Aysel Şükürovanın keçmiş ərindən AÇIQLAMA: "Ana-bala küçə söyüşləri söyüb, qadını döydülər"

Aysel Şükürovanın keçmiş ərindən AÇIQLAMA: "Ana-bala küçə söyüşləri söyüb, qadını döydülər"Bloqer Aysel Şükürovanın keçmiş əri Elşən Əsgərli onu bıçaqlamağa cəhd etməsi ilə bağlı yayılan məsələyə münasibət bildirib.

E.Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə baş vermədən iki gün əvvəl A.Şükürova ona gizli nömrədən zəng edərək, uşağını görmək üçün çağırıb:

"Mənə zəng edib "gəl, uşağını sənə göstərirəm", - dedi. Mən də onun yaşadığı evin yanına getdim ki, uşağımı götürüm. Elə ora çatanda mənə dedi ki, əyləş, maşında söhbət edək. Gördüm ki, uşağım Ayselin anasının maşınında əyləşib. Mən də oğlumun yanına keçdim.

Bu zaman Aysel məni qıcıqlandıran sözlər deməyə başladı. Onun sözlərinə fikir vermədim, gördü ki, heç bir cavab vermirəm təhqirə keçdi. Daha sonra telefonu çıxardı və məni videoya çəkməyə başladı. Mən maşından düşdüm. Aysellə anası da də maşından düşüb etdikləri təhqirləri davam etdirdilər.

Bu vaxt kənarda yaşlı bir qadın onlara irad etdi ki, ictimai yerdə küçə söyüşləri söyməyin. Nizami küçəsində mənim və uşağımın yanında ana-bala o qadını döydülər. Uşaq qorxmağa başladı. Ona bildirdim ki, qorxma. Daha sonra ara sakitləşdi və mən oradan uzaqlaşdım".

E.Əsgərli qeyd edib ki, həmin gün Aysel ona təkrar zəng edərək, Azərbaycan Kooperasiya Universitetinin yanında gözlədiyini bildirib:

"Anası ilə Aysel istədiyinə nail olmadığı üçün təkrar mənə zəng etdi və əl çəkmədən görüşə çağırdı. Universitetin yanında görüşdük və mən ona bildirdim ki, maşından düşmürəm. Bildim ki, düşsəm məni şərləyəcək. İki dostu ilə gəlmişdi. Daha sonra mən Saray bağları massivində yerləşən evimə getdim, o və iki dostu da ardımca bağa gəldilər.

O, həyətə gəldi və canlı açdı, yenə məni təhqir etməyə başladı. Həmin vaxt irad bildirdim ki, "telefonu yığışdırsın, evimdə məni təhqir edib, çəkməsin. Tələb etdim ki, mənim və ailəm haqqında heç bir paylaşım etməsin. Nə varsa da, silsin. Ona xəsarət yetirsəydim polislər bunu görərdilər. Bütün xəsarətlər mənə dəydi. Rəy üçün ekspertiza təyin edilib. Mən qəsdən o görüşü evimin içində saldım ki, hadisə olanda bilinsin".

O qeyd edib ki, övladına görə Ayselə aliment ödəyir:

"Mən aliment vermirəmsə, dövlətin qanunları var və bununla bağlı mənim haqqımda tədbir görülərdi. Əvvəldən də aliment ödəmişəm. Mart ayından bu tərəfə hər ay mən onun şəxsi hesabına 2200 manat pul ödəmişəm. Onların da çekləri məndədir.
Aysel deyir ki, mənim "Dəlilik kağızım" (psixi xəstəlik haqqında arayış) var. Həmin kağız olan şəxsin uşaqla ünsiyyəti onun həyat təhlükəsizliyinə zərurət yaradırsa, dövlət görüşə icazə vermir".

Elşənin anası Zoya Əsgərli deyir ki, dəfələrlə Ayselin qohumlarından ona xəbər yollayıblar ki, onları narahat etməsin:

"Biz özümüz üçün yaşayan insanlarıq. Ailəmi, oğlumu, qızımı, yaşlı anamı narahat edirlər. Bezmişik məhkəməyə müraciət etməkdən. Nə qədər olar? Üç azyaşlı uşağının arxasında gizlənərək, reytinq yığmaq xətrinə bizi şantaj, təhqir edir. Ana-bala oğlumu təhqir etdilər. Qəsdən Elşənə məndən, qızımdan yalan sözlər deyirlər ki, qıcıqlansın və nəsə əməl törətsin.

İnanın, bilmirik necə edək. Məqsədi nədir bilinmir. Kim və ya kimlərin onu maliyyələşdirdiyi bilinmir. Əvvəllər belə söhbətin axırına kimi getmədik, indi isə hüquq- mühafizə orqanlarına müraciət edəcəyik. Artıq belə olmaz".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, A.Şükürovadan daxil olmuş müraciətlə bağlı hazırda müvafiq Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, Aysel Şükürova keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır.

O, ötən gün keçmiş əri E.Əsgərli tərəfindən hücuma məruz qaldığını bildirib.

A.Şükürova ikinci dəfə ailə qurduğu Oqtay Əhmədovla da rəsmi şəkildə boşanıb. Onun Elşəndən bir, Oqtaydan isə əkiz oğlanları var.

Xatırladaq ki, Q.Şükürov vəzifəsini itirəndən sonra "Lifttəmir" İstehsalat Birliyindəki mənimsəmələrlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Ayrıca Qüdrət Şükürova qarşı da Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1495   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur Hollivud aktyoru adından qanunsuz istifadəyə görə 200 min avro təzminat alıb

ABŞ-li aktyor və Hollivud ulduzu Klint İstvud Litvada adının və şəklinin reklam kampaniyasında icazəsiz istifadəsinə görə açdığı 200 min avroluq məhkəmə iddiası üzrə qələbə qazanıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Apellyasiya Məhkəməsi məlumat yayıb. Məhkəmə Litvanın "Mediatonas"

24.10.2026 533
.

3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il

31.10.2026 624
.

ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA

Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild

23.10.2026 810
.

Bunun üçün 4 milyon ödəyib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy

25.10.2026 611
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 246
.

"Qızımı belə böyütməməli idim"

Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam

25.10.2026 634
.

Ana olduqdan 9 ay sonra öldü

Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu

20.10.2026 986
.

Halit Ergenç və Məryəm Üzərli Misirdə

Məşhur aktyorlar Halit Ergenç və Məryəm Üzərli Misirdə keçirilən "El Gouna Film Festivalı"na birgə qatılıblar. Axşam.az xəbər verir ki, aktyorlar "İmrozda bahar" filminin dünya premyerasında iştirak ediblər. Ekran işi festivalın 9-cu buraxılışı çərçivəsində təqdim olunub. Qeyd edə

21.10.2026 660
.

Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb

Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb. -ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib. Vəkilin sözlərinə görə, müğənn

18.10.2026 657
.