"Hərbi cani Xaçaturyanın saxlanılması əhəmiyyətli reallıqları bir daha üzə çıxardı" - RƏY

"Hərbi cani Xaçaturyanın saxlanılması əhəmiyyətli reallıqları bir daha üzə çıxardı" - RƏY"İyirmi beş mülki azərbaycanlını qətlə yetirmiş və 10 ildir ki, beynəlxalq axtarış elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi cani Vaqif Xaçaturyanın "Laçın" sərhəd-keçid məntəqəsində saxlanılması əhəmiyyətli reallıqları bir daha üzə çıxardı".

Bunu "Report"a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

"Birincisi, bildiyiniz kimi, Prezident İlham Əliyev də dəfələrlə Xocalı qatilləri başda olmaqla, əli azərbaycanlıların qanına batmış hər kəsin cəzalandırılacağını bəyan etmişdi. Xaçaturyanın yaxalanması ilə Azərbaycan dövləti göstərdi ki, heç nə unudulmur və müharibə cinayətlərinə hüquqi qiymətin verilməsi, o cümlədən 30 illik dövrdə sülh və insanlıq əleyhinə cinayətlər törətmiş hər bir cinayətkarın ifşa olunaraq məsuliyyətə cəlb edilməsində nə qədər qətiyyətlidir. Üstəlik, sərhəd-keçid məntəqəsində "böhran şousu"nun davam etdiyi və əksəriyyəti Qərb təmsilçiləri olan çoxtərkibli təxribatçı missiyanın gözü önündə cinayətkarlıqla mübarizədə tərəddüdsüz davranışla Azərbaycan həm də bu bölgədə son sözün kimə mənsub olduğunu göstərdi", - deputat qeyd edib.

"İkincisi, dünya şahid oldu ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan əraziləri müharibə canilərinin məsuliyyətdən yayınması üçün münbit ekosistemə çevrilib və bu isə bütövlükdə regionun təhlükəsizliyi üçün təhdid yaradır. Sülhməramlı kontingentin komandanlığı isə hansısa maraqlar naminə məsələni görməzdən gəlir. Əks halda beynəlxalq axtarış orderləri rəhbər tutularaq Xaçaturyan və hələ də Qarabağda rahat formada yaşayan digər canilər aidiyyəti üzrə elə sülhməramlı komandanlığın özü tərəfindən təhvil verilməli idi", - Bəhruz Məhərrəmov vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, baş verənlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) də növbəti dəfə iç üzünü açıb:

"Qısa müddət öncə qaçaqmalçılıq fəaliyyəti təkzibolunmaz faktlarla sübuta yetirilən BQXK bu dəfə müharibə canilərinin himayəçisi qismində ifşa olundu. Beləliklə də, silahlı münaqişə qurbanlarını qorumaq üçün mandat almış BQXK humanitar fəaliyyət adı altında humanitar hüquq pozuntularının məcmusunu törətmiş və beynəlxalq axtarışda olan caniləri himayə etməklə, özünə qarşı çoxsaylı şübhələrin əhatəsini bir az da artırdı. Qaçaqmalçılıq qalmaqalından sonra separatçılara silah daşıması ehtimalları güclənən BQXK, artıq humanitar missiya adı altında separatçıların və müharibə canilərinin sərbəst hərəkətinin təminatçısı olması barədə əsaslı şübhələr meydana çıxardı ki, bu da BQXK-nın fəaliyyətinin bazası olan 1949-cu il Cenevrə Konvensiyası, onun 1977-ci il Protokolunun və 2005-ci il Əlavə Protokolların köklü pozuntusudur".

Deputat vurğulayıb ki, caninin yaxalanmasından dərhal sonra İrəvandan ucalan etiraz sədaları, əslində 30 il davam edən müharibə cinayətlərinin dövlət səviyyəsində törədildiyini və Ermənistanın bu gün də öz çirkin əməllərinə haqq qazandırmaqda davam etdiyini göstərir:

"Bu, qəbuledilməzdir. İrəvanın qeyri-adekvat davranışı, 25 nəfəri öldürüb, 14 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə soyqırımı, 358 nəfər azərbaycanlını isə hüquqi əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmaqla əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətləri törətməkdə təqsirləndirilən birini və onun timsalında hərbi cinayətkarlar ordusunu müdafiə etməklə Ermənistan göstərdi ki, beynəlxalq birliyin "müstəqil" üzvü kimi cinayətkarlıqla mübarizədə qlobal əməkdaşlıq və birgə səylərdə nəinki heç bir qatqısı yoxdur, əksinə prosesdə ciddi əngələ çevrilib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

01.11.2026 208
.

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb

01.11.2026 198
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

01.11.2026 200
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

01.11.2026 129
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

01.11.2026 192
.

Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə

01.11.2026 219
.

İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir

İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər

01.11.2026 206
.

Kitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb

Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy

01.11.2026 222
.

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik

01.11.2026 379
.