmizi JIVA (Cəmilə Həşimova) təmsil edir. Təmsilçimiz bu yarımfinalda "Just Go"

14.05.2026 665
.

Mələkxanımın qızından övladı ilə bağlı qadağa - "Pul üçün..."

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova ilk dəfə övladı ilə bağlı diqqətçəkən açıqlamalar verib. Bloger ana olmağın həyatında tamamilə yeni və xüsusi bir mərhələ açdığını bildirib. O, analıq hissinin təsvirolunmaz duyğular yaşatdığını və övladı ilə keçirdiyi hər anın onun üçü

17.05.2026 420
.

Cabir İmanovun oğlu ilə fotosunu paylaşdı

Mərhum Əməkdar artist Cabir İmanovun oğlu Cahangirin fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli Əməkdar artist Dilara Əliyeva sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. O, paylaşımına "Əzizimiz Cabir İmanovun özünə bənzəyən yaraşıqlı oğlu Cahangir. Allah qorusun" sözlərini yazıb. Qeyd edə

16.05.2026 452
.

"Özüm yetim olsam da, sizi yetim qoymadım" - Aygün Kazımova

Xalq artisti Aygün Kazımovanın bir neçə gün əvvəl baş tutan konsertində maraqlı an yaşanıb. Axşam.az xəbər verir ki, fanatlarından biri səhnəyə çıxaraq Divaya gül dəstəsi verib. O bildirib ki, ad gününü Aygün Kazımova ilə keçirtmək üçün Amerikadan gəlib. Fanatının "Çox sağ olun, bizi yetim qoymadınız

16.05.2026 247
.

Türkiyəli müğənni qalmaqallı bələdiyyə sədri ilə ailə qurur

Türkiyəli aktrisa, müğənni Sevcan Orhan ailə qurur. Axşam.az xəbər verir ki, ifaçı sevgilisi, Buca Bələdiyyəsinin rəhbəri Görkem Dumanla nikah masasına əyləşməyə hazırlaşır. Cütlüyün toyu sentyabrda olacaq. Qeyd edək ki, bir müddət əvvəl sözügedən bələdiyyənin işçiləri maaşlarının verilmədiyini bildirərə

17.05.2026 254
.

TOP MP3