Şəhidlər Məscidində "Şəhidləri anma, xətm və dua" tədbiri keçirilib - FOTOLAR

Şəhidlər Məscidində "Şəhidləri anma, xətm və dua" tədbiri keçirilib - FOTOLARBakıdakı Şəhidlər Məscidində Türkiyə Diyanət İşləri Başqanlığı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla "Şəhidləri Anma, Xətm və Dua" adlı tədbir keçirilib.

Tədbirdə Diyanət İşləri Başqanının müavini, dosent Selim Arqun, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, Diyanət İşləri Başqanlığının Müshəfləri İncələmə və Qiraət Şurası Başqanı Dr. Hafiz Osman Şahin, Ayasofya Məscidi İmamı Ferruh Muştuer, Fatih Məscidi İmamı Metin Çakar, Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık, şəhid anaları, şəhidlərin ailə üzvləri və çox sayda qonaq iştirak edib.

Azərbaycan ilə Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərin ruhlarına ithafən Türkiyə və Azərbaycanlı qarilər tərəfindən Qur`ani-Kərim oxunub. Daha sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev oxunan xətmlərin duasını edib və şəhidlər üçün dualar edilib. Tədbirin sonunda şəhid ailələrinə Qur`ani-Kərim hədiyyə olunub.

Türkiyə Diyanət İşləri Başqanının müavini, dosent Selim Arqun, Qafqaz İslam Ordusu, Qarabağ müharibəsi, Vətən Müharibəsi və bütün şəhidləri yad etmək üçün bu tədbirin təşkil edilməsindən vurğulayaraq tədbirin keçirilməsinə görə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinə təşəkkürünü bildirib.

Arqun "100 il əvvəl Nuri Paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusu əsgərləri bu coğrafiyanın düşmən işğalından azad edilməsi üçün döyüşdülər, can verib can aldılar, şəhid oldularsa, 100 il sonra da Türkiyə və Azərbaycanın qardaşlığı ilə birlikdə Qarabağ uğrunda zəfər qazanıldı.", - deyə bildirib.

Şəhidləri rəhmətlə yad etdiklərini vurğulayan Arqun sözlərinə belə davam edib:

"İstər buradakı şəhidliyimizi ziyarət etdiyimizdə, istərsə də Çanaqqala şəhidliyimizi ziyarət etdiyimizdə, bu coğrafiyanın bütün yerlərindən hərbçilərimizin iki cəbhədə də şəhid olduğunu görürük. Bu isə bizim Anadolu torpağı ilə Azərbaycan torpağının sanki ətlə dırnaq kimi bir-birindən ayrılmadığını, ayrılmayacağını, ortaq bir keçmişə və ortaq bir gələcəyə sahib olduğunu göstərir."

Şəhidlər Məscidində "Şəhidləri anma, xətm və dua" tədbiri keçirilib - FOTOLARŞəhidlər Məscidində "Şəhidləri anma, xətm və dua" tədbiri keçirilib - FOTOLARŞəhidlər Məscidində "Şəhidləri anma, xətm və dua" tədbiri keçirilib - FOTOLARŞəhidlər Məscidində "Şəhidləri anma, xətm və dua" tədbiri keçirilib - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 740   Tarix: 01 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

01.11.2026 199
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin

01.11.2026 205
.

İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib

İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd

01.11.2026 192
.

İran yeni silahlar sınaqdan keçirib

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen

01.11.2026 192
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

01.11.2026 231
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

01.11.2026 200
.

Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi

Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri

01.11.2026 217
.

Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib

Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim

01.11.2026 165
.

Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə

01.11.2026 219
.