Sosial şəbəkələr və saxta "şəxsiyyətlər" - AÇIQLAMA

Sosial şəbəkələr və saxta "şəxsiyyətlər" - AÇIQLAMAİnsanın şərəf və ləyaqəti qanunvericilik müddəaları çərçivəsində qorunan ən universal hüquqlardan biridir. Hər gün sosial şəbəkələrdə paylaşılan yazıların altında edilən təhqir, təhdid kimi cinayət əməllərinə görə rast gəlinir. Bu kimi amillərə yol verən şəxslər qanunvericilikdə cinayət əməli törətdiklərindən xəbərsizdir. İnternet və ya sosial şəbəkə istifadəçiləri saxta hesablar açaraq başa düşülməsin deyə hər kəsi təhqir və şantaj edə biləcəklərini, araşdırmalar zamanı onlara əlçatılmayacağını zənn edirlər. Mövzu ilə hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlama verib.

"Mövzu sosial şəbəkələrdə təhqir və böhtandan gedirsə, şəxsə qarşı cinayət məsuliyyəti belə açıla bilər. Azadlıqdan məhrumetmə, hüquqi qiymətin verilməsi ilə bağlı məhkəmə prosesi kimi hallar daxildir. Amma, kimsə başqa bir nəfər tərəfindən şərəf və ləyaqətinin alçaldılmasını düşünürsə məhkəməyə şikayət etməli, məhkəmə bunu təsdiq edərsə şərəf və ləyaqəti alçaldan şəxs ilə bağlı qarşı tərəf kompensasiya ödənilməsini yaxud təkzibin verilməsini tələb edə bilər. Əfsuslar olsun ki, saxta hesabların aşkar olunması çətin prosesdir. Məkandan fərqli olaraq sosial şəbəkələrdə saxta hesabları bir çox hallarda üzə çıxarmaq olmur və bu məsələyə hüquqi qiymət verilə bilmir. Beynəlxalq praktikalarda belə, bu kimi halların qarşısını almaq ilə bağlı hər hansı bir tədbir irəli sürülmür. Məsələnin bu halda qarşısını almaq olar ki, hər bir ölkənin qanunları tələb etsin ki, sosial şəbəkədə profil yaratmaq üçün konkret məzmun yaradılsın, dövlət nəzarəti altına alınsın. Bu qərar isə beynəlxalq aləmdə insan haqları və söz azadlığının məhdudlaşdırılması olaraq qiymətləndirilir yaxud məqsədəuyğun hesab edilmir. Buna görə sosial şəbəkələrdə yaranmış bu problem hələ də öz həllini tapmayıb.

Ümumi yanaşma bundan ibarətdir ki, problem müvafiq standartlara əsaslansın. Azərbaycanda əgər hər hansı məhdudlaşdırılma aparılarsa söz azadlığına xələl gəlməsi deməkdir. Bu əməlləri törədən şəxslər aşkar olunmalı və maarifləndirmə tədbirləri həyata keçirilməlidir".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1013   Tarix: 31 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

01.11.2026 213
.

Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı

Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində

01.11.2026 241
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

01.11.2026 231
.

Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib

Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim

01.11.2026 165
.

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb

01.11.2026 170
.

Kitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb

Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy

01.11.2026 222
.

İranda məcburi geyim tələbi insanları işsiz qoyur - Video

"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlə

01.11.2026 250
.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində

01.11.2026 318
.

Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb

Hindistanın Benqaluru şəhərində yerləşən "Conrad" beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir. "Report" "NDTV"yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzd

01.11.2026 203
.