Serbiya KİV: Qarabağda müharibə qurtarsa da, təhlükə bitməyib
"Qarabağda müharibə qurtarsa da, təhlükə bitməyib. İşğaldan azad edilən ərazilərdə basdırılmış mina və partlayıcı qurğular onilliklər sonra da təhlükə yaratmağa davam edir".
"Report" xəbər verir ki, bu barədə "Serbiyanın Radio və Televiziyası" (RTS) dövlət qurumunun süjetində deyilir.
Nəşrin məlumatına görə, Ağdam minalarla ən çox çirklənmiş rayon hesab olunur.
RTS-in çəkiliş qrupu istehkamçılarla görüşüb, minatəmizləmə əməliyyatlarının gedişi ilə maraqlanıb.
"Bir vaxtlar Qarabağın ən böyük şəhəri olan Ağdamı həyata qaytarmaq üçün keçmiş cəbhə xəttində ilk olaraq istehkamçılar hərəkətə keçiblər. 2020-ci ilin noyabr ayından burada on minlərlə mina və partlayıcı qurğu tapılaraq məhv edilib. Bununla belə, işlər tamamlanmaqdan çox uzaqdır", - RTS qeyd edib.
Ağdam rayon minatəmizləmə xidmətinin rəisi Xaliq Zülfüqarov RTS-ə bildirib ki, təmizləmə işlərinin bitməsi ilə bağlı təxmini vaxt söyləmək belə çətindir, torpaq tamamilə minalarla basdırılıb:
"Bəzi əraziləri təhlükəli hesab etmirsən, amma qazmağa başlayanda minalara rast gəlirsən və onların sayı gözlənildiyindən də çoxdur. Biz başlayanda cəmi 40-a yaxın istehkamçı var idisə, indi 250-dən çox insan, texnika və xüsusi təlim keçmiş itlərdən istifadə edilir", - xidmət rəisi deyib.
Nəşr daha sonra yazır ki, partlayıcı qurğuların aşkar edilməsi və məhv edilməsi zamanı onların bir-birinin üstündə yerləşməsi əlavə təhlükə yaradır. Buna görə də, dronlar onlara kömək edir, lakin insan amili həlledicidir. Dronlardan minalardan təmizləmə üçün deyil, yer səthinə yaxın və ya yerdə olan cihazları axtarmaq üçün istifadə olunur.
RTS-in məlumatına görə, 2020-ci ildən sonra Qarabağda mina və partlayıcı qurğuların partlaması nəticəsində 7 Azərbaycan əsgəri və 18 mülki şəxs həlak olub, 100-dən çox insan yaralanıb.
"Proses illərlə çəkəcək. Jurnalistlərə minatəmizləmə prosesini izləməyə və bəzən də iştirak etməyə icazə verilir", - nəşr əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 545 Tarix: 30 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə
01.11.2026 219 Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ
Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi
01.11.2026 254 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
01.11.2026 152 Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
01.11.2026 213 ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb
ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik
01.11.2026 379 Bu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
01.11.2026 255 Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin
01.11.2026 205 Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya
01.11.2026 437 Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir
ABŞ İranla münaqişənin həlli üzrə çoxsaylı təmaslar edir və davamlı olaraq danışıqlar aparır. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşlərinin yekunlarına dair keçirilə
01.11.2026 166