ÜST dünyada yayılma riski yüksək olan xəstəlik barədə bəyanat verdi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba (xolera) xəstəliyinin dünyada yayılma riskini çox yüksək kimi qiymətləndirib.
Bu barədə təşkilatdan məlumat verilib.
2023-cü ilin əvvəlindən 25 ölkədə vəba epidemiyası qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə doqquz ölkə çoxdur.
Bildirilib ki, vəbaya yoluxma ilə bağlı son bildiriş ÜST-ə mayın ortalarında Hindistandan gəlib. Təşkilat qeyd edib ki, xəstəliyin getdikcə yayılma riski vaksinlərin və digər resursların olmamasından qaynaqlanır.
Bəzi bölgələrdə vəbanın yayılması həmçinin Qərbi Afrikada maydan oktyabr ayına qədər davam edən yağış mövsümü ilə də əlaqələndirilir. ÜST əmindir ki, ən çox Cənubi Amerikanın cənubunda, ABŞ-nin cənubunda, Afrika buynuzu və Mərkəzi Asiyada güclü yağışlara səbəb olan El-Ninyo təbiət hadisəsi bu xəstəliyin yayılmasına səbəb ola bilər.
Bundan əlavə, El-Ninyo suyun temperaturunu yüksəldir və bununla da vəba vibrionun çoxalması üçün daha əlverişli şərait yaradır. Bu eyni zamanda regionlarda yeni vəba epidemiyalarına səbəb ola bilər.
ÜST-dən verilən məlumata görə, xəstəliyin yayılması ilə bağlı ən çətin vəziyyət Afrikada müşahidə edilir. İlin əvvəlindən indiyədək Konqo Demokratik Respublikası, Kamerun, Mozambik, Somali, Efiopiya, Cənubi Afrika Respublikası və digər ölkələr daxil olmaqla 14 ölkədə vəba xəstəliyinə yoluxma halları qeydə alınıb.
Vəba - vəba vibrionlarının yaratdığı xüsusi təhlükəli yoluxucu xəstəlikdir. Bu xəstəliyin orqanizmə daxil olması çirklənmiş qida və ya su vasitəsilə baş verir.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 470 Tarix: 06 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı
Bakıda külli miqdarda narkotiklə tutulan fitnes məşqçisi Anar Mirbabayevə hökm oxunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətklər Məhkəməsində 44 yaşlı məşqçinin təqsirləndirildiyi proses başa çatıb. O, Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olara
04.05.2026 245 "8 il əvvəl bura heç kim gəlməzdi"
Fransa Prezidenti Emmanuel Makron İrəvanın Avropaya inteqrasiya seçimi sayəsində ölkənin artıq Rusiyanın de-fakto peyki kimi qəbul edilmədiyini bildirib. "Qafqazinfo" portalına istinadən xəbər verir ki, Fransa lideri bu fikirləri İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti zaman
04.05.2026 267 16 yaşına çatmayan qızı nişanlamaq istədilər - Atası həbs edildi
Şəkidə 16 yaşına çatmayan qızın valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu paylaşım edib. O bildirib ki, məsələ il
04.05.2026 309 Prezidentin həmin çıxışından - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışına aid videoçarx paylaşılıb. "Qafqazinfo" həmin videoçarxı təqdim edir:
04.05.2026 234 Mütəmadi nar şirəsi içmək qan təzyiqinə necə təsir edir?
Nar şirəsinin müntəzəm istifadəsi yüksək təzyiqdən əziyyət çəkən insanlarda həm sistolik, həm də diastolik arterial təzyiqin azalmasına kömək edə bilər. xarici mediaya istinadla xəbər verir ki, nar şirəsinin təsiri qəbul edilən miqdardan asılıdır. 2023-cü il araşdırması göstərib ki, gündəlik təxminə
04.05.2026 190 Meloni Azərbaycana gəldi - Foto
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Melonini hava limanında Azərbaycanın Baş nazirinin müavin
04.05.2026 274 Balıq nə vaxt təhlükəli ola bilər? - Kürü dövrü ilə bağlı həqiqətlər
"Kürü tökmə dövründə balıq istehlakı ilə bağlı yayılan fikirlər həm bioloji, həm də qida təhlükəsizliyi baxımından kifayət qədər ciddi məsələdir. Bu mövzuda müxtəlif miflər mövcud olsa da, məsələnin elmi tərəfini istehlakçılara düzgün şəkildə çatdırmaq vacibdir". Bunu BİG.AZ-a açıqlamasınd
04.05.2026 215 Təbiətdə niyə mavi məməlilər yoxdur?
Məməlilər aləmində mavi rəngə demək olar ki, rast gəlinmir. Məsələn, onların heç birinin həqiqi mənada mavi tükləri yoxdur. Qaynarinfo xəbər verir ki, "IFLScience" nəşri məməlilər arasında niyə mavi rəngin olmadığı barədə məlumat yayıb. Qeyd olunur ki, primatlar məməlilər qrupunda ən müxtəli
04.05.2026 247 Sabah hava necə olacaq?
Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Big.aza verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağ
04.05.2026 350