Paşinyanın Köçəryana qarşı "səlib yürüşü" - ŞƏRH

Paşinyanın Köçəryana qarşı "səlib yürüşü" - ŞƏRHErmənistanın baş naziri Nikol Paşinyanla keçmiş prezident Robert Köçəryan arasındakı ziddiyyətlər yeni mərhələyə qədəm qoyub. 2018-ci ildən tərəflər arasında gedən qarşıdurma deyəsən Paşinyanın qələbəsi ilə başa çatacaq. Baş nazir siyasi opponentini və rəqibini bu dəfə uzunmüddətli həbsə göndərmək niyyətindədir. Ermənistanın ikinci prezidenti və onun ailə üzvləri qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı işin materialları ilə tanış olmaq və mövqelərini bildirmək üçün avqustun 1-də Baş Prokurorluğa dəvət olunsalar da, qarşı tərəfdə sakitçilikdir. Bu yaxınlarda Ermənistanın hüquq-mühafizə orqanları Köçəryanlara məxsus əmlakı və maliyyəni araşdırdıqlarını və bir sıra qanun pozuntuları aşkar etdiklərini bildirdilər. Köçəryanlara məxsus bir sıra əmlak müsadirə ediləcək. Bununla da Paşinyan Köçəryanın maliyyə dayaqlarını də sarsıtmaq niyyətindədir.

Paşinyan 2018-ci ildə "məxməri inqlab"la hakimiyyətə yiyələndikdən sonra "Qarabağ klanı"na qarşı mübarizəyə başlayır. "Qarabağ klanı"nın hakimiyyətdə qalan son üzvü Serj Sarqsyanı devirdikdən sonra Paşinyanın növbəti hədəfi Robert Köçəryan idi. Əslən Qarabağdan olan Robert Köçəryanın kilsə, Rusiya və ermənilər arasında böyük nüfuzu vardı. İlk olaraq 2018-ci ilin iyul ayında Robertə qarşı rüşvət və konstitusiya quruluşunun pozulması maddələri ilə cinayət işi açılır və Köçəryan həbsə atılır.

Köçəryan iki prezidentlik müddəti - 1998-2008-ci illərdə Ermənistana rəhbərlik edib. Müstəntiqlərin fikrincə, o, ittiham olunduğu cinayətləri məhz bu dövrdə törədib: xüsusilə külli miqdarda rüşvət alıb və respublikanın konstitusiya quruluşuna qəsd edib, müxalifətin 2008-ci il martın 1-də keçirilən mitinqinin dağıdılması barədə göstəriş verib. Amma bir ay sonra Köçəryan azadlığa buraxılır. Bunun iki səbəbi var idi. Birincisi, hakimiyyətə yenicə yiyələnmiş Paşinyan məhkəmə sistemini tam ələ ala bilməmişdi. İkincisi, kilsənin gizli dəstəyi ilə Apellyasiya məhkəməsi Köçəryanı himayə edirdi. Eyni zamanda prezidentlərin toxunulmazlığı maddəsi də əsas gətirilərək Köçəryan azadlığına qovuşur. Vəkillər Konstitusiya Məhkəməsinə müraciət edərək onun girov qarşılığında sərbəst qalmasına nail olublar.

Həqiqətən də erməni kilsəsi Köçəryana dəstək durur, onu təqiblərdən, həbsdən qorumağa çalışırdı. Sirr deyil ki, elə 2018-2019-cu illərdə kilsə Köçəryanı ölkədən çıxarmağa çalışırdı və bununla da Nikolun qəzəbinə tuş gəlmişdi. Paşinyanın sifarişi ilə kilsəyə qarşı da hücumlar, cinayət işləri, kilsə səlahiyyətinin azaldılması kampaniyasına start verildi.

"Köçəryana 2008-ci il martın 1-də İrəvanda bir neçə insanın həlak olduğu iğtişaşların yatırılması ilə bağlı açılan cinayət işi üzrə həbsi bir sıra mətləblərdən xəbər verir. O zaman etirazların liderlərindən biri hazırkı baş nazir olub. İndiki Ermənistan hakimiyyəti üçün Köçəryanın həmin iğtişaşları yatırtmaqda ittiham olunması, demək olar ki, şəxsi məsələdir. Çünki 1 mart hadisələrindən sonra Paşinyan həbs edilib və bir neçə il dəmir barmaqlıqlar arxasında qalıb. Sonradan Paşinyanı bağışlayıblar və deputat mandatı veriblər.

Paşinyan da dərk edir ki, qısa müddət ərzində Köçəryanı həbsə göndərmək arzuolunmaz nəticələrə gətirib çıxarar. Çünki qısa müddət ərzində hakimiyyətin bütün eşalonlarına nüfuz etmək çətin məsələdir. 10 il hakimiyyətdə olan Köçəryanın isə kifayət qədər dayaqları var və bundan istifadə edərək Ermənistanda müəyyən iğtişaşlara start verə bilər. Bu səbəbdən Nikol Köçəryanın qısa müddətə həbsdən azad edilməsinə göz yumdu.

Amma eks-prezident də təqib olunduğu üçün siyasi bəyanatlar verir, hakimiyyətin kursunu tənqid edir, yenidən hakimiyyət sevdasında olduğunu gizlətmirdi. 2020-ci il 44 günlük müharibədə Ermənistanın acınacaqlı məğlubiyyəti Köçəryan üçün Nikolu tənqid etməyə əla fürsət oldu. Paşinyan isə Köçəryanın yenidən siyasi arenaya qayıtmasının onun üçün ciddi problem olacağını dərk edirdi. "Məxməri inqilab"a qədər Robert siyasi proseslərdən uzaq durmuşdu və şəxsi biznesi ilə məşğul idi. Çünki hakimiyyətdə "Qarabağ klanı"nın başqa nümayəndəsi Serj Sarqsyan vardı. Paşinyanın hakimiyyətə gəlməsi və Roberti həbsə göndərmək istəyi ikincini yenidən siyasi səhnəyə qayıtmağa vadar etdi. Bu arzu və istək 2021-ci ildə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində daha da qabardı. Seçkilərdə iddialı olan Robert Köçəryan Rusiyaya, kilsəyə və erməni diasporuna arxalansa da, Paşinyan seçicilərin 53.92% səsini toplayaraq yenidən kabineti formalaşdırmağa başladı. Köçəryan isə cəmi 21 faiz etimad toplaya bilmişdi.

Köçəryan seçki kampaniyası dövründə müxtəlif vədlər verir, hazırki vəziyyətdə revanşın ağılsızlıq olduğunu bəyan etsə də, Ermənistanda gözəl başa düşürdülər ki, Köçəryan Bakı üçün arzuedilməz şəxsdir və Azərbaycan üçün müharibə cinayəti törətmiş, həbsi vacib olan şəxslərdən biridir. Bu səbəbdən Köçəryanın seçilməsi Bakının qəzəbinə səbəb ola və yeni müharibə Ermənistanın qapısını döyə bilərdi. Ötən müharibə isə erməni ordusunun acizliyini sübut etdiyi üçün sadə ermənilər Köçəryana yox, Paşinyana səs verməyi üstün tutdular. Köçəryanla münasibətləri yaxşı olan Kreml də seçkinin nəticələrindən məmnun qaldı. Çünki Köçəryanın yenidən hakimiyyətə qayıtması münasibətlərdə turbulentlik effekti yarada bilərdi.

2021-ci il seçkilərində məğlub olan Köçəryan siyasi karyerasını deputat kimi başa vurmaq niyyətində deyil. Son dövrlər Ermənistanı bürüyən etirazlar və qeyri-adekvat siyasi açıqlamalar fonunda Köçəryan yenidən aktivləşmək qərarına gəlib. Eks-prezident Paşinyanın siyasi kursunu yenidən kəskin şəkildə tənqid edir, Ermənistan-Azərbaycan danışıqlarının səhv istiqamətdə getdiyini bildirir. Köçəryan iki il əvvəlki səhvindən nəticə çıxarmadan yenidən revanş müharibə barədə sərsəm açıqlamalar verir, qalib gələcəyinə xalqı inandırmağa çalışır. 2020-ci il müharibəsindəki problemləri hələ də həll edə bilməyən və istintaq şousu ilə xalqın başını qatmağa çalışan Paşinyan sonuncu dəfə keçmiş müdafiə naziri David Tonoyanı da zərərsizləşdirərək "sındıra" bildi. İndi yenidən meydana çıxmağa cəhd edən "Qarabağ klanı"nın üzvü Köçəryan Paşinyan üçün təhlükəli rəqib sayılır. Elə bu səbəbdən də artıq düyməyə basılıb və təkcə Köçəryan yox, ailəsinə də məxsus əmlakın həbsinə qərar verilib: "əsasən İrəvanın Kentron rayonunda yerləşən binalarda 20 daşınmaz əmlak, 2 nəqliyyat vasitəsi, 18 erməni və xarici hüquqi şəxsdə iştirak, 1,5 milyon dollardan artıq depozitlər və qiymətli kağızlar, fiziki və hüquqi şəxslərə verilən təqribən 10 milyard dram (26 milyon dollara yaxın) məbləğində kreditlər; 22 milyard dram (demək olar ki, 57 milyon ABŞ dolları) qeyri-qanuni mənşəli vəsaitlərin, vicdanlı üçüncü şəxslərə ötürülən vəsaitlərin və xərclənmiş digər naməlum vəsaitlər".

Bu əmlak həbsi isə Köçəryanın maliyyə baxımından məhvi deməkdir. Paşinyan bir oxla iki quş vurmaq niyyətindədir. Həm Köçəryanın maliyyə dayaqlarını sarsıtmaq, həm də onu uzunmüddətli həbsə göndərmək. Əgər Paşinyan buna da nail olsa, növbəti siyasi rəqibini neytrallaşdıracaq, Qarabağ klanı üzərində qələbəsini bayram edəcək...(report)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 489   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İranın dəniz blokadası nə qədər davam edəcək? - AĞIR ŞƏRTLƏR

ABŞ İranın limanlarına və dəniz daşımalarına tətbiq etdiyi blokadanı müddətsiz davam etdirə biləcəyini açıqlayıb. -ın "Reuters"-ə istinadən məlumatına görə, ABŞ müdafiə naziri Pit Heqset donanmanın bölgədəki gəmilərini növbəli şəkildə dəyişdirərək blokadanı istənilən qədər saxlamaq imkanın

14.08.2026 147
.

Ağdamda da yanğın başladı - Video

Ağdamda yanğın başlayıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Mərzili kəndi ərazisində qeydə alınıb. Hazırda yanğın minalı sahələrdə davam etdiyindən bu, yanğınsöndürənlərin alovun qarşısını almasını çətinləşdirir. Qeyd edək ki, Füzuli və Xocavənd rayonlarında da ötən gündən başlaya

14.08.2026 213
.

Sabah yağışlı hava olacaq

Avqustun 15-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qər

14.08.2026 313
.

Müasir müharibənin yeni üzü: Dronlar, raketlər və süni intellekt

"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Ukrayna-Rusya, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr və yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların, artilleriyanı

14.08.2026 230
.

Süni intellektə böyük xərc: Texnologiyanın iqtisadi səmərəliliyi müzakirə olunur

"Süni intellektin hansı peşələri əvəz edəcəyi ilə bağlı müzakirələr son illərdə geniş vüsət alsa da, texnologiyanın iqtisadi səmərəliliyi məsələsi nisbətən az diqqət çəkir. Halbuki böyük texnologiya şirkətləri artıq yalnız süni intellektdən necə istifadə etməyi deyil, bu texnologiyanın hansı sahələrd

14.08.2026 199
.

Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər

Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər. "Qafqazinfo" xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminə

14.08.2026 143
.

ABŞ-dan Ukrayna ilə bağlı diqqətçəkən hesabat

Ukraynada ciddi hərbi personal və texnika çatışmazlığı yaşanır. Bu vəziyyət ölkənin hərbi əməliyyatlar aparmaq qabiliyyətinə təsir göstərir. xəbər verir ki, bu barədə Pentaqonun Baş Müfəttişliyi, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən ABŞ Müdafiə Kəşfiyyat Agentliyini

14.08.2026 182
.

Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər

14.08.2026 188
.

Hörmüz boğazında böhran: Dünya iqtisadiyyatı resessiya təhlükəsi ilə üz-üzə qala bilər

"Hörmüz boğazında gərginliyin uzanması dünya iqtisadiyyatı üçün yeni enerji şoku yarada bilər. İran, ABŞ və İsrail arasında davam edən müharibənin Hörmüz boğazı ətrafında getdikcə daha da kəskinləşməsi artıq yalnız hərbi və siyasi məsələ deyil, qlobal iqtisadiyyat üçün ciddi risk faktoruna çevrilib

14.08.2026 199
.

TOP MP3